"Gözəl Çin" $h [Mətn] $b ADU-da  Çin klassik  müsiqisinə həsr olunmuş konsert  keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun qonaqları və pianoçu Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivi bu ölkənin klassik musiqilərindən ibarət konsert proqramı təqdim edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konsertinGözəl Çinadlanan birinci hissəsində xanım Xuanın ifasındaDağların qızıl çiçəkləri”, “Gün batışı”, “Siçuan rəqsi”, “Sərhədsiz səmakimi əsərlər səslənib.

Çindən gələn qonaq, gənc soprano müğənnisi Lu DüncuMa LaBrilliant torpaqmahnılarını ifa edib.

KonsertinBöyük İpək Yoluadlanan ikinci hissəsində isə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim tələbələrinin iştirakı ilə ənənəvi Çin fleytasında Azərbaycan Çin xalq mahnıları səsləndirilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, musiqi sənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ənənəvi Çin alətləri ilə bağlı kurslar keçirən institutun prioritetlərindən biridir.

Azad Azərbauycan.- 2018.-17 oktyabr.- S.-5