“Qətibə İnanc” yenidən səhnədə...
Aprelin
19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
repertuarında yeni tamaşalardan olan “Qətibə İnanc”
növbəti dəfə təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
ikihissəli səhnə
əsəri görkəmli
Azərbaycan yazıçısı
Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri
əsasında Çingiz
Ələsgərli tərəfindən
yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim
Fərzəlibəyevin quruluşunda
təqdim olunan tamaşada rolları Xalq artisti Bəsti
Cəfərova, Əməkdar
artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt,
Rüstəm Rüstəmov,
İlyas Əhmədov,
Şəhla İsmayılova,
Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.
Rəsmlərinin quruluşu
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğlu olan səhnə əsərinin
musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.
Tamaşa Gəncə
hakimi Əmir İnancın qızı Qətibə İnancın
Şeyx Nizamiyə olan məhəbbətindən
bəhs edir. Şeyx tərəfindən
məhəbbəti rədd
ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd
Cahan Pəhləvana ərə gedir.
Qeyd edək
ki, ilk dəfə
1977-ci ildə görkəmli
rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.
Azad Azərbaycan.-
2019.- 18 aprel.- S.7.