Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd edilib

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyin, “Azərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi, “Könüllülər kitabxanaİctimai Birliyinin, Cabir Novruz Mədəniyyət Fondunun, Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə reallaşıb.

Prezident İlham ƏliyevinMikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqındamüvafiq Sərəncamına əsasən keçirilən tədbirdə Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat yaradıcılığından danışıb.Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqitəxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu günşeiri 1926-cı ildəGənc işçiqəzetində, “Duyğu yarpaqlarıadlı son şeiri isə 1937-ci ildəƏdəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onunKüləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli ilankitabları nəşr olunub. 1957-ci ildən başlayaraqSeçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildəMüşfiqli günlərimadlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə digərləri unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Sonra Müşfiq irsini yaşatdıqlarına təbliğ etdiklərinə görə Xalq artisti Zeynəb Xanlarovaya, Sənan Talıbova, Ofeliya Babayevaya, Firudin Qurbansoya, Qafar Əsgərzadəyə Cabir Novruz Mədəniyyət Fondu tərəfindən təsis olunmuşOxu tar” Müşfiq mükafatı təqdim olunub.

Tofiq Hacı

Azad Azərbaycan.- 2018.- 3 oktyabr.- S.7.