Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Bakı, 8 fevral, SalamNews. Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

İnstitutdan SalamNews-a verilən məlumata görə, rəmzi açılışı bildirən lent kəsildikdən sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə institutun Elmi Arxivi Kitabxanası barədə ətraflı məlumat verib.

Yaqub Mahmudov bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri kitabların elektron katoloqu hazırlanıb.

Tədbir iştirakçıları Elmi Arxiv Kitabxanada yaradılan şəraitlə tanış olublar. Yaqub Mahmudov məlumat verib ki, son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara digər yerlərdən 100 mindən çox arxiv sənədi gətirilib.

Bildirilib ki, institutun Elmi Arxivi Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycanqəzetinin elektron çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr s. var.

Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır. Bu elektron kitablar arasında müasir ərəb Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi digər kitablar mövcuddur.

İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları var.

Tarix İnstitutundaAzərbaycan tarixi ilk mənbələrdəlayihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara geniş oxucu kütləsinə təqdim edilir.

Bildirilib ki, yeni yaradılan elektron oxu zalı institutun mühüm uğurlarından biridir.

 

Tofiq Hacı

Azad Azərbaycan.- 2019.- 9 fevral.- S.5.