“Mübariz
İbrahimov – vətənpərvərlik nümunəsi”
ADU-da keçirilən
yazı müsabiqəsinin nəticələri açıqlanıb
Fevralın
7-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman
Mübariz İbrahimovun doğum günü münasibətilə
təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik
nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.AZƏRTAC
xəbər verir ki, tədbirdə əvvəlcə Prezident
İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun dəfn mərasimində
çıxışını əks etdirən videoçarx
nümayiş olunub.Professor və müəllimlərin, tələbələrin,
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
mərasimdə ADU-nun rektoru, münsiflər heyətinin sədri,
akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun
doğma Vətən, torpaq yolunda göstərdiyi qəhrəmanlıqlardan
danışıb.Vətənpərvərliyin təbliği istiqamətində
keçirilmiş müsabiqənin əhəmiyyətini qeyd
edən rektor Mübariz və onun kimi qəhrəmanların “Təki
Vətən sağ olsun” deyərək düşmənin
üzərinə yeridiklərini söyləyib. Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıq
dastanlarını xatırlatdığını
deyən K.Abdulla şəhidlərin xatirəsinin
əbədiyaşar olduğunu
diqqətə çatdırıb.
Rektor qəsbkar
ermənilər tərəfindən
zəbt edilmiş torpaqlarımızın dövlətimizin
başçısının Əliyevin apardığı
məqsədyönlü siyasət
nəticəsində tezliklə
azad olunacağına əminliyini vurğulayıb.
Münsiflər heyətinin üzvü,
jurnalist İlham Tumas, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Milli Qəhrəman
Mübariz İbrahimovun
keçdiyi şərəfli
döyüş yolundan
bəhs edib, onun xatirəsinin daim əziz tutulacağını söyləyiblər.Layihə
rəhbəri, ADU-nun
tələbəsi Şahin
Sərdarlı Milli Qəhrəman Mübariz İbrahimovun gənclərə
ən yaxşı nümunə olduğunu bildirib. O qeyd edib ki, şəhidlərin
adlarını uca tutmaq hər kəsin borcudur.Ş.Sərdarlı
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid
ailələrinə daim
qayğı göstərdiklərini
vurğulayıb.
Tədbirdə məlumat verilib
ki, müxtəlif şəhər və rayonlardan 300-dək tələbə,
şagird, müəllim
və mütəxəssisin
qatıldığı müsabiqənin
nəticələrinə görə,
1 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 3 nəfər üçüncü
yerə, 7 nəfər
isə həvəsləndirici mükafata
layiq görülüb.
Qaliblərə diplom və pul mükafatları təqdim edilib.
Azad Azərbaycan.-
2019.- 8 fevral.- S.5.