“Ədəbi şəxsiyyət və zaman”

Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar sərgi açılıb

Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyat tarixində görkəmli yer tutan, xalqın milli oyanışında misilsiz rol oynayan dahi yazıçı, dramaturq, publisist ictimai xadimCəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TalıbovunCəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq AMEA Naxçıvan Bölməsində bir sıra tədbirlər həyata keçirilir.

 

Böyük ədəbin yubileyi ilə əlaqədar bölmənin Elmi KitabxanasındaCəlil Məmmədquluzadə-150” adlı sərgi açılıb. Bir neçə bölmədən ibarət olan sərgidə “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Ədəbi şəxsiyyət zaman”, “Cəlil Məmmədquluzadə mühiti müasirləri”,  Ədəbi-tarixi yaddaş müasirlik”, “Mollanəsrəddinçi karikatura ustası”, “Cəlil Məmmədquluzadə”, “İnsanlar talelər”, Əziz ŞərifinMolla Nəsrəddin necə yarandı?”, həmçininCəlil Məmmədquluzadə ensiklopediyası”, “Yüz ilin ədəbi abidəsi”, “Cəlil Məmmədquluzadə: taleyi sənəti”, “Cəlil Məmmədquluzadənin yaradıcılığındakiçik adamobrazlarının ictimai-bədii funksiyası”, “Mirzə Cəlil Məmmədquluzadələr. Məktublaşma”, ““Molla Nəsrəddin”: dostları, düşmənləri”, “Molla Nəsrəddinjurnalının nəşri tarixindən digər bu qəbildən olan kitab monoqrafiyalar yer alıb.

Sərgidə Cəlil Məmmədquluzadənin həyat yaradıcılıq fəaliyyətindən bəhs edən tədqiqat əsərləri ilə yanaşı, jurnal qəzet materialları da ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar bölmədə il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azad Azərbaycan.- 2019.- 15 fevral.- S.5.