Masallının “Halay” qrupu Türkiyədə folklor festivalından qayıdıb
Nizami Gəncəvi adına
Masallı Rayon Mədəniyyət Mərkəzinin
“Halay” folklor kollektivi Türkiyə Respublikasının Nazilli
bələdiyyəsi rəhbərinin
dəvəti ilə Nazillinin qurtuluşunun
96-cı ildönümü ilə əlaqədar təşkil olunan folklor festivalında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı folklor kollektivinin üzvlərinin
Nazilli bələdiyyəsinin
başkanı Haluk Alıcık, Nazilli Milli Təhsil müdiri Hıdır Dağaşan ilə görüşü keçirilib.
Festival çərçivəsində
şəhərin müxtəlif
yerlərində təşkil
olunan tədbirlərdə
“Halay” folklor kollektivinin çıxışları
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.Səfərin
sonuncu günü bələdiyyə rəhbəri
Haluk Alıcık “Halay” folklor qrupunun üzvlərini “təşəkkürnamə” ilə təltif edib.
Azad Azərbaycan.-
2018.- 18 sentyabr.- S.5.