“Qanlı
və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib
Bakı Slavyan Universitetində
(BSU) 20 Yanvar faciəsinə
həsr edilmiş
"Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycanın
müstəqilliyi uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş
sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda
müstəqillik və
azadlıq uğrunda mübarizəyə qalxmış
dinc əhaliyə, soydaşlarımıza qarşı
törətdiyi cinayətlərdən
danışaraq 20 Yanvar
faciəsinin xalqımızın
yaddaşına silinməz
izlər qoyduğunu qeyd edib. Bakı Slavayan
Universitetində 20 Yanvarla
bağlı silsilə
tədbirlərin nəzərdə
tutulduğunu deyən
R.Novruzov gəncləri
tariximizin bu qanlı qəhrəmanlıq
səhifəsini unutmamağa
səsləyib.Çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 90-cı ilin yanvarın 19-dan 20-nə
keçən gecə
Azərbaycan xalqının
göstərdiyi yenilməzlik,
qəhrəmanlıq, Vətənə,
torpağa sədaqəti,
müstəqillik və
azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid
adına daim ehtiramla yanaşdığını
vurğulayan X.Sultanova
Prezident İlham Əliyev tərəfindən
şəhid ailələrinə
və əlillərə
göstərilən diqqət
və qayğıdan söz açıb, xalqımıza qarşı
törədilən bu
cinayəti düzgün
tarixi faktlarla gələcək nəslə
ötürməyin vacibliyini
vurğulayıb.
Sonra universitetin Azərbaycan
tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov, Beynəlxalq münasibətlər
kafedrasının dosenti
Şəhla Nuruzadə,
BSU üzrə YAP sədri
Sevinc Axundova mövzu ilə bağlı çıxışlar
ediblər. Çıxışçılar həmin dövrün canlı şahidləri kimi mühüm faktlarla keçmiş
SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan
xalqına qarşı
yürütdüyü ayrı-seçkilik
və düşmənçilik
siyasətindən bəhs
ediblər. Faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın
Azərbaycana qarşı
əsassız ərazi
iddialarının gerçəkləşməsinə
münbit hərbi şərait yaratmaq olduğunu bildirən natiqlər baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Respublikanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək keçirdiyi
mətbuat konfransının
mühüm əhəmiyyətini
diqqətə çatdırıblar.
Dəyirmi masada
BSU-nun "Sabah” qrupunun IV kurs tələbələri Səidə
Qədimova, Şəhla
Rəhimli və Fatimə Əlixanlı Azərbaycan, rus, ingilis dillərində çıxış edərək
20 Yanvar hadisəsi və həmin dövrdə ölkədə
baş verən olaylarla.
Hacı
Tofiq
Azad Azərbaycan.-
2018.- 19 yanvar.- S.4.