Diaspor təşkilatları arasında əməkdaşlıq
vacib məsələdir
Ekspert: «Diasporumuz dövlətin apardığı
siyasətə, o cümlədən
Qarabağ məsələsi
ilə bağlı atdığı addımlara
ciddi dəstək verməlidir»
Son illər
Azərbaycan diasporunun
inkişafı, xaricdəki
soydaşlarımızın təşkilatlanması, diaspor
qurumlarımızın dünya ölkələrində
söz sahibinə çevrilməsi göz
önündədir. Diasporumuzun
güclənməsi, eyni
zamanda lobbiçilik
istiqamətində atılan
hər bir uğurlu addım, təbii ki, erməni diasporunu qıcıqlandırır. Odur
ki, onlar əllərinə düşən
hər fürsətdə
Azərbaycana qarşı
təxribatlara əl
atırlar. Və hər dəfə də diasporumuz belə təxribatların
qarşısını alır.
Gənc Politoloqlar
Mərkəzinin (GPM) sədri
İlkin Əliyev qeyd edib ki,
bu gün Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində diasporun
fəaliyyətini yetərli
hesab etmək olar: «Təbii ki, Qarabağ probleminin həlli dövlətin işidir. Bunu dövlət siyasi və ya hərbi yolla
həll etməlidir. Diaspor isə dövlətin apardığı
siyasətə, o cümlədən
Qarabağ məsələsi
ilə bağlı atdığı addımlara
daha ciddi dəstək verməlidir.
Bu səbəbdən də Azərbaycan diasporunun erməni lobbisini üstələməsi
vacib faktordur. Düşünürəm ki, Azərbaycan
diasporu ölkəmiz üçün strateji əhəmiyyət daşıyan
ölkələrdə daha
da güclənərsə
onun siyasi səhnəsində akltiv rol oynayarsa, həmin dövlətlərdə
siyasi proseslərə
təsir imkanı qazanarsa, parlamentlərdə,
bələdiyyələrdə, müxtəlif dövlət
qurumlarında təmsil
olunarlarsa, bu zaman dövlətimizin xarici siyasətində uğurların əldə
olunmasında öz töhfələrini verə
bilərlər. Yoxsa, bunun əksinə olaraq, xaricdə yalnız azərbaycanlıların
iştirak edəcəyi
tədbirlər keçirəcəyiksə
və dövlətdən
nəsə qoparmaq barədə canfəşanlıq
edəcəyiksə onda
heç nəyə nail ola bilməyəcəyik.
Təəssüf ki, bu faktorları sadalamaq məcburiyyətindəyəm».
İ.Əliyev qeyd edib ki,
artıq diaspora təşkilatlarımız Azərbaycan
həqiqətlərini dünya
ictimaiyyətinə lazımi
səviyyədə çatdıra
bilirlər: «Diaporla İş üzrə Dövlət Komitəsi ciddi addımlar atsa da, əsas
yük diaspor təşkilatlarının üzərinə
düşür. Fikrimcə,
hələ çox işləməliyik. Müxtəlif
səpkili, orijinal layihələrə ehtiyac
var. Hələ də tədbir psixologiyasından qurtula bilmirik. Mənim fikrimcə bir tədbir keçirib ora 10 min azərbaycanlı
yığınca, hər
hansı bir xarici mediada, hətta 500 tirajla çıxan region mətbuat orqanında Azərbaycanla bağlı
bir yazı dərc etdirmək daha effektlidir. Onu da nəzərinizə
çatdırım ki,
Avropada hətta region qəzetləri belə 100-200 min tirajla çıxırlar.
Bundan başqa koordinasiya daha mükəmməl şəkildə
olmalıdır, mexanizmlər
işlək olmalıdır,
hər bir diaspor üzvü öz üzərinə düşəni etməlidir».
GPM sədrinin fikrincə, Azərbaycan diasporası ermənilərlə
rəqabətə girə
biləcək səviyyəyə
yüksələ bilib:
«Fikrimcə Azərbaycan
diasporu əvvəlki illərə nisbətən
çox inkişaf edib. Hətta erməni diasporunu üstələyən məqamlarımız
da var. Bu
həm də Azərbaycan dövlətinin
apardığı uğurlu
xarici siyasətin nəticəsidir. Onu da nəzərinizə çatdırım ki, xarici siyasətin uğurlu olmasında diasporun rolu əhəmiyyətlidir. Diasporumuz
elə bir səviyyədə olmalıdır
ki, dövlətə ciddi dəstək verə bilsinlər. Erməni diasporunun bizdən üstün tərəfi onların iş adamlarının diaspora və milli məsələlərə
milyonlarla pul xərcləməsidir. Bizdə
isə belə deyil, imkanı geniş olan iş adamlarımız az hallarda diasporun
işinə yardım
edir. Bunun da səbəbləri var və bu
səbəblər analiz
edilərək nəticə
çıxarılmalıdır. Qətiyyətlə demək
olar ki, bizim diasporamız heç də erməni diasporasından zəif deyil, əksinə, diasporamızın
potensialı qat-qat üstündür. Sadəcə
həmin potensialın
ümumu məqsədlər
naminə düzgün
istifadəsınə ehtiyac
var».
İ.Əliyev qeyd edib ki,
Azərbaycan diasporu xaricdə yaşayan azərbaycanlılardan formalaşıb.
Onlar Azərbaycanı
müxtəlif səbəblərlə
tərk ediblər. Ona görə də mövqelər müxtəlifdir: «Bizim hamımızın vətəni
Azərbaycandır və
hamımızın ortaq
ümummilli maraqlarımız
və problemlərimiz
var. Bu ortaq
məxrəc bizim birləşdirici vasitəmizdir.
Amma birləşmək
üçün təkcə
aparılan siyasət yetmir, bu, həm
də düşüncə
məsələsidir. Bu
səbəbdən də
müxtəlif siyasi mənsubiyyət və ya mövqelər hərdən xaricdə də bizim ümumi
işimizə mane olur. Amma düşünmürük
ki, Xocalıda bizi bir millət
olaraq, azərbaycanlı
olaraq soyqırıma məruz qoydular, hansısa partiya mənsubiyyətimizə görə
yox. Dediyim kimi yuxarıda sadaladığım və
digər bu kimi problemlər var ki, hələlik
birliyimizə mane olur. Ona görə
də bu məsələlər düşündüyümüz
qədər də sadə deyil. Bunun üzərində analitik mərkəzlər
işləməli, vahid
konsepsiya müəyyən
edilməlidir».
GPM sədri əlavə
edib ki, diaspor təşkilatları
arasında əməkdaşlıq
keyfiyyətli diaspor fəaliyyəti üçün
vacib olan məsələdir: «Deyərdim
ki, diaspora təşkilatlarımız arasında
lazımi dərəcədə
koordinasiya işi olmasa da ümummilli
məsələlərin həllinə
təsir edə biləcək əməkdaşlıq
mövcuddur. Belə bir əməkdaşlığın
mövcudluğunu diaspora
təşkilatlarımız dəfələrlə nümayiş
etdiriblər. Hər hansı bir aksiya və yaxud Azərbaycanla bağlı keçirilən
tədbirlər zamanı
diaspora təşkilatların
bir-birinə dəstək
verməsi məqsədilə
əlaqələr bərpa
olunub və genişlənib. Bununla da istənilən nəticəni əldə
etmək mümkün
olub. Belə əlaqələrin daha da sıx olması
üçün koordinasiya
mərkəzlərinin sayı
çox olmalıdır
ki, lazımi anlarda bu təşkilatları
əlaqələndirə bilsin».
Politoloq Cəbrayıl
Fərzəliyev isə
bildirib ki, Azərbaycan dünyada multikulturalizm diyarı
kimi tanınır. Onun sözlərinə görə, təsadüfi
deyil ki, Azərbaycanda müxtəlif
dinlərin, müxtəlif
mədəniyyətlərin daşıyıcıları harmonik şəkildə
fəaliyyət göstərirlər:
"Təbii ki, bu faktor da
BMT kimi mötəbər
təşkilatın diqqətindən
yayınmayıb. Xüsusilə
də Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə
beynəlxalq tribunalardan
bəyan edib ki. ölkəmizdə multikulturalizm əsrlərlə
formalaşmış bir
dəyərdir, adət-ənənədir,
multikulturalizm dövlət
siyasətidir, gələcəyimizin
təminatçısıdır. Azərbaycan neçə illər
ərzində terrora
məruz qalıb, uzun əsrlər boyu regionda bir çox qüvvələrin toqquşması
nəticəsində çoxsaylı
faciələr, məhrumiyyətlərlə
üzləşib, lakin
buna baxmayaraq, ölkəmiz özünün
xarakterindən, mahiyyətindən
irəli gələn
mövqedən əl
çəkmir və
multikultural dəyərlərin
məhz belə bir məqamda insanlığın daha
çox faydasına
olacağını düşünür.
Qarabağ həqiqətləri
ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında geniş imkanlar mövcuddur. Belə ki, aprel ayının əvvəllərində
cəbhədə yaranmış
gərginlikdən sonra
Azərbaycan silahlı
qüvvələrinin uğurlu
hərbi əməliyyatlar
keçirməsi və
inamlı qələbə
qazanması nəticəsində
qarşı tərəfi
güc vasitəsi ilə danışıqlar
masasına oturtmaq üçün mühüm
məqam artıq yetişib".
Bilman ALLAHVERDİYEV
Azad Azərbaycan.- 6 fevral.- S.5