Görkəmli bioloq alim Dəmir Hacıyevin 90 illiyi qeyd olunub
Dəmir Hacıyevin anadan
olmasının 90 illiyinə
həsr edilən konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) təşkilatçılığı
ilə keçirilən
tədbirdə AMEA-nın
prezidenti, akademik Akif Əlizadə D.Hacıyevin Azərbaycan tibb elminin inkişafında
və təbliğində
müstəsna xidmətlərindən,
alimin yüksək insani keyfiyyətlərindən danışıb. O, Dəmir Hacıyevin
öz intellektual səviyyəsi, təfəkkürü
və xarakteri ilə onu tanıyanlar
arasında xüsusi hörmət qazandığını
qeyd edib.Görkəmli
alimlə bağlı
xatirələrini bölüşən
AMEA-nın rəhbəri
onun 1964-1999-cu illərdə
Azərbaycan Tibb Universitetinin (ATU) tibbi biologiya və genetika kafedrasına rəhbərlik
etdiyini və həmin dövrdə kafedranın elmi-tədqiqat
və tədris proqramlarında mühüm
dəyişikliklərin baş
verdiyini qeyd edib. Bildirib ki, sözügedən
kafedrada respublika faunasının pareontoloji
baxımdan tədqiqi ilə məşğul olunub və D.Hacıyev ömrünün
yarısını bu kafedranın yenidən qurulmasına həsr edib.A.Əlizadə bioloq alimin yüksəkixtisaslı
kadrların hazırlanmasına
xüsusi diqqət yetirdiyini də vurğulayıb. O, D.Hacıyevin yaratdığı
elmi məktəbin müasir dövrdə də uğurla fəaliyyət göstərdiyini,
öz yeni nailiyyətləri ilə bütün dünyada tanındığını vurğulayıb.BTEB-in
akademik-katibi, akademik Əhliman Əmiraslanov isə görkəmli alimin elmi, pedaqoji
və ictimai fəaliyyəti barədə
məlumat verib. Bildirib ki, D.Hacıyevin
fəaliyyəti ATU ilə
bağlı olub, o, 30
ildən çox bu təhsil ocağında çalışıb.Akademik-katib
alimin elmi tədqiqatlarının əsas
istiqamətini paleontologiya,
paleobiologiyà, paleoteratologiya və paleopatologiya, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiyanın təşkil etdiyini diqqətə çatdırıb.Görkəmli bioloqun elmi əsərlərinin
və dərsliklərinin,
mühazirə və məruzələrinin böyük
maraqla qarşılandığını
deyən Ə.Əmiraslanov
D.Hacıyevin tələbəsinin
hazırda onun fəaliyyət göstərdiyi
kafedraya rəhbərlik
etdiyini bildirib.
O, D.Hacıyevin şəxsiyyətində
xeyirxahlıq, peşəsinə
olan sonsuz sədaqət hissi, tələbələrinə göstərdiyi
qayğıkeş münasibət
kimi keyfiyyətlərin
cəmləndiyini vurğulayıb.
Daha sonra
ATU-nun tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimovun “AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda
məruzəsi dinlənilib.
Məruzəçi bildirib
ki, alim uzun müddət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq edib. Qədim məməlilərin
yeni cins və növlərini təsvir edib, Azıx mağarasında çoxtəbəqəli qədim
insan düşərgəsini
öyrənib. Bununla yanaşı, 60-cı illərdə
Məmmədəli Hüseynov
tərəfindən Dağlıq
Qarabağın cənubunda
aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində,
dünya miqyasına qaldırılmasında D.Hacıyevin
böyük rolu olub. O, Azıx
mağarasının 5-ci təbəqəsində
aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub
olduğunu təsdiqləyib.Tədbirdə
ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Fiziologiya
İnstitutunun direktoru,
biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə
fəlsəfə doktoru
Tariyel Eybatov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov və digərləri çıxış
edərək görkəmli
alim haqqında xatirələrini bölüşüb,
onun insani keyfiyyətlərindən, zəngin
elmi yaradıcılığından
danışıblar.
Sonda professor Dəmir
Hacıyev haqqında sənədli film nümayiş
etdirilib.
Hacı Tofiq Seyidzadə
Azad Azərbayvan.- 2019.- 8 fevral.- S.5.