ADU-da alman orta əsr
sevgi hekayəsi səhnələşdirildi -
Azərbaycan Dillər Universitetində
(ADU) alman yazıçısı Konrad fon Vürsburqun
"Ürək nağılı”
sevgi hekayəsindən
"Yeyilmiş ürək”
hissəciyi səhnələşdirilib.
Unikal.org xəbər verir ki, Vürsburq Universitetinin professoru, Osvald fon
Volkenştayn Cəmiyyətinin
prezidenti Ziqlinde Hartman
və Avstriya Mübadilə Xidmətinin
lektoru Stefanie Matzerin rəhbərliyi, ADU-nun Germanistika
İnstitutunun tələbələrinin
iştirakı ilə
səhnələşdirilən hekayədə cəngavər
və evli xanımın uğursuz sevgilərindən danışılır.
Sevgi həsrətindən
vəfat edən cəngavər ürəyini
çıxartdırıb onun
sevdiyi xanıma göndərilməsini istəməsindən,
bundan xəbər tutan qadının həyat yoldaşının
isə həmin ürəyi bişirtdirərək
qadına yedizdirməsindən
bəhs olunan hekayə sonradan bunu öyrənən xanımın yeməklərdən
imtina edərək dünyasını dəyişməsi
ilə nəticələnir.
Ziqlinde Hartman tamaşaya
qoyulan hekayə haqqında məlumat verib. O, səhnələşdirilmiş sevgi hekayənin orta əsrlərə mənsub olduğunu söyləyib. Z.Hartman hekayənin mənbəyinin
Yaxın Şərqdən
qaynaqlandığını diqqətə çatdırıb.
O, hekayəni canlandırdıqlarına
görə tələbələrə
minnətdarlığını bildirib.
ADU-nun rektoru
akademik Kamal Abdulla tamaşaya yalnız almandilli deyil, həmçinin digər dillər üzrə təhsil alan tələbələrin
maraq göstərdiyini
söyləyib. Rektor tamaşadan alman dilinin özəlliyinin, alman musiqisinin, mədəniyyətinin gözəlliyinin
hiss olunduğunu deyib. Tamaşanın qurulmasının ideya müəllifinin Ziqlinde Hartman olduğunu deyən rektor K.Abdulla xanım Hartmanla arasında uzun illərdən bəri möhkəm dostluq əlaqələrinin mövcudluğundan
söz açıb:
"Çox gözəl
mütəxəssisdir, çox
gözəl dostdur.
Almaniyada yaşamağına
baxmayaraq tez-tez universitetimizə gələrək
tələbələrimizlə məşğul olur, layihələr həyata keçirir. Belə gözəl şəkildə
maarifləndirmə işləri
aparır”. Rektor K.Abdulla tamaşanın ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə təşəkkürünü bildirib.
Azad Azərbaycan.- 2018.- 17 oktyabr.- S.5.