Qax rayonunda yeni abidə aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya
və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən
Qax rayonu ərazisində tədqiqatlar
aparılıb. Tədqiqatlar zamanı rayon ərazisindəki
tarixi-arxeoloji abidələrin
xəritələri və
GPS koordinatları hazırlanıb,
bəzi abidələrdə
çöl-tədqiqat işləri
həyata keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə elmi ədəbiyyata yeni bir arxeoloji
abidənin gətirilməsi
mühüm yenilik kimi qeyd olunmalıdır. Belə ki,
ekspedisiya tərəfindən
Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı
istiqamətində olan
şosse yolunun Əyriçay körpüsünə
çatmamış sağ
hissəsində, yerli
əhali tərəfindən
“Əyrinin tapı” (Əyriçayın təpəlikləri)
deyilən ərazidə,
çayın sağ sahilində Qıpçaqtəpə
abidəsi ilk dəfə
qeydə alınıb.Qıpçaqtəpə
abidəsi dörd hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə
möhtəşəm yaşayış
yerlərindən biridir.
Cari mövsümdə
Qıpçaqtəpə yaşayış
yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı
aparılıb. Müvafiq
arxeoloji kəşfiyyat
sahələrində aparılmış
tədqiqat nəticəsində
abidənin mədəni
təbəqələri müəyyənləşdirilib
və üst təbəqələrdən madd-mədəniyyət
nümunələri kameral
şəkildə işlənilib.
Qıpçaqtəpə abidəsində
aparılan arxeoloji kəşfiyyat qazıntısı
zamanı abidənin üst təbəqələrinin
ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı
hazırlanıb.İlkin tədqiqatlar
nəticəsində Qıpçaqtəpə
yaşayış yerinin
antik və ilk orta əsrlər
dövründə, şosse
yoluna yaxın hissədə yerləşdiyini,
daha sonra son orta əsrlərə
doğru yaşayış
yerinin öz ərazisini qərb istiqamətində genişləndirdiyini
söyləmək
mümkündür. Son
orta əsrlərdə
əhali “Sarı pir” adlanan hissədə
həyat sürüb,
XX əsrdə isə
hazırkı Qıpçaq
kəndinin ərazisində
məskunlaşıb.
Qıpçaqtəpə abidəsinin qərbindəki “Sarı pir” qəbristanlığına da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərindəki yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.Zərnə kəndindəki ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb.Tədqiqat mövsümündə Qax rayonu ərazisindəki ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.
Hacı
Tofiq Seyidzadə
Azad Azərbaycan.-
2018.- 12 sentyabr.- S.5.