Xoşbəxt et, Xoşbəxt ol

Bakı Ali Neft  Məktəbində xeyriyyə  konserti keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin bir qrup tələbəsinin təşəbbüsü iləXoşbəxt et, Xoşbəxt ol” (“Make happy, Be happy”) adlı xeyriyyə konserti keçirilib.

BANM-dan "Report"a bildirilib ki, konsertdən öncə xeyriyyə məqsədi ilə sərgi təşkil edilib.

Ali Məktəbin Tələbə Gənclər Təşkilatının ərsəyə gətirdiyi sərgidə kitablar, eləcə əksəriyyəti tələbələrin əl işləri olan rəsm əsərləri suvenirlər satışa çıxarılıb.

Layihə sosial yönümlü olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara tələbələrin diqqətini artırmaq tələbələrin onlara maddi mənəvi dəstəyini real şəkildə göstərmək məqsədi ilə həyata keçirilib. Tədbirdə BANM tələbələrilə yanaşı, digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov nitqindəXoşbəxt et, Xoşbəxt oldevizi altında keçirilən tədbirdə tələbələrin sosiallığını, cəmiyyətə yararlı, faydalı olmaq istəklərini yüksək qiymətləndirib, həmçinin Azərbaycan xalqına xas olan xeyirxahlıq mərhəmət hissinin gənclərdə yüksək səviyyədə formalaşdığının çox sevindirici olduğunu bildirib.

Ali Məktəbin Konqres zalında baş tutan xeyriyyə konsertində Ali Məktəbin musiqi klubunun üzvləri olan Zərifə Abdulova, Günel Hüseynli, Vüqar Həsənov, Orxan Sayidov, Orxan Əlizadə, Nilufər Əsgərzadənin ifaları, Ali Məktəbin rep klubunun üzvləri olan Famil Babayev Qəzənfər Qəzənfərlinin maraqlı çıxışları dinlənilib. Konsertdə həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələri Fərid Qaragöz Əli Əliyev, həmçinin Safa Eldar, Ramil Nabran kimi gənc müğənnilərin ifaları, o cümlədənAssarəqs qrupunun çıxışı rəğbətlə qarşılanı

 

 

Məmmədhəsən

Azad  Azərbaycan.- 2019.- 22 fevral.- S.5