Diasporumuzun üzərinə düşən missiya çoxşaxəlidir

Azərbaycan diasporunun mütəşəkkil fəaliyyətinə heç vaxt olmadığı qədər ciddi ehtiyac var

Diasporla İş üzrə Dövlət Komitəsi diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bəyan edib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu bildirib. Bu baxımdan Dövlət Komitəsinin rəhbərliyindəki dəyişiklik böyük gözləntilər vəd edir.

Xaricdəki Azərbaycan diasporunun isə Dövlət Komitəsinin yardımı ilə effektiv fəaliyyətə keçməsi ölkəmizin gücünə iqtisadi potensialına öz töhfəsini vermiş olacaq. Aparılan işlər, diaspor məsələri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi nikbinliyə əsas verir: Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından birinə çevriləcək...Gənc Politoloqlar Mərkəzinin (GPM) sədri İlkin Əliyev hesab edir ki, indi qətiyyətlə demək olar ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqları Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir bu onların əsas strateji məqsədlərindən biridir: «Əslində hazırkı şəraitdə Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə heç vaxt olmadığı qədər ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, müstəqil daxili xarici siyasət yürütməsi, ölkəmizin zəngin karbohidogen ehtiyatlarına malik olması dünyanın güc mərkəzlərinin enerji mənbələri uğrundakı savaşı diaspora fəaliyyətimizin daha da güclənməsini zəruri edir. Bununla yanaşı, müstəqilliyin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini tələb edir».GPM sədri bildirib ki, Azərbaycan dövlətinə qarşı heç bir ölkədə olmadığı qədər təhdidlərin olması diaspora fəaliyyətimizin möhkəmlənməsini önə çıxarır: «Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən dövlət dəstəyi məhz sadalanan məsələlərin həllində mühüm rol oynayır. Belə ki, artıq diaspora təşkilatlarımız bəzi problemlərin bir çoxunun həllində ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki, qarşıya qoyulan hədəflərə tam şəkildə nail olmaqdan ötrü diaspor təşkilatlarımızın dövlətlə əməkdaşlıq şəraitində bir sıra məsələlərin həlli vacib sayılır. Məlum olduğu kimi Azərbaycanın beynəlxalq imici, həyata keçirilən çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadi enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə bərabər səviyyədə əməkdaşlığına şərait yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əlaqəsindədir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan üçün dünyanın bir o qədər ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz normaldır, hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bir sıra ölkələrlə vahid mövqedən çıxış edir, beynəlxalq hüquq çərçivəsində dövlətlərin maraqlarının müdafiəsində prinspiallıq nümayiş etdirir».İ.Əliyev qeyd edib ki, vurğulayıb ki, dövlətin xüsusi dəstəyi nəticəsində son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib: «Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Məhz bunun nəticəsidir ki, artıq xarici ölkələrdə soydaşlarımız üçün "Bazar günü" məktəblərinin açılması, müxtəlif icma birliklərin nəzdində qəzet jurnal, radio televiziyaların fəaliyyət göstərməsinə nail olunub. Bunun isə öz növbəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində mühüm rol oynaması şübhə doğurmur. Sadalanan faktlar deməyə əsas verir ki, hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək gücünə malikdir. Lakin o da etiraf edilməlidir ki, diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac duyulur».

 

İ.Əliyev qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarının vacibliyini dərk edən dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi məqsədilə bir sıra vacib məsələləri həll edib.Ekspert Yəhya Babanlı da hesab edir ki, artıq ölkə vətəndaşlarımızla yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tarixi Vətənimiz - Azərbaycanın keçmişi, indisi, gələcəyi ilə bağlı milli birlik həmrəylik nümayiş etdirirlər: «Dövlətimizin səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın ulu əcdadlarımızdan, ata-babalarımızdan qalan dərin dəyərli irsimizi göz bəbəyi kimi qorumaq, yaşatmaq gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan geniş arealda, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə yüksəltməyə xaricdə yaşayan azərbaycanlıların hərtərəfli qayğısına qala biləcək potensiala qadirdir. Hazırda görülən əməli işlərin sayəsində Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır. Buna görədir ki, diaspor nümayəndələrimiz məskunlaşdıqları yurd saldıqları donor ölkələrdə rahatca genişmiqyaslı tədbirlərin təşkil olunmasına, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı sərgilərin təşkil edilməsinə, milli kinomuzun nümayişinə, tanınmış şəxsiyyətlərimizin, ədəbiyyat incəsənət adamlarımızın həyat yaradıcılıqlarından bəhs edən tədbirlərin reallaşdırılmasına nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş plana uyğun olaraq intensiv şəkildə dünyanın müxtəlif ölkələrində davam etdirilir. O cümlədən, lobbi institutları planlı şəkildə öz səslərini qəbul etdirməyə, milli məqsədlərimizə nail olmağa çalışırlar».Ekspert bildirib ki, diaspor işində lobbi siyasi-iqtisadi alət kimi təfsir olunur: «Bütün bu tədbirlər Azərbaycan dövlətinin daimi dəstəyi ilə həyata keçirilməkdədir. Beynəlxalq münasibətlərin vacib elementinə, qloballaşmanın əhəmiyyətli atributuna çevrilən, milli varlığı bəşəri vəhdəti özündə cəmləşdirən diasporu müstəqil dövlətçilikdə daim prioritet istiqamətlərdən sayılmalıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təbirincə desək: "Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, xalqının problemləri ilə yaşamalı, onların həlli üçün əlindən gələni etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti dövlətin maddi mənəvi imkanlarından bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir".

Cavanşir QƏDİMOV

Azad Azərbaycan.- 2019.-2 mart.- S.5.