Şərtlərin sərtləşməsi qəzetlərin bağlanması
demək deyil
Vüqar Səfərli:
"Məqsəd hansısa
qəzetlərin bağlanması
yox, onların fəaliyyətinin müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasıdır"
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun Müşahidə
Şurasının yanvarın
31-də keçirilmiş iclasında
Fondun 2019-cu ilin II rübü üçün
KİV-lərə maliyyə
yardımı müsabiqəsinin
elanında qəzetlərin
tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin
edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış
mülahizələrə səbəb
olub. Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının
son iclasında qəbul olunmuş qərarla bağlı
"Trend"ə geniş
açıqlama verib.
Bu dəyişikliklərin yeni dövrün obyektiv tələbindən
irəli gəldiyini vurğulayan icraçı
direktor bildirib ki, Fondun fəaliyyətdə
olduğu 10 il müddətində Müşahidə
Şurası qəzetlərə
maliyyə yardımının
ayrılması ilə
bağlı şərt
və meyarlara dövrün tələbindən irəli gələn dəyişikliklər
edib: "Fond
yeni yaranarkən
KİV-lərə maliyyə
yardımının ayrılması
üçün müəyyənləşdirilmiş
başlıca şərtlərdən
biri də qəzetlərin gündəlik
tirajının minimum
1500, gündəlik satış
və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti
ilə bağlı bu şərtlərə yenidən baxıldı.
2011-ci ildə gündəlik
satış və tiraj müvafiq olaraq 750 və 2000,
2014-cü ildən etibarən
isə yayım 1000, tiraj 2500 müəyyən
edildi.
Göründüyü kimi, son 5 ildə
- 2014-cü ildən Fondun
Müşahidə Şurası
KİV-lərə maliyyə
yardımı müsabiqəsinin
şərtlərində tiraj
və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının
sürətlə inkişaf
etdiyi hazırkı mərhələdə Fondun
maliyyə yardımı
ayırdığı qəzetlərin
istər məzmun və forma, istərsə də keyfiyyət baxımından
müasir tələblərə
cavab verməsi üçün şərtlərə
yenidən baxılması
zərurəti yaranmışdı".
İcraçı direktor Fondun Müşahidə Şurasının
son iclasında müsabiqə şərtlərinə
edilmiş dəyişikliklər
barədə də ətraflı məlumat verib: "Fondun
Müşahidə Şurasının
son iclasında qəbul olunmuş qərara əsasən,
2019-cu ilin II rübündə
Fondun KİV-lərə
maliyyə yardımı
müsabiqəsində yalnız
son 3 ildə müntəzəm gündəlik
nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən
az olmayan, hər buraxılışından
ən azı 2000 nüsxəsi satılan və ya abunə
yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici
dillərdə nəşr
olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər
üçün minimum
tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə
olması nəzərdə
tutulur".
V.Səfərli bildirib ki, Fond
maliyyə yardımı
ayırdığı qəzetlərin
rəhbərlərinə hələ
2018-ci ilin ortalarında
yeni ildən tiraj və yayımın
minimum həddi ilə bağlı şərtlərə yenidən
baxılacağı xəbərdarlığını
edib: "Məqsəd
hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə
inkişaf etdiyi hazırkı dövrdə
rəqabətə davamlı,
ictimai-siyasi proseslərə,
ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır.
Əlbəttə, 2019-cu ilin
II rübündə hansı
qəzetlərin
Fonddan maliyyə yardımı alacağı
müsabiqənin yekununda
- mart ayının sonlarında bəlli olacaq. Bunun üçün
həmin qəzetlərin
müsabiqə elan edilən gündən sonrakı iki ayda, yəni
fevral-mart aylarında müəyyənləşdirilmiş
yeni şərtlər
çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə,
istisna olunmur ki, bu şərtlərə
əməl etmək imkanında olmayan aztirajlı və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda
qala bilərlər".
Fondun icraçı direktoru
qeyd edib ki, 2019-cu ilin II rübündə tirajı
və yayımı müəyyənləşdirilmiş tələblərə cavab
verməyən qəzetlərin
maliyyələşdirilməsinin dayandırılması obyektiv
reallıqdan irəli gələn qaçılmaz
qərar olacaq:
"Müəyyən edilmiş
şərtlərə cavab
verməyən qəzetlərin
maliyyələşdirilməsinin dayandırılması onların
fəaliyyətinin effektsizliyi
ilə bağlı ola bilər. Biz istəyirik ki, qəzetlərin yaradıcılıq
məhsulları daha rahat və asan
formada öz oxucularını tapsın.
Əgər jurnalistlərin
yazdığı yazılar
oxucuya çatmırsa,
maklaturaya pul xərcləməyin heç
bir mənası yoxdur. Əlbəttə, biz maliyyələşdirilməsi
dayandırılan aztirajlı
KİV-lərin yaradıcı və texniki heyətinin işsiz qalmasının və ixtisara düşməsinin qarşısını
almaq məqsədilə
həmin KİV-lərin
elektron versiyasına dəstək verəcək,
onların oxunaqlı internet qəzetinə çevrilməsinə çalışacağıq".
İcraçı direktor onu da bildirib ki,
möhtərəm Prezidentimiz
cənab İlham Əlyevin 31 iyul 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi Konsepsiyası"na
əsasən, ölkə
həqiqətlərinin dünya
ictimaiyyətinə
dolğun və obyektiv şəkildə çatdırılması üçün
Fondun əcnəbi dillərdə nəşr
olunan media qurumlarına da maliyyə yardımı göstərməsi nəzərdə
tutulmuşdur: "Fondun başlıca məqsədlərindən biri
də ondan ibarətdir ki, Azərbaycanın həm daxildə, həm də xaricdə təbliğatının gücləndirilməsi,
yaşanan proseslərin
daha dolğun formada dünya ictimaiyyətinə çatdırılması
məqsədilə internet
qəzetlərin xarici
dillərdə elektron
variantının yaradılmasına
və yayımına dəstək verək. Bir sözlə, Fond hansısa qəzetlərin
bağlanması və
onlarda çalışan
yaradıcı-texniki heyətin
ixtisara salınmasına
deyil, əksinə, onların fəaliyyətinin
müasir informasiya texnologiyalarına və virtual informasiya məkanına uyğunlaşdırılmasına,
fəaliyyətlərinin daha
dolğun və səmərəli olmasına
çalışır.
Bu, 2019-cu ildə
Azərbaycanda möhtərəm
Prezidentimizin həyata
keçirdiyi idarəçilik
sisteminin təkmilləşdirilməsi,
dövlət idarəçiliyinin
effektivliyinin, dinamikliyinin
və mobilliyinin artırılması kursuna
tam uyğundur. Düşünürük ki,
Fondun elan etdiyi yeni şərtlər
çap mediasının
inkişafında da yeni mərhələnin başlanğıcı olacaqdır".
Vüqar Səfərli sonda
onu da bildirib
ki, hazırda Fondun qəzetlərə ayırdığı maliyyə
yardımının böyük
bir hissəsi onların qəzet kağızı, mətbəə
xərcləri, daşıma
və yayım xərclərinə sərf
olunur: "Odur ki, aztirajlı və çox məsrəfli qəzetlərin
internet versiyasının
inkişaf etdirilməsinə
dəstəyin verilməsi
daha səmərəli
nəticələr verəcəkdir".
Azad Azərbaycan.-
2019.- 2 fevral.- S.3