Qəhrəmanlıq dastanı: "Koroğlu”
Azərbaycan
şifahi xalq ədəbiyyatında qəhrəmanlıq
dastanlarının xüsusi yeri var. Sevə-sevə mütaliə etdiyimiz və dinlədiyimiz «Koroğlu» dastanı da tarixi-qəhrəmanlıq mövzusundadır. Məlumdur ki,
XVI əsrin sonlarında
və XVII əsrin əvvəllərində Azərbaycanda
və Türkiyədə
tarixə Cəlalilər
üsyanı kimi düşən kəndli hərəkatı baş vermişdir. «Koroğlu» dastanı bu üsyanda baş verən hadisələrin bədii inikasıdır. O dövrdə
əllərində hər
cür səlahiyyət
olan hakimlər, paşalar rəiyyətlə
çox amansız davranır, onların əkib-becərdikləri məhsulu
talayır, özlərini
ehtiyac içində yaşamağa məcbur edirdilər. Dastan yaradıcıları eposda daha bu
istibdada baş əymək istəməyən
xalqın qəhrəmanlıq
əzmini, zülmkar xanlara, paşalara, bəylərə qarşı
apardığı mübarizəni
bədii lövhələrdə
canlandırmağa nail olmuşlar.
Dastan bütövlükdə elin,
xalqın yenilməzliyini
ifadə edir.
Dastanın əsas qəhrəmanı
Koroğlu sadə xalqın içindən çıxmışdır. Onun əsl adı Rövşəndir. Həsən xan
haqsızlıq edərək
onun atasının gözlərini çıxartdırır.
Bundan sonra el içində Rövşəni Koroğlu
deyə çağırırlar.
Koroğlu işıq üzünə
həsrət qalan atasının qisasını
alacağına söz
verir. illər
ötdükcə onun
qəlbindəki qisas hissi ictimai məzmun
kəsb etməyə başlayır və xalqa zülm edən hökmdarlara qarşı üsyana çevrilir. O, el-obada mərdlikdə ad çıxaran igidləri
başına toplayır,
onlarla birlikdə dağlara çəkilir,
Çənlibeldə məskən
salır.
Dastan yaradıcıları Koroğlunun timsalında əsl xalq qəhrəmanının,
daxili aləmi ilə fiziki məharəti bir-birini tamamlayan mahir sərkərdənin obrazını
canlandırmışlar. Koroğlu çətinliklərdən qorxmur,
daim düşmənlə
açıq, üzbəüz
döyüşlərə can atır. Biz onu gah at belində qılınc çalan, düşmənin başına
od yağdıran
qəhrəman kimi, gah da telli sazı
dilə gətirib söz qoşan, şirin nəğmələr
oxuyan el sənətkarı
- aşıq kimi görürük. Çənlibeldə Dəli Həsənlə üz-üzə gələn
Koroğlıı ona
özünü belə
təqdim edir.
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam.
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda hər yan mənimdi!
Oxucu, dinləyici dastan
boyu Koroğlunun müxtəlif döyüşlərdə
göstərdiyi misilsiz
şücaətlərin şahidi
olur. Dəniz cinsindən olan
Qırat və Dürat, həmçinin ildırım parçasından
hazırlanan Misri qılınc Koroğlunu daha da yenilməz edir. O, apardığı
döyüşlərdən qələbə ilə çıxır. Əsl xalq
qəhrəmanı kimi
Koroğluya xas - cəhətlərdən biri
onun mərdliyidir.
O, düşmənlə mübarizədə
heç vaxt hiyləyə əl atmır. Koroğlunun xarakterindəki mərdlik,
dastanıın ayrı-ayrı
qollarında müxtəlif
vəziyyətlərdə üzə
çıxır. «Həmzənin
Qıratı qaçırması»
qolunda Həmzə Toqata sevimli atını qaytarmağa gələn Koroğluya deyir: «Koroğlu, sən Qırat üçün gəlmişdin,
onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-səmirsiz sürüb çıxıb
gedərəm». Qıratın
belində dayanan Koroğlunun cavabı belə olur: «Əgər atı səssiz-sədasız aparsam,
mən də olaram Həmzə də. Onda sənlə mənim
aramda day nə təfavüt qalar».
Koroğlunun başına yığılan
dəlilər də mərd və qorxmazdırlar. Xalqın içindən
çıxan bu igidləri Çənlibelə
zülmkar hökmdarlara
kəskin nifrət, Koroğlunun xalqın düşmənlərinə qarşı
apardığı ədalətli
mübarizəyə rəğbət
cəm etmişdir.
Koroğlu hər beş-on
gündən bir libasını dəyişib
səfərlərə çıxır
və hər dəfə də Çənlibelə yeni bir igidlə qayıdır. Ancaq Koroğlu
Çənlibelə gətirdiyi
igidləri əvvəlcə
sınaqdan keçirir,
sonra öz dəstəsinə üzv
qəbul edir. Koroğlu sınaqdan çıxardığı
igidlərə inanır,
etibar edir, həmçinin onlara böyük qayğı göstərir.
Dastanda Çənlibelə yeddi min yeddi yüz yetmiş yeddi dəli toplaşdığı bildirilir.
Bu rəqəm xalqın yenilməzliyinin,
onun gücünün
tükənməzliyinin rəmzidir.
Eposda işlədilən «dəli»
sözü «igid», «qoçaq» mənasını
verir. Sadə xalqın içindən
çıxan Dəmirçioğlu,
Bəlli Əhməd,
Halaypozan, Dəlı Həsən və başqaları çətin
anlarda Koroğluya əsl arxadırlar. Dəlilərin içində ən
cavanı Eyvazdır.
Yaşının az olmasına baxmayaraq, döyüş meydanlarmda şücaətlər
göstərən bu gəncə Koroğlunun xüsusi rəğbəti
var və onu oğulluğa götürmüşdür. Ümumiyyətlə, Koroğlu ilə onun dəliləri arasında səmimi dostluq münasibətləri
hökm sürür.
Onlar bir-birilərinə dərin
hörmət bəsləyirlər.
Dastandakı qadın surətləri
də eposun qəhrəmanlıq ruhunu
tamamlayır. Nigar,
Mərcan, Telli, Ruqiyyə, Məhbub varlı xotkar, paşa qızlan olsalar da, eyş-işrət
içində keçən
həyatdan bezərək
Çənlibelə üz
tutmuşlar. Buradakı çətin həyat
onları əsla qorxutmur, əksinə onlar Koroğluya və onun dəlilərinə
arxadırlar. Bu cəsur və geniş ürəkli qadınlar ömür-gün
yoldaşlarına dəyərli
məsləhətlər verir,
lazım gəldikdə
döyüş meydanlarına
atılmaqdan çəkinmirlər.
Xalqımızın
qəhrəmanlıq tarixinin
salnaməsi olan «Koroğlu» dastanı gənc nəslin vətənpəıvərlik tərbiyəsində
mühüm rol oynayır. Dahi Azərbaycan bəstəkan
Ü.Hacıbəyov «Koroğlu»
eposunun əsasında
eyniadlı opera yazmışdır.
Əliyev,
Uğur.
Azad Azərbaycan.-
2018.- 20 oktyabr.- S.7.