Əlillərin aldığı vəsait
ciddi şəkildə
artacaq
Sosial
müavinətlərin artırılması ilə
bağlı sərəncamla əlillərin aldığı
vəsait ciddi şəkildə artacaq.
Axar.az xəbər verir ki, bu
sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir
bildirib ki, bununla da sosial müavinətlər 120-130 faiz
artmış olacaq.
"Bu
sərəncamla birinci qrup əlilliyi olan şəxslər
üçün müavinət 82 manatdan 150 manata , eyni
kateqoriyadan olan vətəndaşlara verilən prezident təqaüdü
isə 73 manatdan 100 manatadək artırılacaq. Aprelin 1-dən etibarən birinci qrup əlillər 300 manat müavinət alacaqlar.
Ümumi
səbəbdən ikinci
qrup əlilliyi olan şəxslərin müavinəti 61 manatdan
130 manat, üçüncü
qrup əlilliyi olanlara 52 manatdan 110 manata çatdırılıb.Birinci
qrup müharibə əlilləri 150 manat sosial müavinət alacaq, prezident təqaüdləri artırılaraq
250 manata çatdırılacaq.
Beləliklə, ümumilikdə birinci qrup müharibə
əlilləri ayda 400
manat vəsait alacaqlar. İkinci qrup müharibə
əlilləri cəmi
360 manat, üçüncü
qrup müharibə əlilləri isə 320 manat müavinət alacaq. Birinci qrup əlillərə qulluq edən şəxslərə əlavə
50 manat dəyərində
əlavə vəsait
veriləcək".Nazirin
sözlərinə görə,
sağlamlıq imkanı
məhdud olan 18 yaşadək uşaqlar 82
manat alırdılarsa,
bu rəqəm indi 150 manata çatdırılır, onlara
qulluq edənlərə
əlavə 50 manat müavinət veriləcək:"Beləliklə sağlamlıq
imkanı məhdud olan uşaqlar üçün dövlətin
ayırdığı vəsait
200 manata çatdırılıb,
bu rəqəm hazırda 82 manatdır. Bu, ümumilikdə əlilliyi 256 min vətəndaşı
əhatə edir.
Sosial müavinətlərə əlavə
olaraq 250 milyon, təqaüdlərdə isə
26 milyon artım olacaq. Əlilliyi olan şəxslərə
pensiyalarla birlikdə artım ümumilikdə
300 milyon manatdır".
S.Babayev
bildirib ki, həmçinin sosial müavinətin məbləğinin
valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
qəyyumları (himayəçiləri)
üçün 61 manatdan
100 manata, müddətli
həqiqi hərbi xidmət qulluqçularının
uşaqları üçün
68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün
33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin
isə 146 manatdan 300 manata çatdırılması
üçün normativ
hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq
qeyd olunan müddətdə dövlət
başçısına təqdim
olunacaq:"Bu gün imzalanan sərəncam eyni zamanda Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü ilə
təmin edilənlərin
əhatə dairəsinin
genişlənməsinə əsas yaradıb. Yaşa görə müavinət
73 manatdan 130 manata artırılır".
Natiq
Azad Azərbaycan.-
2019.- 26 fevral.- S.3.