Sənətinin ölməz sultanı

On 09 Yanvar 2018 - 01:00 By turkustan-info

Elin istəyidir mənim sənətim,

El sənətdən, sənət eldən ayrılmaz.

Könül duyğusudur, könül həmdəmi,

Onun səsi heç könüldən ayrılmaz.

(Aşıq İmran Həsənov)

  İmran Mehralı oğlu Həsənov 1931-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıbGənc yaşlarından aşıqlıq sənətinə meyl etmiş bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlarAşıq Əsəd Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə onaKoroğlu aşığıdeyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti incəsənətinin ongünlüyündə dəyərli iştirakina görəŞərəf Nişanıordeni Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti incəsənətində göstərdiyi xidmətlərinə görəƏməkdar mədəniyyət işçisiadına layiq görülmüşdür. Azərbaycan aşıqlarının III IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. 1982-ci ildə Xalq şairi Hüseyn Arifin təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyinin Təşkilat Komitəsi yaradıldı. Komitənin üzvləri aşıq Kamandar Əfəndiyev, Suleyman Ələsgərov, Vaqif Vəliyev, Məcnun Göyçəli, Aydın Çobanoğlu, Qaracan Borçalı (Kərimli), Əzizə Cəfərzadə, İmran Həsənov Əhməd Şirvanlı idi.Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onunSənətimin sultanıyamadlı şeirlər kitabı da işıq üzü görüb.Aşıq sənətində tanınan ünlü simalardan biri Aşıq İmran Həsənovdur. İmran Həsənov əvəzsiz yaradıcı bir aşıq olub. Saysız şeirləri, yaratdığı dastanları büllur səsi ilə aşıq sənətində özündən sonra silinməz izlər buraxdı. Aşığın səsinin məharəti haqqında bu gündə ağız dolusu danışırlar. Misilsiz bir sənətkar idi. Aşıq İmran həmçinin bir neçə şeir kitabının müəllifidir. Gözəl bir şairlik qabiliyyəti olub. Sağlığında aşığın şöhrəti hər bir yana yayılıb. Dövründə klassikləşən ustad aşıqlardan biri olub. Aşıq İmran haqqında tanınmış insanlar vaxtı ilə dəyərli sözlər söyləyib çoxlu sayda təltiflər alıb. Aşıq sənətinin dərin bilicilərindən biri Aşıq Məhərrəm Hüseynli aşığın kitablarının birində ustad haqqında dəyərli fikirlər söyləyir ustada həsr etdiyi dərin məzmunlu şeiri ilə çıxış edir.Tovuzda aşıq sənətinin inkişafında misilsiz xidmətləri olan ustad aşıqlardan biri Aşıq İmran Həsənovdur. Aşıq büllur səsi, mahir ifaçılığı, əvəzsiz biliyi ürək oxşayan şeirləri ilə yaddaşlarda yaşayır. Baxmayaraq Göyçədə dünyaya göz açıb, ömrünün böyük bir hissəsini Tovuzda yaşayıb. Bu gün aşığın dağ çayı kimi şaqqıldayan səsi saz həvəskarlarını hələ heyrətləndirir. Dərin dastan biliciliyi sinəsində topladığı zəngin poeziya nümunələri ilə aşıq əvəzsiz sənətkarlardan idi.Aşıq İmran həm aşıq, həm şair olduğu üçün onun yaradıcılığına iki aspektdən yanaşılmalıdır. Birinci aşıq kimi, ikinci isə şair kimi yaradıcılığı təhlil olunmalıdır.

 

Aşığın şeirlərində ustadlıq qabiliyyəti hiss olunur. Hər bir kəlməsi öyüd nəsiyyətdən ibarətdir. Aşıq İmran şeirləri ilə kədərli, dərdli dünyanın bütün halına bələd olduğunu nümayiş etdirir. Dərin fəlsəfi fikirlərlə zəngindir yaradıcılığı.

QOCALMAZ

Dünyada olmasa hicranlar, qəmlər,

İnsanın ürəyi, gözü qocalmaz.

Saçın ağarması zirvə qarıdır,

Arzu-diləklərin düzü qocalmaz.

Həmdəmi olasan daim qananın,

Oduna yanasan oda yananın.

Bilsəydi qədrini insan insanın,

Keçsə ömrünün yüzü, qocalmaz.

Az yaşa, çox yaşa, mənalı yaşa,

Bacarıb arzunu vurasan başa.

Əgər bu sözlərim gəlirsə xoşa,

İmranın söhbəti, sözü qocalmaz.

Aşığın daha bir qoşması isə sənət sevərlərin dillər əzbəridir.

AYRILMAZ.

Elin istəyidir mənim sənətim,

El sənətdən, sənət eldən ayrılmaz.

Könül duyğusudur, könül həmdəmi,

Onun səsi heç könüldən ayrılmaz.

Onda yatır qoç Koroğlu nərəsi,

 

Kərəmin, Dilqəmin qəmi, qüssəsi.

 

Qurbaninin sözü, Abbasın səsi,

 

Ana laylasıdır, dildən ayrılmaz.

 

 

 

Aşığın həmdəmi telli sazıdı,

 

O bütün ellərin xoş murazıdı.

 

Bülbül könüllərin güllü yazıdı,

 

Bülbül güldən, gül bülbüldən ayrılmaz.

 

 

 

Ustadlar yolundan dönmərəm qəti,

 

Saz, sənət aşiqi çəkməz zilləti.

 

Sinəmdədi elin gücü, qüvvəti,

 

İmranın havası zildən ayrılmaz.

 

Aşıq İmran “Avropa səfəri”, “Qaçaq Kərəm və İsrafilağa” kimi dastanların, “Qarabağ”, “Yusif və Zülüyxa” kimi poemaların yaradıcısıdır.Aşıq İmran gözəl şair olması ilə bərabər şübhəsiz ki, insanlar onu mahir bir saz ifaçısı kimi tanıyırlar. Onun aşıq sənətində əldə etdiyi uğurlar misilsizdir. Aşıq İmran 7 saz havasının yaradıcısıdır. Həmşinin aşığın 12 şagirdi olub. Ustad aşıqla bağlı məqalə hazırlayarkən aşıq sənətinin tədqiqatçısı İradə Sarıyevanın İmran Həsənovla bağlı bir yazısına rast gəldim. MəqaləAzərbaycan aşıq sənətinin Koroğlusu aşıq İmran Həsənov zirvəsiadlanır. Başlıq əsil aşığa yaraşası addır. Məqalədə tədqiqatçı İradə Sarıyeva aşıq haqqında aşağıdakı dürr sözləri işlədir: Aşıq İmran Həsənovun adı aşıq sənəti tarixinə əbədi həkk olunubƏslində, aşıq İmran Həsənov kimi ustad sənətkarlar tarixdə yaşamasaydılar aşıq sənəti kasıb miskin görünərdi. Çünki aşıqlar sultanı İmran Həsənov misallı sənətkarların mövcudluğu aşıq sənətinə çox böyük dvidendlər gətirib, onlar bir növ sənətin üzağlığına çeviriliblər. Bu gün çağdaş aşıq sənətinin bir qədər zəif düşməsi İmran Həsənovların işıqlı dünyada olmaması ilə bağlıdır. Bu sənətkarın fiziki yoxluğu sənətin axsamasına səbəb olub…”. Həqiqətən İradə xanımın ürək ağrısı ilə İmran kimi sənətkarların yoxluğunu vurğulaması dövrün aşıq sənətinin inkişafında öz mənfi tərəflərini büruzə verir.

Aşığın 65 illik yubleyi vaxtı ilə 1993-cü ildə keçirilib. 2013-cü il noyabrın 4-də Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd edilmişdir.  Bu il isə aşğın 90 illiyi yaxınlaşır arzu edirik ki, əvvəlki yubleylər kimi bu yubleydə yüksək səviyyədə təşkil olunacaq.

Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.

Mahmud Əyyub

Azad Azərbaycan.- 2018.- 13 yanvar.- S.7.