“İki dünyanın şairi”
ADU-da Nəsiminin 650
illiyinə həsr edilmış ədəbi-bədii gecə
keçirilib
Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrası,
Bakı Amerika Mərkəzi, “Sönməz
Məşəl” Mədəni
Əlaqələr İctimai
Birliyinin birgə təşkilatçılığı ilə ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurasının
əməkdaşlığı çərçivəsində İmadəddin Nəsiminin
650 illiyinə həsr
edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii
gecə keçirilib.
ADU-dan Youthportal.az-a xəbər verir ki, Universitetin elm və innovasiyalar
üzrə prorektoru professor Novruz Məmmədov Nəsiminin
Azərbaycan ədəbiyyatında
xüsusi yeri olan ədib olduğunu deyib. N.Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetində Nəsimi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. “Sığmazam”
qəzəli ilə Nəsiminin hər iki dünya üçün həm tarixi, həm də fəlsəfi baxımdan böyük tutumlu fikir dediyini
diqqətə çatdıran
N.Məmmədov bu istiqamətdə hazırlanan
tədbirdən hamının
zövq alacağına
inandığını bildirib.
Nəsiminin yad edilməyə layiq olduğunu söyləyən
prorektor yalnız bir il deyil,
tariximizin çox illərinin Nəsimiyə
həsr oluna biləcəyini vurğulayıb.
O, tədbir iştirakçılarına
Nəsimi ilə zənginləşməyi arzu
edib.
Xarici Ölkələr
Ədəbiyyatı kafedrasının
dosenti Şəhla Nağıyeva Nəsiminin
yad edilməsi baxımından hər kəsin öhdəsinə
mənəvi borc düşdüyünü deyib.
Tədbirin ərsəyə gəlməsi prosesindən
danışan Ş.Nağıyeva
Azərbaycan Respublikasının
Amerika Birləşmiş
Ştatlarındakı səfirliyinin
ABŞ-dakı Vaşinqton
Piano İncəsənəti
Şurası ilə birgə təşkil etdiyi Nəsiminin “Sığmazam” fəlsəfi
qəzəlinə amerikalı
bəstəkar Andreü
Celentanonun bəstələdiyi
musiqi haqqında da məlumat verib.
Həmin musiqinin
təqdimat mərasimindən
videogörüntülər nümayiş olunduqdan sonra mahnı tədbir iştirakçılarına
təqdim olunub. Tədbirdə canlı bağlantı ilə qoşulan bəstəkar mahnının yaranma tarixi barədə təəssüratlarını tədbir iştirakçıları
ilə bölüşüb.
Ədəbi gecədə universitetin
tələbələri Nəsimi
yaradıcılığının dünyəvi keyfiyyətləri,
bəşəri duyğuları
mövzusunda Azərbaycan
və ingilis dillərində tədbir iştirakçılarına
məlumat veriblər,
Nəsimi poeziyasının
incilərini hər iki dildə söyləyiblər.
Şairə həsr edilmiş “Nəsimi” filmindən fraqment və xalq artisti Alim
Qasımovun ifasında
“Ayrılır” qəzəlindən
bir parça nümayiş edilib.
Sonda ADU-nun
tələbələri Sami
Yusufun Nəsiminin “Sığmazam” qəzəlinə
bəstələdiyi mahnını
oxuyublar.
Azad Azərbaycan.-
2019.- 19 dekabr.- S.5