Yeni “Bibliopoisk” (“Библиопоиск”) sistemi istifadəyə verilib

Yasamal rayon MKS-inə  axtarış sistemindən istifadə  etmək  hüququq verilib

 

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Библиопоиск” (“Biblioaxtarış”) axtarış sistemindən istifadə etmək hüququ verilmişdir.

“Библиопоиск” sistemində məlumatlar xronoloji ardıcıllıqla 1600-cü ildən bu günə qədər toplanmışdır.

“Библиопоиск” axtarış sistemi Elektron kataloqların axtarış sistemindən fərqlidir. Burada axtarış üçün daha geniş imkanlar yaradılıb, biblioqrafik təsvirlərin bazası daha dolğundur kitabxanaların Elektron kataloqlarında olmayan biblioqrafik təsvirlərin bir çox elementləri mövcuddur. MəhzБиблиопоискvasitəsilə oxucular onlar üçün əlyetərliyitəmin edilmiş bütün sənədlər massivinə, o cümlədən ixtisaslaşdırılmış kitabxana repozitarilərinə İnternet saytlarında axtarış aparmaq imkanı qazanırlar.

Библиопоискkitab sənəd haqqında məlumatların daha asan yolla, tez tapılması üçün müasir rahat axtarış sistemidir. Burada kitablar haqqında, jurnal məqalələri, dissertasiya avtoreferatlar haqqında ətraflı məlumat mövcuddur. Məlumatları (təsvirləri) həm online rejimdə oxumaq, həm köçürmək mümkündür.

Axtarışın nəticələrini sosial şəbəkələrdə paylaşmaq mümkündür. Arayışın köməyi ilə axtarışa verilən məlumatın dəqiq yazılması izah edilir. (müəllif adı, sərlövhə jurnalın adının yazılması)

Sənədlərlə açıq axtarış sistemi (openacces) – kitabxanada məlumat axtarışlarından ən vacib şərtdir. Google Yandex kimi standard axtarış sistemləri dəqiq nəticələrlə yanaşı, çoxluinformasiya tullantısımeydana gətirir: istifadəçiyə lazımlı materialları tapmağa əngəl yaradan reklam, yoxlanmamış, dəqiq olmayan materiallar s. Belə vəziyyət elmi materialların axtarışında problem yaradır. Məhz buna görə kitabxanada ixtisaslaşmış axtarış sisteminin yadiscoverysisteminin olması vacibdir.

Discoveryaxtarış sistemləri dünyanın bir çox kitabxanalarında geniş yayılmışdır. Library Jurnal saytının məlumatlarına görə ABŞ Kanadanın 60% kitabxanalarında ixtisaslaşmış axtarış sistemi mövcuddur.

Azərbaycan kitabxanalarındaБиблиопоискsisteminin istifadəsi kitabxanaların müasir informasiya texnologiyalarına yaxınlaşması üçün mütərəqqi addımdır.

Библиопоискsisteminin bazasında kitab sənədlərin biblioqrafik təsviri yerləşdirilib. Burada müxtəlif janrlarda kitabları axtarmaq üçün geniş imkanlar yaradılıb. “Библиопоискsistemi 2017-ci ilin yayında istifadəyə verilmiş yeni müasir layihədir.

Sistemdən Rusiya Federasiyasının, Belarus, Ukrayna, Qazaxıstanın bir sıra xarici ölkələrin kitabxanaları istifadə edir. Hal-hazırdaБиблиопоискsistemi rus ingilis dillərini dəstəkləyir. Sistemin interfeysinin Azərbaycan dilinə tərcümə edilməsi barədə danışıqlar aparılır.

 

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2017-ci il tarixli Sərəncamı ilə yaradılanAzərbaycan ədəbiyyatının virtual kitabxanası”nın linkininБиблиопоискyerləşdirilməsi barədə danışıqlar aparılır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar 2009-cu ildə yaradılmış Milli Toplu Kataloqun linkininБиблиопоискyerləşdirilməsi barədə razılıq əldə edilib.

Hacı Tofiq

Azad Azərbaycan.- 2019.- 5 fevral.- S.5