Əli Tudənin
ədəbiyyatımızda xüsusi yeri var
Respublika
Gənclər Kitabxanasında şair Əli Tudənin anadan
olmasının 95 illiyi münasibəti ilə ədəbi-bədii
gecə keçirildi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Əli Tudənin anadan olmasının 95 illiyi münasibəti ilə əbədi-bədii gecə keçirildi.
Əbədi-bədii gecəni giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirilən Əli Tudə, bu tədbirin keçirilməsinin əsas mahiyyəti, ədəbiyyatımızda görkəmli şairin yaradıcılığının xüsusi yeri haqqında danışdı.
Şair Əli Tudənin öz səsi ilə “Mən nə gətirdim” şeri ilə başlanan sənədli film nümayiş olundu.
“İranlı Mühacirlər” ədəbi birliyinin sədri, “Dədə Qorqud Beynəlxalq Mükafatı” laureatı Tariyel Ümid Əli Tudənin həyatı, yaradıcılığının əsas istiqamətləri mövzusunda çıxış etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrindən Xanım İslamova, Günel Ağayeva, Sənan İmanov Əli Tudənin şerlərini söylədilər.
“Əli Tudə və Milli Filarmoniyamız” adlı klip nümayiş etdirildi. Şairin oğlu Natiq Əli Tudə atası haqqında xatirələrini danışandan sonra “İranlı MühacirlərCəmiyyəti”nin diplomu ilə təltif olundu.
Ədəbi-bədii gecədə həmçinin, “İranlı Mühacirlər Cəmiyyəti”nin idarə heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Adilə Şernikbulənd, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova Ümmani iştirak edidilər. Tədbirin sonunda “Əli Tudə-95” adlı kitab sərgisinə baxış keçirildi
Məmmədhəsən
Azad
Azərbaycan.- 2019.- 5 fevral.- S.5