AMEA Naxçıvan Bölməsində silsilə
tədbirlər keçiriləcək
"Nəsimi ili" və Cəlil
Məmmədquluzadənin 150
illik yubileyinə hazırlıqlar davam
edir
İclası
bölmənin sədri, akademik İsmayıl Hacıyev
açaraq ölkəmizdə mədəniyyətin,
ədəbiyyatın, incəsənətin inkişafında
mühüm xidmətləri olan şəxslərin
yubileylərinin keçirilməsinə göstərilən
diqqət və qayğıdan danışıb. Akademik,
həmçinin Prezident İlham Əliyevin 2019-cu ilin
ölkəmizdə “Nəsimi ili” elan edilməsi və
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin
keçirilməsi ilə bağlı sərəncamlar
imzaladığını qeyd edib. Vurğulanıb ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
cənab Vasif Talıbov Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, yazıçı,
dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş
Tədbirlər Planını təsdiq edib.
Sonra
sözügedən hər iki sərəncamla əlaqədar
nəzərdə tutulmuş işlərin yerinə
yetirilməsi ilə bağlı müvafiq
tapşırıqlar diqqətə
çatdırılıb. Qeyd olunub
ki, bölmənin elmi-tədqiqat
müəssisələrinin əməkdaşları
kütləvi informasiya vasitələri üçün
mövzu ilə əlaqədar materiallar hazırlamalı,
açıq dərslər, dəyirmi masalar təşkil
etməlidirlər. Bundan əlavə, bu mövzularda elmi
konfrans və tədbirlərin keçirilməsi də
qərarlaşdırılıb.
İclasda
bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral
xammalın kimyası və texnologiyası
laboratoriyasının şöbə müdiri, kimya
üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun
“Nanotexnologiya və Nanoquruluşların öyrənilməsi”
mövzusunda elmi məruzəsi dinlənilib və
müzakirə olunub. Laboratoriya rəhbərinə gələcəkdə
aparılacaq tədqiqatların elmi səmərəliliyini
yüksəltmək üçün müvafiq
tapşırıqlar verilib.
Sonra bir
sıra cari məsələlərə baxılıb.
Seyidzadə Tofiq.
Azad Azərbaycan.- 2019.- 1
fevral.- S.5.