“Naxçıvan”
jurnalının növbəti
sayı çapdan çıxıb
“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii,
elmi-publisistik jurnalının
növbəti sayı
çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, jurnalın
bu nömrəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2018-ciil 31 yanvar
tarixli Sərəncamına
əsasən azərbaycanlıların
soyqırımına həsr
olunub. Jurnalda ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
soyqırımlarla bağlı rəsmi, tarixi sənədlər
və AMEA Naxçıvan
bölməsinin əməkdaşlarının
tutarlı faktlarla yazdığı
geniş məqalələr
yer alıb. Həmçinin realist rəssam Bəhruz Kəngərlinin 1919-21-ci illərdə
çəkdiyi “Qaçqınlar”
silsiləsindən olan
rəsm əsərləri
də oxuculara təqdim edilib.
Qeyd edək
ki, “Naxçıvan” ictimai-siyasi,
ədəbi-bədii, elmi-publisistik
jurnalının bu günə qədər onlarla sayı nəşr olunaraq geniş oxucu auditoriyasına çatdırılıb
Azad Azərbaycan.- 2018.- 19 sentyabr.- S.7