Yallı sülh rəmzidir

 

 

 Kamal Babayev:”Yallı o deməkdir ki, insanlar əl-ələ verərək birləşir və  Vətəni  yad ellərdən qoruyur”

 

Kamal müəllimlə müsahibəni oxuculara təqdim edirik:

 

-Kamal müəllim qara zurnanın ecazkar səsi gələrkən insanın sanki ruhu oyanır, siz Azərbaycan mədəniyyətini dünya səviyyəsində layiqincə təmsil etmisiniz xoş təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

 

 Almaniyada, Polşada, Macarıstanda, Misir Ərəb Respublikasında s. ölkələrdə Azərbaycan milli folkloru olan Şərur yallılarını dünyada tanıdırıq. 45 ildir ki, yorulmadan folklorumuzu yaşadır təbliğ edirik.

 

-Xalq içində böyük nüfuz, el məhəbbəti qazanmısınız.

 

 Xalq artistləri Əminə Dilbazi, Habil Əliyev, Alim Qasımov, Samir Cəfərov, akademik Muxtar İmanov, hormətli filoloq, professor, şairə Sona xanım Vəliyeva, nəğməkar şairə Şərafət Dağıstanlı digər elm, incəsənət xadimləri, şair yazıçılar mənim sənətimə yüksək fikirlər söyləmişlər.

 

-Şərur yallılarının Dədə Qorqud boylarında da adlari çəkilir.

 

Ulu Öndər Heydər Əliyev demişdir: “Yallı bizim keçmişimiz, bu günümüz gələcəyimizdir”.

 

Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin sədri Vasif Talibov əbəs yerə vurğulamayıb ki: “Əshabi-Kəhf”, “Gəmi QayaŞərur yallısıNaxçıvanın mənəvi emblemidir”.

 

Akademik İsa Həbibbəylinin fikri ilə desək: “Harada yallı varsa, Oğuz babalarımızın məskənidir, yallı Oğuz babalarimızın möhürüdür”.

 

Dahi Üzeyir Haçıbəyov demisdir: “Yallı Şərurda doğulmuşdur”.

 

Yallının da, zurnanın da tarixi çox qədimdən gəlir. Yallı zurna aləti ilə daha möhtəşəm səslənir.

 

-Şərur mahalında yayılmış bu gün toylarda səsləndirilən yallılardan hansının adını deyə bilərsiniz?

 

Şərur yallısının tərkibindəQazı-qazı”, “İrəvani” (dörd ayaq yallısı, “Urfani”, “Köçəri”, “Tənzərə”, “Qaleyi”, “Şəreyi”, “Sareyi”, “Xələfi”, “Sarı gəlin sair yallıları olduqca maraqlıdır.

 

-Ermənilər torpaqlarımızı işğal etdiyi kimi mətbəximizi, musiqilərimizi saxtalaşdırıb öz adlarına çıxırlar.

 

1929-cu ildəSarı gəlinyallısı Moskvada keçirilən musiqi festifalında ilk dəfə olaraq Azərbaycan musiqiçiləri tərəfindən səsləndirilmiş uğur qazanmışdır.

 

YallıYa Allahdeyərək birlik rəmzidir.Yallı o deməkdir ki, insanlar əl-ələ verərək birləşir Vətəni yad ellərdən qoruyur.

 

-Yallı sülh rəmzidir.

 

Qədimdə qəbilələr bir-biriylə müharibə edərkən, Qaladan Qalaya qılınclaşarkən qəbilədən ağbircək ana başındakı örpəyini hər iki vuruşan qəbilə başçılarının arasına ataraq barış elan edirdi. Cəngi sədaları altında gedən döyüş dayandırılar, bu zaman ana örpəyinə hər iki qəbilə hörmətlə yanaşar barışıb qaladan-qalaya yallı gedərdilər. Əlbətdə yallı qədimdən sülh rəmzidir.

 

-"Cəngi" haqqında deyə bilərsiniz?

 

Xalq qəhrəmanı Koroğlu hər döyüşəCəngisədaları altında gedərdi zəfərlə qayıdardı.

 

 Sədərək döyüşlərində qara zurnanınCəngisədaları altında əsgərlər döyüsə ruhlandırılmış Naxçıvan belə qorunmuşdur.

 

Ermənilər Naxçıvana hücum edərkən naxçıvanlılar əl-ələ verərək düşmənlərə yallı sədaları altında sınə gəriblər. El sənətkarı olaraq mən qara zurnanın sədaları altında əsgərlərimizə ruh yüksəkliyi vermişəm. O illəri xatırlayarkən bu gün qürur hissi keçirdirəm.

 

Kamal müəllimlə müsahibə zamanı qələm dostumuz Rəsmiyyə Heybətağaqızı çox qürurlandı qədim milli musiqi aləti olan qara zurna haqqında deyilən fikirlərdən çox sevindi.

 

Nəğməkar şairə Şərafət Dağıstanlı əbəs yerə deməmişdır:

 

 

 

Nuh Peygəmbər diyarında,

 

Əshabi-Kəhf ocağında,

 

Qədim Şərur torpağında,

 

Boy atıb Kamal Babayev.

 

 

 

Ustad sənətkarımızla görüşümüz hər birimizdə xoş ovqat yaratdı.

 

YouTube-da Əməkdar mədəniyyət işçısi "Kamal Babayev 60 ilin yallısı"na daxil olmaqla, qara zurnada ifa olunmuş Şərur yallılarına qulaq asa bilərsiniz.

 

 Müsahibəni hazırladı:

 

Rauf İLYASOĞLU.

 

Azad Azərbaycan.- 2019.-11 aprel.- S.5.