Klassik Azərbaycan şairi
İmadəddin Nəsiminin
“Həqq məndədir”
adlı yeni şeirlər kitabı işıq üzü görüb
“Kitab Klubu” tərəfindən
“Klassiklərim” seriyasından
Orta dövr Azərbaycan ədəbiyyatının
ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin
müəllifi, Hürufizmin
mücahidlərindən klassik
Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin
“Həqq məndədir”
(Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı 378
səhifə həcmində,
100 tirajla işıq üzü görüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
sərəncamına əsasən,
2004-cü ildə “Lider”
Nəşriyyatı tərəfindən
“Klassik Azərbaycan ədəbiyyatı”
seriyasından “Seçilçiş
əsərləri”nin ikicildliyi
kütləvi tirajla
(25000) çap olunmuş
və ölkə kitabxanalarına hədiyyə
olunmuşdu.
Kamran
Azad Azərbaycan.-
2019.- 6 aprel.- S.7.