Ömrünü elmə həsr etmiş alim, karikaturaçı-rəssam

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, dörd dildə çap olunmuş “Azərbaycan Neft və Qaz Potensialı” monoqrafiyalarının müəllifi, dünya alimləri sırasında böyük nüfuz qazanmış karikaturaçı-rəssam, zəlzələnin qısamüddətli proqnozlaşdırılması, zəlzələnin öncədən olma təhlükəsini, cihaz və avadanlıqların, elmi təcrübənin köməyi ilə 3-4 saat əvvəl xəbər verilməsi üsulunu kəşf etmiş, iki dəfə Avrasiya Patentləşdirmə Cəmiyyətin 007087, 007086 patentlərini almış 86 yaşlı Yasamal rayon Ağsaqqallar Şurasının sədri, qayğıkeş, vətəninə və dövlətinə sadiq şəxsiyyət, vicdanla xalqına xidmət edən, Ali Baş Komandanımız başda olmaqla işğal olunmuş ərazimizi yağı düşmənlərdən tezliklə azad olunacağına qəlbən inanan iki övlad atası, Geologiya Minerologiya elmləri doktoru Kərim Kərimovun 60 ildən çox elmi və şərəfli həyat fəaliyyətinə nəzər salaq.

 

 

 

Azərbaycan xalqı öz adlı-sanlı alimləri, şairləri və elm insanları ilə fəxr etmişdir. Ölkəmizin inkişafında elmin, səhiyyənin, mədəniyyətimizin inkişafında və tərəqqisində elm xadimlərin əvəzsiz xidmətləri olmuşdur.

 

Azərbaycan dövlətinin inkişafında və onun çiçəklənməsində, neft və qaz sahəsində elmi xidmətində bənzərsiz həyatı və yorulmaz fəaliyyəti ilə respublikanın şərəfini daimi uca tutan, öz elmi tədqiqatı ilə gənclərə örnək olan böyük alim Azərbaycan Respublikasının Elmlər Akademiyasının müxbir üzvü, geofizika üzrə professor Kərim Məmmədxan oğlu Kərimov keçdiyi şərəfli yolunu vərəqləyirik.

 

Tarix bizə bir şəxsin simasında rəhbərlik, elmi tədqiqatçı, istedadının tükənməzliyi, əməksevərlik və şair şəxsiyyətlər nəsib etmişdir.

 

K.Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmiş, 1960-cı ilə kimi respublikamızın müxtəlif komsomol təşkilatlarında rəhbər vəzifələr tutmuşdur.

 

1961-1964-cü illərdə aspiranturanı bitirmiş geologiya-minerologiya elmlər namizədi adını almışdır. 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1992-ci ilə kimi “Geofizika və mühəndis geologiyası” İB baş direktoru olmuşdur. K.Kərimov geologiya üzrə professor, əməkdar elm və texnika xadim, 1993-cü ildən indiyə qədər Lütfi-Zadə

 

adına Akademiyanın BDU nəzdində olan akademiki və Rəyasət Heyətinin üzvü seçilmişdir.

 

1993-cü ildən 2008-ci ilə kimi Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, 1994-cü ildən indiyə qədər ABŞ Kəşfiyyat Geofiziklər Cəmiyyətinin (SES) Azərbaycan bölməsinin prezidenti, 1995-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının Akademiki, 1997-ci ildən BEA-nın vitse-prezidenti 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2002-ci ildən Avropa Elmlər Akademiyasının Akademiki, 2003-cü ildən Beynəlxalq Şərq Nefti Akademiyasının Akademiki, 2006-2008-ci illərdə ARDNŞ “Geofizika və Geologiya” idarəsində elmi işlər üzrə Baş müşavir vəzifəsində işləmişdir. O, 2010-cu ildən Yasamal rayon Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışır.

 

Professor K.Kərimov 550-dən artıq çap olunmuş elmi əsərlərin, o cümlədən 18 monoqrafiya, 28 ixtira və 135-dən artıq müxtəlif atlas və xəritələrin müəllifidir.

 

Onun apardığı geniş miqyaslı elmi-tədqiqat işləri ilə yanaşı, həmçinin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük işlər görmüşdür. Onun rəhbərliyi altında 15 elmlər namizədi və 3 elmlər doktoru hazırlanmış və uğurla müdafiə edilmişdir. Akademik K.Kərimov bir alim kimi qazandığı böyük uğurlar Azərbaycan Neft və qaz, Zəlzələ sahəsində elmi tarixində ayrıca bir mərhələ təşkil edir. K.Kərimovun həyat yolu hər bir azərbaycanlı üçün, mənəviyyat dərsi, kamillik məktəbi olmuşdur.

 

Böyük alim 1960-cı ildə komsomol həyatı ilə birdəfəlik vidalaşır, ixtisasına uyğun elmin cığırına düşməyə qərara alır. 1960-cı ildə o, Azərbaycan Respublikası Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutuna işə qəbul olunur. Həmin institutda mühəndis vəzifəsində çalışaraq, özünü istedadlı bir ixtisasçı kimi göstərir, onun işə münasibəti və bütün ona tapşırılan işlərə məsuliyyətlə yanaşması, institutun o zamankı direktoru Akademik Səfər Quliyevdə böyük rezonans yaradır. Direktor S.Quliyev mühəndis K.Kərimovun işgüzarlığı, onun elmə həvəsini görüb onun qabiliyyət və bacarığını layiqincə qiymətləndirir. S.Quliyev gənc mühəndisə xüsusi qayğı və diqqətlə yanaşıb, ona dissertasiya işinin müdafiə etməsinə lazımi imkan və şərait yaradır.

 

1961-ci ildə K.Kərimov sənədlərini eyni vaxtda Moskva və Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutuna təqdim edir. Namizədlik dövründə onun səhhətində müxtəlif nasazlıq yaranır, lakin elmə olan həvəsi və düşüncələrindən əl çəkə bilmir. Baxmayaraq bütün çətinliklərə, maddi imkanın olmamasına, əzab və əziyyətlərə, seçdiyi elm yolu ilə dönmədən irəli getməyi qət etmişdi. Böyük alim həminə öz həyatında, bir sözü təkrar edib və indi də bir çox məsələdə o sözləri təkrar edir. “İnsan ömrü fanidir. Elm isə əbədidir”.

 

O, bu yolu seçməkdə səhv etməmişdi. Çünki elm yolunu seçən hər bir insan, Tanrı heç vaxtı həmin insana peşimançılıq vermir.

 

Alim yer haqqında elmə saysız-hesabsız yeniliklər gətirdi, ilk dəfə qumlu-gilli suxurların təbiəti, onların elektrik xüsusiyyətləri, yeni iki geofiziki effekt müəyyən etdi.

 

1964-cü ildə elmlər namizədliyi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-minerologiya elmlər namizədi adını alaraq böyük elmə, yer haqqındada bir çox həqiqətlərin dərk edilməsi fərziyyələrini verdi.

 

Onun rəhbərliyi altında yer qabığının dərinlik quruluşun və onun inkişafı, termobarik, termodinamik, fiziki strukturun vəziyyəti və s. çöküntü süxurların neftin qazlılığına dair elmi tədqiqatlar və bu sahədə görülən işlər xüsusi yer kəsb etmişdi.

 

Elmə həvəs doğma Azərbaycan dövlətinə sadiqliyi və respublikamızın çiçəklənməsi, xalqımızın maddi rifah halının yaxşılaşması hələ SSRİ dövründə o elmə haqq yolu kimi baxırdı. Bəşəriyyətin inkişafında, elm insanların yaşayışında yardım göstərəcək, insan adını ucaldacaq bir vasitə kimi görürdü.

 

Elmə həvəs, elmin xalqına qulluq etməsi, Azərbaycanda neft və qazın tükənməz olması elmi fikirləri, 1975-ci ildə onun doktorluq dissertasiyası müdafiə etməsinə səbəb oldu. Lakin bu işdə ona maneçilik çox oldu. O, bütün cəsarəti toplayaraq ona qarşı çıxanlara sinə gərib, qətiyyətli olduğunu sübut edir. Deyir, Allah varsa, iblis də var. İblis saf inamlı, əqidəli adamlara təsir edə bilməsə də, qəlbiqara adamları tez tapır.

 

Böyük alimin, doktorluq dissertasiyasının müdafiəsində ulu öndər Heydər Əliyevin xidməti danılmazdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi. Onun gənclərə münasibəti, gənc kadrların qabağa çəkilməsi, elmə münasibəti respublikada abu-havanı tamamilə dəyişdi. O, qara qüvvələrə qarşı mübarizə apararaq, respublikamızın inkişafının ilk başlanğıc perspektivləri və gələcək inkişaf proqramları verildi.

 

1969-cu ildə başlanan, K.Kərimovun doktorluq dissertasiyası 1975-ci ilə kimi müdafiə etməyə qoymadılar. Şər qüvvələr və onların açıq və gizli müdafiəçiləri gecə-gündüz yorulmadan çalışırdılar ki, SSRİ Ali Attestasiya Komissiyası K.Kərimovun işini təsdiq etməsin. Müxtəlif anonim məktublar və teleqramlara baxmayaraq, SSRİ Ali Attestasiya Komissiyasının sədri Jarkov müjdafiə vaxtı komissiya üzvlərinə bildirir ki, belə hərtərəfli elmi cəhətdən yüksək biliyə malik olan bir insan haqqında olmazın şeylər yazmaq heç br insani qanunlara uyğun deyil.

 

K.Kərimov SSRİ-nin Kommunist Partiyasının MK-nın Baş katibi L.İ.Brejnova, SSRİ təhsil naziri Yeiyutinə və SSRİ Ali Attestasiya Komissiyasının sədrinə teleqrama vuraraq haqqın-ədalətin bərpasını tələb edir. İstənilən elmi şurada yenidən müdafiə etməyə hazır olduğunu bildirir və hər hansı yerdə elmi şuranın təşkil edilməsini tələb edir.

 

Alimin özünə inamı, öz respublikasına sevgisi, doktorluq işində dünya geologiyasına əsaslı yeniliklərə gətirdiyinə inamı, Lomonosov adına Moskva Dövlət Universitetinin geniş tərkibli elmi şurasında DTK-nın və Sov.İKP MK nümayəndələrin iştirak ilə K.Kərimovun doktorluq işi yenidən müzakirə olunur.

 

Bakıda onun doktorluq dissertasiyası hərtərəfli müzakirə olunmasına baxmayaraq, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Xayn, professor Kulikov, Rasim Hacıyev və digər opponentləri müzakirədə fəal iştirak edirlər. Müzakirədən sonra qapalı səsvermə yolu ilə diplomun təsdiq olunmasını bildirirlər.

 

Uzun müddət mənəvi əzablara və sarsıntılara dözən alim öz prinsipiallığı ilə, ona qarşı deyilən böhtanlara, haqsızlıqlara sinə gərərək dedi-qodu caynaqlarından qurtarır, öz əzmkarlığı və iradəsi, elmi savadı ilə qalib gəlir. Ona verilən Allah tərəfindən idrak, nəticədə öz işığı ilə qarşısında bütün qaranlıqları işıqlandırır.

 

Alim öz işi ilə Geologiya sahəsində yeni elmi nəzəriyyəsini verdi. O, yerin 420 km dərinliyinin modelini verdi. O, dünya geologiya elmində Qafqazın göstərilən dərinlikdə torpaq strukturun vermək ilk dəfə alim K.Kərimov müyəssər olur. O, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda elmi araşdırmalarını davam etdirir və eyni zamanda geofizika elmində qazandığı biliyi və təcrübələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan tələbələrlə bölüşdürür. Alim öz zəkası, bilik və bacarığı ilə yüz illərlə həyat təcrübəsindən sınaqdan çıxmış bir məntiqi də təsdiqlədi. O, sübut edir ki, istedadlı adamların heç vaxtı orta xətti olmur. İstedadlı insanın hüdud xətti müəyyənləşdirilməyib. Tanrı elmi cəhətdən istedadlı insanlara güc, səbr və xüsusi istedad verir ki, xainlərə dedi-qodu insanlara güc gəlsin.

 

Onu həyatı həmişə mübarizələrlə dolu olmuş, yalnız Tanrı tərəfindən ona cəsarət bəxş edilib.

 

K.Kərimov adi alimlik titluna yiyələnmiş bir şəxsiyyət deyil, o, həqiqi alimlik zirvəsinə min bir əziyyət, zəhmət hesabına qarış-qarış addım-addım elmi fəth etmiş bir insandır. İnsanlığın ən uca zirvəsi də həqiqi alimlikdir. Özünü dərk etmək və bu yolda böyük çətinliklərə rast gəlmiş mənəvi iztirablar keçirən Alim, elmdən keçən yola dözüb və həmişə də boya-buxuna çatmış torpağına sadiq olmaqla başını uca tutmuşdur. Elm sahəsində əldə etdiyi nailiyyətlər, onun ürək açıqlığı, səmimiliyi, mülayim xasiyyətli, xeyirxah bir insan olmağı Azərbaycan MK birinci katibi Heydər Əliyev tərəfindən həmişə hörmətlə qarşılanıb və əməyi dövlət tərəfindən dəfələrlə qiymətləndirilib. Onun ürəyində böyük Azərbaycan sevgisi yerləşir. Bu sevgi onun işində, gücündə və əməlində görünür. O, respublikamıza lazım olan ən dəyərli və gərəkli məsələlər üzərində çalışıb. Alim kreslo adamı olmamışdır.

 

Kərim Kərimov neft və qaz geologiyası regional geologiya və geotektonika sahəsində ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda dünya tanımış bir alimdir. Onun rəhbərliyi və təşkilatçılığı sayəsində aparılan elmi-tədqiqatlar işləri sayəsində yer qabığının termobarik, termodinamik vəziyyətin öyrənilməsinə və çöküntü süxurların neftli qazlılığının qiymətləndirilməsinə dair elmi tədqiqat işləri böyük elmi praktik əhəmiyyət kəsb etməkdə və bu istiqamətdə görülmüş işlər içərisində xüsusi yer tutmaqdadır. Geniş miqyaslı aparılan neft sahəsində tədqiqat işləri o Azərbaycanda neft ehtiyatının yenidən qiymətləndirilməsinə nail olmuşdur. Alim geniş miqyaslı elmi tədqiqat işləri ilə yanaşı, o, həmçinin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük işlər görmüşdür.

 

1997-ci ildə onun rəhbərliyi altında Azərbaycanda “Geofizika yenilikləri” elmi jurnal təsis olundu və həmin jurnal Azərbaycan, rus və ingilis dillərində işıq üzü görməkdədir. O, müxtəlif elmi problemlərin həllində Beynəlxalq və respublika miqyaslı elmi seminar, konfranslar və simpotizmlərin hazırlanması və keçirilməsində göstərdiyi hərtərəfli səyləri müxtəlif diplom və mükafatlarla təltif olunmuşdur.

 

Dəfələrlə son ildə geoloji elmlərin inkişafına verdiyi töhfələr və ölkənin ictimai-siyasi həyatda fəal roluna görə “İlin adamı”, “İlin alimi” və “İlin ixtiraçısı” adına layiq görülmüşdür. Alim 7 patent almış, bunlardan da ikisi Avrasiya Patent Təşkilatı verilmişdir.

 

1990-cı ildə Moskva Ali Attestasiya Komissiyası tərəfindən geofizika üzrə professor rütbəsi verilmişdir.

 

1991-ci ildə Azərbaycan dövləti tərəfindən ona Əməkdar elm və texnika xadimi adı verilmiş 1992-1996-cı illərdə geofizika üzrə ARDNŞ-in nəzdində yeni yaranmış geofizika üzrə baş idarənin rəisi vəzifəsində çalışmışdır. O, işlədiyi müddətdə onun rəhbərliyi altında Azərbaycan Neft və Qaz potensialı adlı sanballı monoqraflarla yazılmış öz kəşfləri ilə dünya alimlərini heyrətləndirmiş və böyük marağa səbəb olmuşdur.

 

K.Kərimov elmi əsaslarla çalışdığı sahədə sübut etmişdir ki, Azərbaycan böyük neft-qaz ehtiyatlara malikdir. Bu neft ehtiyatları gələcəkdə Azərbaycanın gündən-günə çiçəklənməsi, dövlətimizin beynəlxalq nüfuzun artmasında, xalqımızın maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayacaq.

 

Ulu öndər Heydər Əliyev dünya miqyasında mühüm hörmətə malik olan alimə çox inanırdı. O, “Əsrin müqaviləsi” neft kontraktının bağlanması zamanı alimin elmi araşdırmalara xüsusi yer verərək, bu araşdırmaları reallığa çevirdi.

 

2006-cı ildə Geofizika və Geologiya idarəsində baş müşavir vəzifəsində çalışan alim Azərbaycan və dünya elminə bir çox tövsiyələr vermişdir. Onun apardığı tədqiqatlar, elmi kəşflər imkan vermişdir ki, Azərbaycanın neft ehtiyatının 7-8 milyard ton qaz ehtiyatının isə 10 trilyon həcmində qiymətləndirilmişdir.

 

1992-1993-cü illərdə Azərbaycanda Azəri-Çıraq-Günəşli yataqlarında neft və qaz ixtisasçıları 500-550 milyon ton civarında olması söyləyənlər var idi. ancaq professor Kərimov həmin yataqlarda 730-750 milyon ton neft-qaz olması çərçivəsində olmasını sübut etmiş və bu sahədə 1992-ci ildə bu fikri mətbuatda dərc olunmuşdur. Onun həmişə xalqa, vətənə fayda vermək fikirləri dövlət qarşısında məsuliyyətli olmasına, işgüzar, zəhmətkeş bir alim olmağını sübut edir.

 

Bakı-Tbilisi-Ceyhan təməl daşı qoyulan zaman yalnız professor Kərim Kərimovun göstərdiyi rəqəmlər öz əksini tapmışdır. Beynəlxalq mətbuatlarda onun təklifləri, elmi əsərləri dərc olunmuş, beynəlxalq elmi konfranslarda, simpoizmlərdə, seminarlarda fəal iştirak etməklə Azərbaycan dövlətinin beynəlxalq imicini yüksəklərə qaldırmışdır.

 

1993-cü ildə AMEA-nın təşəbbüsü ilə Azərbaycan Milli Geofizika Komitəsi yaradıldı və alim K.Kərimov onun prezidenti seçilir. Həmin ildə ABS Kəşfiyyat Geofizika Cəmiyyətinin Azərbaycan bölməsi üzrə Prezident seçildi.

 

Alimin təşkilatçılığı, işgüzarlığı, zəhmətsevər bacarığı hər zaman Azərbaycan dövlət rəhbərliyinin diqqət mərkəzində olmuş və onun elm qarşısında yüksək əməyi keçmiş SSRİ dövlətinin Sülh Komitəsi, onun “Sülh uğrunda və nüvə müharibəsi əleyhinə” apardığı işlərinə görə müvafiq diplom, medallarla təltif edilmişdir.

 

2001-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə professor Kərim Kərimov “Şöhrət” ordeni almış və bu dövlət mükafatı alimi sonsuz dərəcədə sevindirmiş, işinə daha da məsuliyyətlə yanaşmasına sövqləşdirmişdir.

 

Alim bir neçə Beynəlxalq Elmi Akademiyaların həqiqi üzvü, 2001-ci ildə Azərbaycan MEA-nin müxbir üzvü seçilmişdir. 1993-1994-cü ildə onun rəhbərliyi altında Azərbaycanda uzunluğu 100-200 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı

 

tektonik zona aşkar edilmiş və ona ümummilli lider Heydər Əliyevin ikinci dəə qayıtması münasibətilə “Qayıdış” adı verilmişdir.

 

Kərim Kərimovun elmi işləri, ixtiraları AMEA-nın ən yüksək nəticəsi siyahısında öz əksini tapmışdır.

 

15 ixtira və patent müəllifi olan alimin iki ixtirası nəinki Azərbaycan xalqına, bəşər əhəmiyyətli kəşf hesab olunur.

 

Zəlzələnin qısamüddətli proqnohlaşdırılması üsulu haqqında ixtirası böyük elmi kəşf olmaqla, öz mahiyyətinə görə ən yüksək nailiyyətlərdən hesab etmək olar.

 

Bu elmi kəşfin, istifadəsi və həyatda onun tətbiqi bəşəriyyəti zəlzələ təhlükəsindən qurtarmaq olar.

 

Aydın məsələdir ki, bəşəriyyət üçün ən təhlükəli təbii hadisələrdən biri zəlzələdir. Bu təbii hadisədən dövlətlər dağılır, insanlar məhv olur, milyardlarla dövlətə, bəşəriyyətə ziyan vurulur.

 

Kərim Kərimovun “Zəlzələ öncədən proqnoz” adlı sanballı monoqrafiyası dünya alimlərinin də böyük marağına səbəb olmuşdur.

 

Fəlakətlərin qarşısını almaq, qısa müddət ərzində zəlzələnin proqnozlaşdırmaq, onun mövcud təhlükəsinin qarşısında tədqiqatçı alimin fikirlərini həyata keçirmək ən vacib məsələlərdən biridir. Təbqiqatçı alimin bu kəşfi təəssüflər olsun ki, Nobel mükafatına layiq görülməli idi. yəqin ki, AMEA-si bu məsələni diqqətdə saxlamaqla, bəşəriyyətin xilası naminə ilk dəfə zəlzələnin öncədən proqnozunu elmi əsaslarla sübut etmiş Azərbaycan alimi Kərim Kərimovun məhz bu nailiyyəti xüsusilə qiymətləndiriləcəkdir.

 

Onun 4 dildə çap etdiyi “Azərbaycan neft və qaz potensialı” monoqrafiyası dünya miqyasında onun nüfuzunu artırmış, böyük rezonansa səbəb olmuşdur.

 

Alimin yaradıcılığı çoxşaxəli olmuşdur. Onun elmi yaradıcılığı ilə yanaşı, o yaradıcılıqla da məşğul olmuşdur.

 

Karikaturaçı rəssam kimi fəaliyyət göstərməsi 1956-cı ildən başlamışdır. Satirik xarakterli plakatlar, irqçilik, təcavüz və sair mövzularda minlərlə karikaturlar çəkmişdir. Onun çəkdiyi karikaturların əsas mövzusu Ermənistanın Azərbaycana qarşı işğalçılığı və təcavüzü təmsil edir. Son illərdə alimin Qarabağ mövzusunda yaratdığı mindən çox əsəri, eləcə də 5 kitabı işıq üzü görmüşdür. Rəssam alimin çəkdiyi “Soyqırım”, “Azərbaycan və onun düşmənləri”, “Terrorizm və qanlı ləpirlər”, nəhayət, “Terrorizm yox” əsərləri dəfələrlə Azərbaycanın müxtəlif şəhərlərində, Moskvada, Sankt-Peterburqda, İstanbulda və digər yerlərdə müxtəlif sərgilərdə nümayiş etdirilmiş, insanların böyük marağına səbəb olmuşdur. Terrorizmi narkomaniyanı, erməni vandalizmi, alim öz əsərlərində kəskin tənqid etmiş, siyasi plakatlar müəllifi kimi də “Şöhrət” qazanmışdır. Alimin 1990-cı illərdə onun erməni vandalizmini ifşa edən siyasi karikaturalardan ibarət “Terrorizmə, ermənizmə yox deyək” adlı sərgisi dünyanın bir çox ölkələrində nümayiş etdirilmişdir. İstanbulda keçirilmiş sərgini vaxtilə sabiq baş nazir olmuş Məsud Yılmaz açmış və həmin sərgidə satılan plakatlardan 120 min dollar əldə edilmişdir. Kərim Kərimov həmin vəsaitin 100 min dollarını yeni formalaşmaqda olan Milli Ordumuzun hesabına keçirmişdir.

 

Bir neçə ildən sonra Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkmiş insanlara alim 8 min ABŞ dolları köməklik etmiş, xeyirxah iş görmüşdür.

 

Kərim Kərimov 30-dan çox ixtira və kəşflərin müəllifi kimi zəlzələ sahəsində, zəlzələnin 3-4 saat olacağını xüsusi avadanlıqlarla təyin etməsini əvvəlcədən bildiyi halli kəşf etmişdir. Bu məsələdə 2, beynəlxalq patent 3 yerli patentin sahibi olmuşdur.

 

Çox təəssüflər olsun ki, belə bir kəşfin olmasını beynəlxalq miqyasda təbliğ etmək, alimin əməyinin dünya miqyasında qiymətləndirilməsi daha məqsədə uyğun olardı. Əksinə, bu kəşfi təbliğ etmək, əvəzinə müxtəlif maneələr göstərilib, alimin bəşəri kəşfini gözdən salmağa çalışmışlar. Halbuki, bu elmi kəşf təkcə Azərbaycana yox, bəşəriyyətə lazım olan ən dəyərli kəşflərdən biri olmaqla dövlətimizin nüfuzunu daha da artmasına səbəb ola bilərdi.

 

Bir çox xarici ölkələrdən ona yağlı vədlər verilərək, bu kəşfin onlara satılmasını istəsələr də, Kərim Kərimov bir azərbaycanlı alim olaraq öz ölkəsinə vicdanla xidmət etdiyini sübut etmişdir. Kərim Kərimov bir alim kimi qürur duyur ki, o, Azərbaycan dövlətinin vətəndaşıdır və nə edirsə, öz xalqına və vətəninə sadiq bir şəxsiyyət, həmişə bu etika ilə vətəninə, dövlətinə bağlıdır.

 

Alimin “Erməni Terrorizmi” əsərlərindən bir daha sübut olunur ki, erməni terrorizmi XIX əsrdə yaranmış və meydana gəldiyi dövrdən başlayaraq Azərbaycana qarşı, ümumiyyətlə Türk xalqına ardıcıl surətdə terrorizm mübarizəsi aparır. Erməni terror təşkilatlarından ASALA-nın başlıca məqsədi, Türkiyənin cənubunu, İranın şimal hissəsini, indiki Ermənistanın ərazisini Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan torpaqlarının birləşdirərək “Böyük Ermənistan” yaratmaq və dünya ictimaiyyəti tərəfindən uydurma “Erməni genosidi”nin qəbul edilmişdir. Siyasi karikaturçu alim Kərim Kərimovun rəsmləri “Böyük Ermənistan” xülasəsi ilə yaşayan erməni millətçilərini, terror təşkilatlarını, himayədarlarını ifşa edir, beynəlxalq ictimaiyyəti beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını kobud, həyasızcasına pozan erməni millətçilərinə qarşı mübarizəyə səsləyir.

 

Onun əsərlərində tam aydın olur ki, hədsiz amansızlığı ilə fərqlənən və etnik təmizləmələr, kütləvi talanlar və çoxlu insan tələfatı ilə müşahidə olunan erməni terrorizmini Ermənistan rəhbərləri dövlət səviyyəsində müdafiə edir.

 

Şari Arnavurun dünyada yaşayan etnik ermənilərə çağırışı kimi sözləri: “Əgər sən ermənisənsə, Ermənistana köməklik et”.

 

K.Kərimov öz karikatur əsərlərində bəşəriyyət üçün ən böyük bəla olan faşizmi, onun mahiyyətini açmağa cəhd edir, erməni terrorizmin nə qədər təhlükəli olduğunu açıb göstərir.

 

Alim əsərlərində terrorizmin konkret maliyyə bazası, narkobiznesin Ermənistanda geniş yer verilməsi ilə bağlı olduğunu aydınlaşdırır.

 

Narkobiznes Ermənistanda qlobal miqyas almış və rəsmi orqanlar tərəfindən nəzarət edilir.

 

Müəllifin yaratdığı əsərlərdə erməni terrorizmi başqa ölkələrdə olan terror təşkilatlarla çıx əlaqədədir.

 

Azərbaycanın dinc əhalisinə qarşı qanlı aksiyaların həyata keçirilməsində Ermənistanın silahlı qüvvələri və Dağlıq Qarabağın erməni separatçıları ilə yanaşı,

 

başqa ölkələrdən, o cümlədən yaxın Şərqdən gəlmiş kürd və ərəb terror qruplaşmaları iştirak edirlər.

 

Tablo və karikatorlardan bir daha sübut olunur ki, Ermənistanın terror siyasəti, həm region, həm də beynəlxalq sabitliyə real təhlükədir.

 

Alim-rəssam, son on illiklər ərzində dinc Azərbaycan xalqına yönəldilmiş Ermənistan dövlət terrorizm siyasəti Azərbaycan xalqının və dövlətinin apardığı iqtisadi, sosial siyasətinə maneçilik edə bilməz və xalqımız vahid bir yumruq kimi öz dövlətimizin rəhbəri ətrafında sıx birləşib və bundan sonra vahid bir yumruq olacaq.

 

Bu gün Azərbaycan dövləti dinamik inkişaf edir, onun beynəlxalq aləmində imici artır, əsas ümumi milli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Alimin “Erməni terrorizm”ə qarşı karikaturları, erməni dövlətinə lquq apardığı siyasətinə qarşı ən güclü zərbə vasitəsidir.

 

Alim-rəssamın hər bir rəsmində yüksək siyasi bilik sahibi olması, eyni zamanda doğma xalqına, onun problemlərinə ürəkdən bağlılığı, düşmənlərə qarşı isə barışmaz mövqe tutması açıq-açığına görünür. Bir sözlə, rəsmin albomu həm siyasi, həm də rəssamlıq baxımından dedikcə zəngindir və dövlətimizin başda hörmətli prezidentimiz İlham Əliyevin apardığı və dünya tərəfindən tam dəstəklənən siyasətinə xidmət edir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm və texnika xadimi, Beynəlxalq Şərq Akademiyasının həqiqi üzvü, Beynədxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi-Zadə adına Beynəlxalq Akademiyasının həqiqi üzvü, ARDNŞ Geofizika vəGeologiya idarəsinin elm üzrə Baş müşaviri, Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, Amerika Kəşfiyyatçı Geofiziklər Assosiasiyasının (SEÇ) Azərbaycan bölməsinin prezidenti, Azərbaycan geofizika yeniliklər, jurnalının baş redaktoru, ADU-nun professoru, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, 500-dən çox elmi əsərlərin, bir çox elmi monoqrafların, 4000-dən çox siyasi karikatur və plakatların müəllifi, 1988-ci ildən başlayaraq bir neçə ölkələrdə “İlin adamı”, “İlin ixtiraçısı”, “İlin alimi” seçilmiş, dəfələrlə dövlətimiz tərəfindən medallarla, xüsusilə dahi şəxsiyyət Heydər Əliyevin imzası ilə “Şöhrət” ordeni ilə təltif olunmuş görkəmli, qürurlu, vətəninə sadiq, əsl şəxsiyyət, dünya miqyaslı alim, Kərim Kərimov ömrünün 86 yaşında Yasamal rayon Ağsaqqallar Şurasının sədri vəzifəsində çalışaraq dövlətimizin çiçəklənməsi naminə var qüvvəsi ilə çalışır, gənc nəslə bir örnəkdir.

 

Bu gün biz qürur duyuruq belə bir şəxsiyyət yenə də fəal çalışır, ahıl insanların dinləyir, onlar üçün xeyirxah işləri görür, dövlətimizə vicdanla xidmət etdiyini sübut edir. Kərim Kərimov ölkəmizin sürətlə inkişafını, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeniləşir, inkişaf edir, neft və qazımız Avropaya nəql olunur, dövlətimizin gücü, qüdrəti artır, bütün bunlar qocaman alimi fərəhləndirir, böyük sevinc hiss edir. Böyük alim, rəssam inanır ki, onun dövlət, xalqı və vətəni üçün əldə etdiyi bütün elmi nailiyyətlər xalqımızın rifah halının yaxşılaşmasına, dövlətimizin daha da güclənməsinə və beynəlxalq miqyasda nüfuzun artmasına, tətbiq olunacaq və doğma Qarabağımızı erməni qəsbkarlardan azad edəcəyik. Mən buna inanıram.

 

Məzahir Hüseynov

 

Azad Azərbaycan.- 2019.-  2 iyul.- S.7