Azərbaycançılıq naminə bir çətir altında birləşməliyik
Baxış sayı: 15
Ülviyyə
Cabbarova: «Azərbaycanın belə qüdrətli
inkişafı xaricdəki azərbaycanlılar
üçün böyük güc mənbəyi deməkdir»
Bu gün
dünyanın əksər
ölkələrində 500-ə yaxın Azərbaycan icması fəaliyyət göstərir. Artıq diasporumuz təşkilatlanma
prosesini arxada qoyub və praktik
mərhələdə məqsəd
Azərbaycan həqiqətlərini
təbliğ etməkdir.
Belə fəal qurumlardan biri də Finlandiyada fəaliyyət göstərən
Azərbaycan-Turk Gənclər
Təşkilatıdır. Təşkilatın
sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya
Şurasının əlaqələndiricisi
Ülviyyə Cabbarova
“Report”a bildirib ki, son bir
neçə ildə Skandinaviya ölkələrində,
eləcə də Finlandiyada azərbaycanlıların
fəaliyyətində dinamika
var: «Bu istər müxtəlif ümummilli məqsəd daşıyan tədbirlərin
keçirilməsində, istərsə
də yerli rəsmilərlə təmasların,
birgə işlərin
gerçəkləşdirilməsində
özünü göstərir.
Məsələn, son
illər təmsil etdiyim təşkilat olaraq Türkiyə diasporu və təmsilçiləri ilə
birlikdə yerli fin rəsmilərlə bir neçə mühüm təmaslarımız
olub. Bundan başqa, yerli təmsilçilərlə birlikdə
musiqi, mədəniyyətin
digər sahələri,
idman üzrə bir sıra tədbirlər
keçiririk. Bu, dinamika üzrə davam edir. Təşkilatlanmaya
gəldikdə isə,
qardaş Türkiyə
diasporu ilə birgə təşkilatlanmamız
sürətlənir. Xüsusilə
son zamanlar yaradılan Skandinaviya Azərbaycanlıları Koordinasiya
Şurası buna böyük təkan verir. Qeyd edim
ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələdə bizə
dəstəyi danılmazdır».
Ü.Cabbarova qeyd edib ki,
Azərbaycan həqiqətlərinin
Finlandiyada tanıdılması
istiqamətində xeyli
işlər görülüb
və bu proses davam etməkdədir:
«Bildiyiniz kimi, Skandinaviya ölkəsi olan İsveçdə yerli qanunverici orqanlara son seçkilərdə
azərbaycanlılar da
qələbə qazandı.
Bu, ənənə halını almağa başlayır. Belə ki, Finlandiyada, əsasən də, fəal gənclərdən
ibarət sosial bazamız formalaşmağa
başlayır ki, gələcəkdə burada
istər qanunverici orqanlarda, istər digər rəsmi sahələrdə gücümüzü
sınayaq. Azərbaycan
həqiqətləri burada
daim bizim üçün prioritetdir.
Bu ilin yanvar
ayında Finlandiyada növbəti erməni təxribatının qarşısını
ala bildik. Belə ki, müxtəlif ölkələrdə təşkil
edilən Beynəlxalq
Turizm Sərgisi Finlandiyada təşkil olunan zaman Helsinkidə
Matkamessuda keçirilən
turizm sərgisinə qatılan erməni şirkəti Azərbaycan
ərazisi olan Dağlıq Qarabağı
qondarma “Artsax” kimi təqdim etmək istəyirdi.
Mən və Azərbaycan-Turk Gənclər
Təşkilatının üzvü
L.Hüseynova bunu aradan qaldırdıq. Qarabağın Azərbaycan
ərazisi olduğunu,
“Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakteri daşıdığını
onların nəzərinə
çatdırdıq. Yerli
rəsmilər dərhal
bununla bağlı tədbir gördü. Fevralda isə Helsinki şəhərində
Xocalı soyqırımının
27-ci ildönümü ilə
əlaqədar anım
tədbiri keçirdik.
Tədbirdə Finlandiyada
yaşayan azərbaycanlılarla
yanaşı, yerli ictimaiyyət, Azərbaycan
səfirliyi, Finlandiyadakı
diplomatik korpusun nümayəndələri və
digər qonaqlar fəal iştirak etdi. Yaxın gələcəkdə isə
digər türkdilli xalqların diasporu ilə birgə Xocalı soyqırımının
hüquqi tanınması,
Azərbaycanın işğal
olunmuş torpaqları
ilə bağlı Finlandiya parlamentində məsələ qaldırılmasını
nəzərdə tuturuq».
Təşkilat sədri vurğulayıb ki, artıq xeyli müddətdir Skandinaviya ölkələrində
azərbaycanlıların koordinasiya
şuraları fəaliyyətə
başlayıb: «Bildiyiniz
kimi, mən Koordinasiya Şurasının
əlaqələndiricisi seçilmədən
öncə, Finlandiyada
Azərbaycan-Turk Gənclər
Təşkilatının sədri
kimi fəaliyyət göstərmişəm.
Bu təşkilat
2012-ci ildə Finlandiyanın
Espoo şəhərində
yaradılıb. Təşkil etdiyimiz tədbirlərin başlıca məqsədi
Azərbaycan-Türk milli
adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini Azərbaycan-Türk gənclərinin
yaddaşına yazmaq,
onlarda milli ruhun, milli məfkurənin
formalaşmasına nail
olmaqla yanaşı, yerli ictimaiyyəti vətənimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, xüsusilə Qarabagın işğalını
Xocalı soyqırımını
təbliğ etməklə
erməni yalanlarını
ifşa etmək idi. Keçən ilin oktyabrında İsveçin paytaxtı
Stokholmda Skandinaviya Azərbaycanlılarının Koordinasiya
Şurası təsis
olundu və mən Finlandiya üzrə əlaqələndirici
seçildim. Qeyd olunan
vəzifəyə seçildiyim
gündən sonra Finlandiyada yaşayan güneyli - quzeyli azərbaycanlıların təşkilatlanması,
onların diaspor və lobbiçilik fəaliyyətlərinə daha
aktiv şəkildə
cəlb edilməsi istiqamətində ciddi fəaliyyətə başladıq.
Ümumiyyətlə, Diasporla
İş üzrə
Dövlət Komitəsinin
yeni rəhbərliyinin son bir ildə Avropada
atdığı addımlar
burada yaşayan biz azərbaycanlılar üçün yeni nəfəs və həvəs verib. Bu, Skandinaviya ölkələrində qabarıq
şəkildə özünü
göstərir. Yuxarıda
sadaladığım layihələrin
gerçəkləşməsi də məhz bu amildən stimul alır. Azərbaycan dövlətinin,
xüsusilə dövlət
başçısı cənab
İlham Əliyevin dünyadakı bütün
azərbaycanlıların Prezidenti
kimi apardığı
fəaliyyət bizim üçün çox böyük dəstəkdir.
Biz azərbaycanlılar
daim bunu üzərimizdə hiss edir, etimadı doğrultmağa çalışırıq.
Yeri gəlmişkən, cənab
Prezidentimizin son seçkilərdə qazandığı
qələbənin bir
illiyi münasibəti
ilə onu təbrik edir, daim ətrafında sıx olacağımızı
bildiririk. Çünki
vətənimiz Azərbaycanın
belə qüdrətli
inkişafı xaricdəki
azərbaycanlılar üçün
böyük güc
mənbəyi deməkdir».
Ü.Cabbarova əlavə edib ki, Finlandiyada təqribən 3000-dən çox
azərbaycanlı yaşayır.
Azərbaycan Respublikasından
Finlandiyaya köçənlərin
sayı isə təxminən 1000 nəfərə
yaxındır: «Deyərdim
ki, azərbaycanlıların
Finlandiyada təşkilatlanması
yüksək səviyyədədir,
onlar azərbaycançılıq
naminə bir çətir altında birləşərək həmrəylik
nümayiş etdirir və bir-birinə dəstək olurlar. Hələ
1993-cü ildən Ümummilli
lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla
görüşlərində verdiyi dəyərli məsləhətlər dünyadakı,
o cümlədən Finlandiyadakı
Azərbaycan diasporunun
canlanmasına və vahid məqsəd naminə birləşməsinə
stimul yaradıb.
Bu gün Finlandiyada yaşayan soydaşlarımız
bu ənənəni davam etdirərək azərbaycançılıq ideologiyası,
müstəqil Azərbaycan
dövlətinin üçrəngli
bayrağı ətrafında
sıx birləşir
və fəaliyyətləri
ilə Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
işinə, ölkəmizin tanıdılmasına
öz töhfələrini
verirlər.
Son vaxtlar
Diasporla İş üzrə Dövlət Komitəsində dəyişikliklər
də soydaşlarmızda
böyük stimul yaradıb. Komitənin fəaliyyətindəki yeniliklər,
xaricdəki soydaşlarımıza
diqqət və qayğının artırılması
onların Azərbaycan
naminə daha sıx birləşərək
fəaliyyət göstərmək
üçün böyük
ümidlər verib. Komitənin diaspor təşkilatlarına
texniki dəstəyini
də xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə
innovativ yeniliklər təqdirəlayiqdir. İnternet
üzərindən, sosial
şəbəkələrdə, Diaspor TV-də və s. görülən
işlər kifayət
qədər ümidvericidir.
Komitə təşkilatlara
texniki dəstək göstərir, görülən
işlər çoxdur.
Ümumiyyətlə, son
dövrlər Dövlət
Komitəsinin fəaliyyətinə
nəzər yetirsək
xüsusi bir aktivliyin şahidi oluruq. Xüsusilə də Komitə rəhbərliyinin pozitiv olması bu prosesdə ciddi əhəmiyyət kəsb
edir».
Birlik sədri əlavə
edib ki, bu gün Finlandiyada
Azərbaycanla bağlı
müsbət fikirlər
var: «Ölkəmizdə
keçirilən dünya
səviyyəli tədbirlər
Azərbaycanı bütün
dünyada, eləcə
də Finlandiyada müsbət mənada tanıdıb. Qeyd etdiyim kimi, Finlandiyada
yaşayan azərbaycanlıların
bir çoxu öz sahəsində tanınmış musiqiçilər,
həkimlər, alimlər
və iş adamlarıdır. Musiqiçilərimiz
fəal yaradıcılıqla
məşğul olur,
mütəmadi konsert proqramları və digər bu kimi
tədbirlərdə iştirak
edirlər. Həkimlərimiz
sayılıb-seçilən klinikalarda bizi təmsil edir, gördükləri işin
öhdəsindən layiqincə
gəlirlər. Müəllimlərimiz
isə Fin məktəblərində müxtəlif
elmlərin tədrisi ilə məşğul olaraq yüksək səviyyədə və xüsusi peşəkarlıqla
işlərini icra edirlər».
Bilman
ALLAHVERDİYEV
Azad
Azərbaycan.- 2019.- 25 aprel.- S.5