“Məmməd Səid Ordubadi: Şərq və Qərb”: monoqrafiyasının təqdimatı
olub
AMEA
Naxçıvan Bölməsində “Məmməd Səid
Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı
keçirilib-FOTO
Dün, 16:00
AMEA-nın
Naxçıvan Bölməsində İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Nərgiz
İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq
və Qərb” monoqrafiyasının təqdimatı
keçirilib.
AMEA
Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri
institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev açaraq bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan
ədəbiyyatının, söz sənətinin dünyada təbliğ
edilməsi baxımından əhəmiyyətlidir.
Qeyd
edib ki, aktual bir mövzuya həsr edilən nəşrdə
müəllif Məmməd Səid Ordubadinin həyat və
yaradıcılığına ümumi nəzər salıb,
romanlarında öz əksini tapan Avropa mühiti, habelə
Şərq və Qərbin müqayisəsinin təhlilini
aparıb. Monoqrafiyada Şərq Qərb dialoqu, Şərq Qərb
əlaqələri, eyni zamanda Şərqin ədəbi, mədəni
əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi
gənc tədqiqatçı tərəfindən
yığcam şəkildə
işıqlandırılıb.
Daha
sonra institutun elmi işlər üzrə direktor müavini,
professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi
irsinə Şərq və Qərb kontekstindən
baxış” mövzusunda məruzəsi dinlənilib.
Sonra
bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru Rəşad Zülfüqarov çıxış edərək
yeni nəşrlə bağlı fikirlərini
bölüşüb.
Sonda
müəllif tədbir iştirakçılarına öz
minnətdarlığını bildirib.
Tofiq Seyidzadə
Azad Azərbaycan.-
2019.- 19 dekabr.- S.5.