“Azərbaycan dilinin
paronimlər lüğəti” çapdan
çıxıb
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Nəsimi adına Dilçilik
İnstitutunun Müasir
Azərbaycan dili şöbəsinin
aparıcı elmi işçisi,
dosent Nərgiz Hacıyevanın “Azərbaycan
dilinin paronimlər lüğəti”
işıq üzü görüb.
İnstitutdan
AZƏRTAC-a bildirilib ki, lüğətin elmi redaktorları
professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədli, rəyçiləri
isə professor Qara Məşədiyev, Nadir Məmmədli və
dosent İntizar Salahovadır.
Azərbaycan
dilində səslənməsində və tələffüzündə
çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni
və müxtəlif köklü olaraq dilçilikdə
paronim sözlər adlanır. Yeni nəşr
paronimlər barədə yazılan ilk
lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir.
Lüğət “Ön söz”,
əlifba sırası ilə düzülmüş
paronim sözlər, frazeoloji
paronimlər və onların izahından ibarətdir.
Lüğət
geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.- 2018.- 9 oktyabr.-
S.5.