Milli məqsədlər naminə
birlik vacib şərtdir
Diaspor işinin əsas
məqsədi Azərbaycanın
milli maraqlarını
xarici ölkələrdə
layiqincə təmsil etməkdən ibarətdirBu
gün diaspor təşkilatlarının problemlərinin
aradan qaldırılması
istiqamətində onların
fəaliyyətinin milli
maraqlarımızın gerçəkləşdirilməsinə
yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır.
Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi
bir tərəfdən
soydaşlarımızın milli mənsubiyyətlərini
və dəyərlərini
qoruması deməkdirsə,
başqa tərəfdən
Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət
göstərdikləri ölkənin
Azərbaycanla əlaqələrinin inkişafına
önəmli töhfə
vermələri, həmin
ölkələrin ictimai-siyasi
həyatında aktiv rol oynamaları, Azərbaycan üçün
yeni-yeni dostlar qazanmaları, güclü
Azərbaycan lobbisi deməkdir. Bu sahə ilə
yaxından məşğul
olan müvafiq dövlət qurumları, həmçinin dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının rəhbərləri
də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə
keçməlidir.
Bunun nəticəsidir
ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə
keçməsinin zamanının
yetişdiyi bildirilir və bu istiqamətdə
əməli addımların
atılmasının zəruriliyi
qeyd olunur. Diaspor və lobbizm sahəsi üzrə ekspert Yəhya Babanlı da hesab edir ki,
lobbiçiliyin metodları
müasir dövrün
qanunauyğunluqları ilə
uzlaşmalıdır.Onun sözlərinə
görə, qloballaşma
və transformasiya dövründə lobbi hərəkatını genişləndirməkdə
və gücləndirməkdə
əsas məqsəd
Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmaq, milli
özünəməxsusluğunu təbliğ etmək, inkişaf etmiş ölkələrin diqqətini
ölkəmizə yönəltmək
və insanlarda bura qarşı maraq oyatmaqdan ibarət olmalıdır: «Eyni zamanda, dünyanın nüfuzlu təşkilatlarının diqqətini
özümüzə cəlb
etmək, Birləşmiş
Millətlər Təşkilatı,
Avropa İqtisadi Birliyi, Avropa Şurası və beynəlxalq aləmdə fəaliyyət göstərən
başqa təşkilatlarla
qarşılıqlı münasibətlər
qurmaq və onların mövqeyindən, təcrübəsindən
bəhrələnmək lazımdır.
Təbii ki, bu məsələlərin
reallaşmasında əsas
güc birinci olaraq xarici dövlətin
vətəndaşı olan
etnik mənşəli
azərbaycanlılar və
özünü azərbaycanlı
hesab edənlərin üzərinə düşür.
Bunlar müxtəlif ictimai mənşəyə
mənsub ola bilərlər - siyasi lider, elm xadimi,
mədəniyyət işçisi
və digərləri.
Daha sonra xaricdə müvəqqəti yaşayanlar
və fəaliyyət
göstərənlər bu
işdə fəal olmalıdır. Üçüncüsü
isə beynəlxalq təşkilatlarla əməkdaşlıq
edən yerli dövlət və ya qeyri-dövlət təşkilatları, yəni
siyasi partiyalar, ictimai birliklər, qeyri-hökumət təşkilatları
və başqalarının
üzərinə güc
düşür. O cümlədən,
xarici ölkələrdə
yerli əhali ilə yanaşı digər xalqların lobbi birlikləri ilə əməkdaşlıq
etmək də əsas şərtdir».Lobbimizin formalaşma tarixi və xüsusiyyətlərindən danışan
Y.Babanlı qeyd edib ki, yeni
dünya mənzərəsi
müstəqil dövlətlərin
meydana çıxmasına
şərait yaratdı:
«Lakin postsovet məkanında hökm sürən xaos-anarxiya, siyasi-iqtisadi tənəzzül
gənc dövlətlərin
acınacaqlı duruma
düşməsinə, narazı
əmək miqrantlarının
yaranmasına səbəb
oldu. Sadalananlar üzündən ölkəni
tərk edənlər
milli maraqları çərçivəsində yox, şəxsi mənafeyi uğrunda mübarizəyə qoşulurdu.
Nəticədə xoşagəlməz
məqamlar ortaya çıxırdı. Maddiyyata
satılan işsiz ordu formalaşırdı.
Bu amillər birbaşa milli təhlükəsizliyimizə ağır
zərbə idi. Nəticədə dövlətimizin xarici siyasətinin əleyhinə, beynəlxalq
imicinə xələl
gətirən narazı
lobbi kontingentindən ibarət qruplar yaranırdı. Elə buna görə də yüzilliklər boyu formalaşmış və qəbul edilmiş lobbi mexanizminə yeni müstəqillik qazanmış
keçmiş sovet ölkələrində başqa
yanaşma tələb
olunurdu. Tarix dönə-dönə sübut
edib ki, milli keyfiyyətlərdən
məhrum olaraq assimliyasiya prosesinə uğrayan millətlər yer üzündən silinmə kimi təhlükələrlə üzləşirlər.
Bunun üçün
müasir dünyanın
qabaqcıl dövlətləri
və xalqları ilə münasibətlər
qurmaq və mütəmadi ünsüyyət
saxlamaq lazım idi. Buna görə
isə lobbi hərəkatını gücləndirmək
və düşünülmüş
şəkildə həyata
keçirmək lazım
idi. Yalnız bu halda beynəlxalq
nüfuz qazanmaq olar. Azərbaycanda xoşagəlməz tendensiyaların və ümummilli problemlərin qarşısının alınması
və lazımi məcraya yönəldilməsi
Heydər Əliyev fenomenal dühasının
və siyasi müdrikliyinin sayəsində
reallaşdı. Müasir
tarixi zərurət və xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı
ölkə daxilində
gedən sosial-iqtisadi proseslərə yeni düzən verdi. Milli dövlətçiliyimizin
möhkəmlənməsi istiqamətində
konkret addımlar atıldı».Ekspertin
sözlərinə görə,
Azərbaycanın qazandığı
ikinci müstəqillik
qələbəsi ölkə
ərazisində yaşayan
azərbaycanlılarla yanaşı
həm də dünyaya səpələnən
50 milyonluq soydaşımızı
bir mərkəzdən
koordinasiya etmək üçün şərait
yaratdı: «Məhz
Ulu öndər himayəsiz diasporumuzun taleyinə və plansız lobbi işinə xüsusi diqqətlə yanaşdı.
Bu sahəni bütövlükdə əhatə
edənəcən “Xaricdə
yaşayan azərbaycanlılar”
haqqında qanun qəbul olundu. Bununla “Xaricdə yaşayan azərbaycanlılar”
anlayışı ictimai
və dövlət səviyyəsində dərk
olundu. Milli diasporumuzun hüquqi təyinatı və lobbi siyasətinin cəhətləri müəyyənləşdi.
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan və özünü azərbaycanlı
hesab edən həmvətənlərimizlə qarşılıqlı əlaqələrin
qurulmasına başlanıldı.
Artıq bu gün dünyanın geosiyasi arealında istər daxili, istərsə də xarici lobbinin təsir imkanları gündən-günə
artır. Müasir şəraitdə Azərbaycan
dövləti və hökuməti lobbi potensialının formalaşmasına
xüsusi önəm verir. Bu amilin
milli maraqlarımızın
təminatında rolu araşdırılaraq bu istiqamətdə fəaliyyət
göstərməsi üçün
çoxşaxəli və
kompleks işlər aparılır».Y.Babanlı
vurğulayıb ki, lobbinin keyfiyyətini xarakterizə edən kəmiyyətlər sırasında
lobbiçinin yaşadığı
cəmiyyətdə və
işlədiyi təşkilatda
düzgün münasibətin
qurulması və geniş nüfuzun qazanılması əsas şərtdir: «Keçən
əsrin sonlarında baş verən siyasi proseslərin keçmiş postsovet ölkələrində bir
sıra problemlər yaratdığını vurğulamışdıq.
Bu, ölkəmizdən
də yan keçmədi. Azərbaycan
və azərbaycanlılar
ümummilli problemlə
qarşılaşmışdılar. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ müharibəsi
ilə üz-üzə
qaldıq. Üzləşdiyimiz
haqsızlıq bütün
detallarını dünya
ictimaiyyətinə, müvafiq
təşkilatlara çatdırılmalıdır.
Bunun üçün
düşünülmüş lobbi işinin həyata keçirilməsi
şərti vacibdir. Bu fəaliyyəti daha da geniş
vüsətlə həyata
keçirmək lazımdır.
Bu imkanlar digər ölkələrin
müvafiq birlikləri
ilə əlaqələrin
qurulmasında, müştərək
çıxışların edilməsində daha fəal olmağımızı
əsaslandırır. Onu
da xüsusilə qeyd etmək olar ki, dövlətimizin
xarici siyasətində
artıq lobbiçilik
geniş yer alıb. Azərbaycan lobbisinin ictimai-sosial sistemi iqtisadi-siyasi fəlsəfə ilə əvəzlənib. Gənc lobbimizə
təkan verən amillər sırasında Azərbaycanın tarazlaşdırılmış
xarici siyasət kursunun olması, həm regional, həm də beynəlxalq, inteqrasiyasının
cəhətlərininin müəyyən
edilməsi durur. Ölkəmizin beynəlxalq
aləmdə sivil vətəndaş cəmiyyəti,
dini dözümmlülük məkanı kimi
tanınmasına, yeraltı
və yerüstü sərvətlərin, bəşər
cəmiyyətinin inkişafına
yönəldilən layihələrin
həyata keçirilməsinə,
qloballaşmanın təzahürü
olan enerji təhlükəsizliyi siyasətinin
dəstəklənməsinə və aparıcı rola malik
dövlət kimi tanınmamıza nail olunub. Belə ki, artıq dövlətimizin xaricdə
yaşayan həmvətənlərimizlə
əlaqələrin daha
da genişləndirilməsi
və lobbi hərəkatının həyata
keçirilməsini təmin
edən fəaliyyət
proqramı buna real zəmin yaradıb».
Ekspert Zaur Əliyev
isə qeyd edib ki, günümüzdə
lobbiçilik sahəsində
ən doğru şəkildə təşkilatlanmağı
bacaran bir sıra diasporlar mövcuddur: «Ümumiyyətlə
bu təşkilatlanmalar
2 istiqamətdə həyata
keçirilir, mahiyyətcə
isə eyni istiqamətə hesablanmış
hərəkətdir. Məsələn,
Böyük Britaniya,
ABŞ və Çin
hazırki şəraitdə
maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu
həyata keçirirlər.
Bu zaman onlar sosial baza
olmadan da güclü hərəkət
edir, ayrı-ayrı korporasiyalarla hətta həmin dövlətin xarici siyasətinə belə təsir edirlər. Bu kimi fəaliyyətlər
isə istənilən
halda maliyyə dəstəyi tələb
edir. İstər dövlətin dəstəyilə,
istərsə də xarici ölkələrdəki
imkanlı soydaşlarımızın
könüllü iştirakı
ilə yaradılan fondlar diaspor təşkilatlarının fəaliyyətindəki
çətinlikləri
ortadan qaldırmağa
imkan verərdi. Diaspor qurumlarının xaricdə mediaya çıxışı, nüfuzlu
siyasi partiya və təşkilatlarla münasibətlər qurması,
müstəqil təbliğat
vasitələri yaratması
kimi addımlar isə lobbi mexanizminin yaranmasını
da labüd edəcək».
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.-
2019.- 4 aprel.- S.5.