Xalq yazıçısı
İsmayıl Şıxlı
“Ədəbiyyata bağlı
ömür yolu”nda anılıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli
ədib, Xalq yazıçısı İsmayıl
Şıxlının 100 illiyi
münasibətilə “Ədəbiyyata
bağlı ömür
yolu” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbəri Oruc Quliyev çıxış
edərək ədibin
həyat və yaradıcılığı haqqında
məlumat verib. Bildirib ki, tədbir
Prezident İlham Əliyevin ədibin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq
Sərəncama uyğun
olaraq təşkil olunub.
Kitabxananın direktor müavini
Xalidə Musayeva İsmayıl Şıxlının
bütün əsərlərində
insanı uca tutmasından, böyük
xarakterlər yaradıb
xeyirin, ədalətin
qələbəsinə çalışmasından,
həyati mövzular yazaraq zamanın nəbzini tutmasından və yaradıcılığında
günün mühüm məsələlərinə
toxunmasından bəhs
edib.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
əməkdaşı, dosent
Aytən Rüstəmzadə
İsmayıl Şıxlının
ömrünün əlli
ildən çoxunu pedaqoji fəaliyyətə
həsr etməsi, əsl əqidə sahibi olması, Azərbaycan ədəbiyyatının
inkişafında əvəzsiz
xidmətlər göstərməsi,
eləcə də əsərlərinin
əsas mövzu və ideyası barədə danışıb.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
əməkdaşları - filologiya
üzrə fəlsəfə
doktorları Rasim Nəbioğlu və Esmira Fuad, baş
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərova, Azərbaycan Dillər Universitetinin müəllimi,
ədibin gəlini Reyhan Yusifqızı və başqaları çıxış edərək
onun zəngin yaradıcılığından,
yaradıcılığına verilən qiymətdən söz açıblar.
Sonra ədibin
“Dəli Kür” əsərinin motivləri
əsasında çəkilən
filmdən fraqmentlər
nümayiş olunub.
Tofiq Hacı
Azad Azərbaycan.-
2019.- 25 aprel.- S.5.