Xarkovda Xocalı soyqırımı
qurbanlarının xatirəsi
anılıb
Xarkov şəhərində
Xocalı soyqırımının
27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Ukraynadakı
səfirliyi və Xarkov şəhərindəki
fəxri konsulluğunun
birgə təşəbbüsü
ilə keçirilən
tədbirdə Xarkov Vilayət Administrasiyasının,
Xarkov şəhər
Şurasının nümayəndələri,
səfirliyin diplomatları,
nüfuzlu ali təhsil ocaqlarının
rektorları, elm və mədəniyyət
xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak
ediblər.
Azərbaycanın Xarkov şəhərindəki
fəxri konsulu Əfqan Salmanov çıxış edərək
bildirib ki, tarixən ermənilər Azərbaycan xalqına qarşı soyqırımı
aktları törədiblər.
Xocalı soyqırımı
isə XX əsrin ən dəhşətli faciələrindən biridir.
Artıq bir sıra dövlətlər
Xocalı qətliamına
hüquqi-siyasi qiymət
veriblər və onu soyqırımı aktı kimi tanıyıblar. Fəxri konsul Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə “Xocalıya ədalət!” kampaniyası
çərçivəsində həyata keçirilən
tədbirlərin erməni
vəhşiliyinin dünya
ictimaiyyətinə çatdırılmasında
müstəsna rol oynadığını vurğulayıb.Xocalı
soyqırımının insanlığa və bəşəriyyətə
qarşı törədilən
ən dəhşətli
faciə olduğunu deyən Azərbaycanın
Ukraynadakı səfiri
Azər Xudiyevin sözlərinə görə,
İkinci Dünya müharibəsindən sonra
bəşəriyyət elə
düşünürdü ki, artıq insanlar sülh şəraitində yaşayacaqlar,
ancaq bu, belə olmadı. Bütün dünyanın gözü
qarşısında Xocalı
soyqırımı törədildi.
Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində Xocalı
soyqırımına dair
həqiqətlər bütün
dünya ölkələrinə
çatdırılıb. Ermənilərin
işğalçı, terrorçu
əməlləri ifşa
olunub. Səfir vurğulayıb ki,
ən dəhşətlisi,
bəzi dövlətlərin
Ermənistanın sabiq
prezidenti, Xocalı soyqırımı iştirakçısı
Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı
faktını etiraf etməsinə baxmayaraq, ikili siyasət yürütməsidir.Xarkov Vilayət
Şurasının
sədri Serqey Çernov çıxışında
Xocalı soyqırımının
təkcə azərbaycanlılara
qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı
törədildiyini vurğulayıb.
Xocalı faciəsi Azərbaycan tarixində qanlı bir səhifədir.
Sonra tədbir
iştirakçıları Heydər Əliyev Fondunun Xocalı soyqırımına dair hazırladığı filmə
baxıblar.
Daha sonra Xarkov şəhər Administrasiyası
rəhbərinin müavini
Svetlana Qorbunova-Ruban, Xarkovda fəaliyyət göstərən “Dostluq”
cəmiyyətinin sədri
Murad Ömərov və digər çıxışçılar Xocalı soyqırımı
və onun acı nəticələri
haqqında məlumat veriblər. Belə bir ağır cinayəti törədənlərin
beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini
vurğulayıblar.
Emil Hüseynli
Respublika.- 23 fevral.-
S.5