Leyli və Məcnun Şəkidə nümayiş
olunub
Dövlət Akademik Opera və Balet Teatrının
kollektivi qastrol səfərindən
dönüb
“Yuxarı Karvansaray” tarixi-memarlıq
abidəsinin həyətində
keçirilən tədbiri açan Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Bəstəkarlar İttifaqının
Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdikləri bu layihəni yüksək qiymətləndirib.
Teatrın rəhbəri bildirib ki, Azərbaycanda I Beynəlxalq Muğam Festivalı keçirilərkən muğam operalarımızdan olan “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Aşıq Qərib” əsərlərindən kompozisiyalar qurulmuşdu. Bu kompozisiyalar həm azərbaycanlı, həm də xarici tamaşaçılar tərəfindən çox yüksək qarşılanıb. Baş rejisssor “Leyli və Məcnun” və “Şah İsmayıl” operalarının
Şəkidə bir az başqa formada - kompozisiya formasında təqdim ediləcəyini vurğulayıb:
«Düşünürəm ki, bu proqram gələcəkdə
də davam etdiriləcək və daha möhtəşəm formada xarici ölkə tamaşaçılarına
çatdırılacaq».
Hafiz Quliyev bildirib ki, 100 ildən artıqdır ki, bu tamaşalar oynanılır. İndiyədək bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində
göstərilib: «Lakin bu tamaşalar ilk dəfə məhz bu festivalda, Şəkinin qədim memarlıq abidəsi olan “Yuxarı Karvansaray” abidəsinin həyətində açıq havada tamaşaçılara
təqdim olunur».
Sonra tədbir iştirakçıları M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və Müslüm Maqomayevin “Şah İsmayıl” operaları
əsasında hazırlanmış tamaşalara baxıblar.
Tamaşaların quruluşçu rejissoru Əməkdar incəsənt xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar
incəsənət xadimi Sevil Hacıyevadır.
Konsertmeysterlər əməkdar
artistlər Məlahət
İsmayılova (piano) və Elxan Mansurov (tar), solistlər Xalq artisti Şahlar Quliyev, Əməkdar artist Təyyar Bayramov, habelə İlkin Əhmədov, Vüsalə Musayeva, Arzu Əliyeva və İlahə Əfəndiyevadır.
Hər biri 55
dəqiqə davam edən bu tamaşaların başqa regionlarda da nümayişinin təşkili
nəzərdə tutulur.
Operaların açıq havada nümayişi tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Böyük müvəffəqiyyətlə başa çatan tədbirin sonunda Hafiz Quliyevə,
habelə solistlərə
Şəki Şəhər İcra Hakimiyyətinin
fəxri fərmanları
və qiymətli hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Bəstəkarlar İttifaqı
və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı iyulun 2-də öz işini başa vuracaq.
Tofiq Seyidzadə
Azad Azərbaycan.- 2019.- 2 iyul.- S.5