Aparılan dövlət
siyasəti bəhrəsini
verir
Xaricdə yaşayan həmvətənlərimiz
vahid bir ideya ətrafında təşkilatlanmağa
böyük maraq göstərir
Artıq Azərbaycan
diasporu təşkilatlanma
mərhələsini arxada
qoyaraq keyfiyyət baxımından günü-gündən
güclənməkdədir. Beynəlxalq səviyyədə müxtəlif
xalqların diasporları
ilə “milli və bəşəri dəyərlərin qorunması
naminə birgə fəaliyyət proqramları”nın
hazırlanması və
tədbirlərin həyata
keçirilməsi istiqamətində
son zamanlar ciddi addımlar atılmaqdadır. Əksər
tədqiqatçıların gəldiyi qənaətə görə qloballaşan dünyada dövlətlərin xarici
siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər
bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun sədri, deputat Rüfət Quliyev bu mənada
Ukraynadakı diaspor təşkilatlarının işini
qənaətbəxş hesab
edir: «İşçi
qrupunun sədri olaraq Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayıram.
Ukrayna Ali Radasının ən azı 7-8 deputatı ilə vaxtaşırı
görüşüb məsələləri
müzakirə edirik. Azərbaycanın ən çox diaspor təşkilatları Ukraynadadır.
Ümumilikdə Ukraynadakı
diaspor təşkilatlarının
işini qənaətbəxş
hesab etmək olar. Azərbaycanla bağlı mühüm tarixi günləri unutmurlar. Amma belə bir deyim
var ki, tək
əldən səs çıxmaz. Ona görə də təşkilatlarımız Komitənin
ətrafında sıx
birləşməlidir. Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri işinin öhdəsindən gələn
adamdır. Komitəyə
təyinat almasından
keçən az vaxtda önəmli yeniliklər edib, ən vacib məsələ
olan koordinasiya işini yenidən qurur».
Millət vəkili
qeyd edib ki, dünya azərbaycanlılarının, diaspor təşkilatlarının
mərkəzləşmiş qaydada idarə olunmasına, onların inzibati və təşkilatı aspektdən
birləşməsinə ehtiyac
var: «Hesab edirəm ki, yeni rəhbərlik müəyyənləşdirdiyi yeni idarəçilik planları ilə bu məsələni kökündən həll
edəcək. Parlamentdə
İşçi qrupun
rəhbəri olaraq Diaspor Komitəsinin həyata keçirdiyi islahatları dəstəkləyirəm».
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
(UABD) sədr müavini Murad Cəfərov da qeyd edib ki,
diaspor nümayəndələri
xarici ölkələrdə
yaşayan, eyni millətə mənsub olan insanlardır ki, məhz buna görə də onların Vətən sevgisi və millətə bağlılığı
daha güclü
olur: «Əfsuslar olsun ki, azərbaycanlıların
diaspor hərəkatını
dərketmə prosesinin
özü son illərdə meydana gəlmişdir. Bildiyiniz kimi, diaspor hərəkatı
ictimai-siyasi prosesdir. Bu işlə məşğul olmağa
başladığın ilk
gündən etibarən
o, həyat tərzinə
çevrilir. Məlumdur
ki, diaspor nümayəndələri xarici
ölkələrdə yaşayan,
eyni millətə mənsub olan insanlardır. Yəqin ki, məhz buna görə də onların Vətən sevgisi və millətə bağlılığı daha güclü olur. O insanlar daha
emosional olurlar, Vətənə xidməti
hər şeydən önə çəkir, hansı peşə sahibi olmağından, maliyyə durumundan asılı olmayaraq milli məsələ olan diaspor fəaliyyəti
onlar üçün
ən vacib amala çevrilir. Özü-özlüyündə ən vacib şərt
Vətənə bağlılıq,
torpaq sevgisi olsa da, peşəkar səviyyədə
fəaliyyət üçün
bu amil yetərli
deyil. Məsələn,
YUNESKO-nun məlumatına
görə, dünyada
hazırda 40 milyondan çox azərbaycanlı
yaşayır. Ukraynada
yaşayan soydaşlarımızın
sayı isə YUNESKO statistikasında təxminən
1 milyon göstərilir.
Amma bu insanların
heç də hamısı diaspor fəaliyyətində özünü
görmək istəmir.
Çünki tarixi yurdundan uzaqda yaşayan soydaşlarımızın
miqrant səviyyəsindən
diaspor formatına keçməsi ancaq təşkilatlanma prosesindən
keçir. Təşkilatlanma
isə müvafiq dövlət orqanlarında
qeydiyyatdan keçərək
müəyyənləşdirilmiş hədəflərə çatmaq
üçün sistemli
şəkildə görülən işlərin toplusudur. Yəni, ancaq təşkilatlanmış
toplum istənilən ciddi layihəni həyata keçirmək üçün qüvvə
sayıla bilər. Bu baxımdan son zamanlar Ukraynada
gedən demokratikləşmə
prosesi çoxsaylı
diaspor üzvlərimizin
də yüksək aktivliyinə təsir etdi».
UABD-ın sədr müavini bildirib ki, qarşıda
duran ən vacib məqsəd Ukraynada yaşayan, fəaliyyət göstərən
soydaşlarımızın milli-mənəvi dəyərlərini
qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni,
istedadlı, qədim tarixə və demokratik dövlətə
malik olan xalq kimi təmsil
olunmaq hüququnu təmin etməkdir.
Onun sözlərinə
görə, bu gün xaricdə yaşayan həmvətənlərimiz
vahid bir ideya ətrafında təşkilatlanmağa böyük
maraq göstərir: «Düzdür, əvvəllər
bu meyl mövcud
deyildi. Çünki soydaşlarımız Azərbaycan
dövlətinin dəstəyini
və marağını
hiss etmirdilər. Belə olan təqdirə hamı öz işi ilə məşğul idi. Amma bu
gün sözün əsl mənasında belə bir dəstək
var. Dünyada Azərbaycan diaspor
təşkilatlarının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
hazırlanan və qüvvəyə minən
“Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı
Dövlət siyasəti
haqqında” Qanunun müstəsna rolu oldu. Bu qanun xaricdə yaşayan soydaşlarımızın
qarşısında çox
böyük perspektivlər
açır və onların milli mənafe ətrafında daha sıx birləşməsinə
stimul verir».
Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi
bir tərəfdən
soydaşlarımızın milli mənsubiyyətlərini
və dəyərlərini
qoruması deməkdirsə,
başqa tərəfdən
Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət
göstərdikləri ölkənin
Azərbaycanla əlaqələrinin inkişafına
önəmli töhfə
vermələri, həmin
ölkələrin ictimai-siyasi
həyatında aktiv rol oynamaları, Azərbaycan üçün
yeni-yeni dostlar qazanmaları, güclü
Azərbaycan lobbisi deməkdir.
Qeyd edək
ki, Azərbaycan diasporunun formalaşmağa
başlaması respublikamızın
öz dövlət müstəqilliyini bərpa
etməsindən sonrakı
illərə - 1993-cü ildən
sonraya təsadüf edir. Məhz bu dövrdən
etibarən Azərbaycan
prezidentinin xarici ölkələrə səfərləri
zamanı həmin ölkələrdəki Azərbaycan
icmaları nümayəndələri
ilə keçirdiyi görüşlərdə diasporlarımızın
formalaşması və
təşkilatlanması zərurəti
bir vəzifə kimi qarşıya qoyuldu. Artıq bu gün Azərbaycan
diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində
nümayiş etdirdiyi
real güc artıq lobbi fəaliyyətinə keçməyin
zamanının yetişdiyini
deməyə əsas verir.
Bu sahə ilə
yaxından məşğul
olan müvafiq dövlət qurumları, həmçinin dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının rəhbərləri
də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə
keçməlidir.
Bunun nəticəsidir
ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə
keçməsinin zamanının
yetişdiyi bildirilir və bu istiqamətdə
əməli addımların
atılmasının zəruriliyi
qeyd olunur.
Cavanşir QƏDİMOV
Azad azərbaycan.-
2019.- 11 aprel.- S.5.