Aşıq Şəmşirin anadan
olmasının 125 illiyinə
həsr olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib
Sentyabrın
12-də Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin Yasamal
rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı
ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində
Azərbaycan aşıq
sənətinin böyük
nümayəndəsi Əməkdar
incəsənət xadimi
Aşıq Şəmşirin
anadan olmasının
125 illiyinə həsr
olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının
müavini Təravət
Muradova açdı.
O, çıxışında qeyd etdi ki,
tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi
Aşıq Şəmşirin
xatirəsinin bir daha əbədiləşdirilməsidir.
T.Muradova son aylar Yasamal rayonunda
böyük quruculuq işlərinin aparılması,
rayonun günü-gündən
abadlaşdırması haqqında
tədbir iştirakçılarına
məlumat verdi. Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının
Azərbaycan Komitəsinin
sədri Lətifə
Məmmədovaya verildi.
Bütün qonaqları salamlayaraq
o, Dədə Şəmşirin
doğma Kəlbəcərindən,
yazdığı əsərlərdən,
gözəl ifalarından
söhbət açdı
və qeyd etdi ki, Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamının icrasını
təmin etmək məqsədi ilə Aşıq Şəmşirə
həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aşıq Şəmşir
Mədəniyyət Ocağının
sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən
800 layihə həyata
keçirilib. Aşıq
Şəmşirin 125 illik
yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq
sənətinin dünyanın
qeyri maddi-mədəni
irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük
xidmətləri var. Daha sonra o, aşığın
böyüyüb boya-başa
çatdığı kənddən
söhbət açaraq,
tədbir iştirakçılarına
maraqlı məlumatlar
verdi. Və yaxın vaxtlarda
Səbail rayonunda Aşıq Şəmşirin
ev-muzeyinin açılacağını
bildirdi.Azərbaycan Milli
Konservatoriyasının tələbəsi,
Beynəlxalq müsabiqələr
laureatı İslam Qasımovun canlı ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi.Tədbirdə
Aşıq Ədalət
Dəlidağlının
ifasında “Ruhani” və “Orta sarıtel”,
aşıq Əli Pənahoğlunun ifasında
isə “Ağır şərili” havaları səsləndirildi.
Suraxanı rayon
84 ¹-li məktəbin şagirdi Sadıq Nəbili “Aşıq Ələsgər” şeirini
söylədi. Tədbir
iştirakçılarına Aşıq Şəmşirin
anadan olmasının
125 illiyinə həsr
olunmuş 2 videoçarx
nümayiş etdirildi.
Tədbirə dəvət
olunanlar Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin muzeyini ziyarət etdilər.
Azad Azərbaycan.-
2018.- 14 sentyabr.- S.7.