Nemətullah Naxçıvani irsi araşdırılır.
Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah
Naxçıvani” mövzusunda beynəlxalq konfrans
keçirilib
Naxçıvanda “Görkəmli Azərbaycan
mütəfəkkiri: Nemətullah Naxçıvani”
mövzusunda beynəlxalq
konfrans keçirilib.AMEA
Naxçıvan Bölməsinin
İnformasiya şöbəsindən
SİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsinin
təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti
və Naxçıvanşünaslıq
Mərkəzinin əməkdaşları,
ölkənin tanınmış
alimləri, o cümlədən
Türkiyənin Naxçıvan
şəhərindəki baş
konsulu və türkiyəli elm adamları iştirak ediblər.Əvvəlcə tədbir
iştirakçıları Ümummilli liderin
Naxçıvan şəhərindəki
abidəsini ziyarət
edib, Heydər Əliyev muzeyi ilə tanış olublar.Naxçıvan Universitetində
keçirilən konfransı
Naxçıvan Muxtar
Respublikasının Ali
Məclisi Aparatının
Humanitar siyasət məsələləri və
ictimai təşkilatlarla
iş şöbəsinin
müdiri Surə Seyid açaraq orta əsrlərdə
yaşamış, türk-islam
dünyasının elmi
və ictimai fikrinin inkişafına böyük töhfələr
vermiş, təsəvvüf
və təfsir alimi Nemətullah Naxçıvaninin Naxçıvanda
doğulduğunu, burada
görkəmli alimlərdən
təhsil aldığını
deyib. O, Nemətullah Naxçıvani
irsinin öyrənilməsi
və tədqiqi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli
alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və
tədqiqi haqqında”
29 oktyabr 2018-ci il tarixli Sərəncamını
xatırladıb, bu istiqamətdə həyata keçirilən
tədbirləri diqqətə
çatdırıb. Qeyd
olunub ki, sərəncam ilə təsdiq olunan Tədbirlər Planına uyğun olaraq Naxçıvan Bölməsində
Nemətullah Naxçıvaninin
yaradıcılığının öyrənilməsi üçün
tədqiqat qrupu yaradılıb, “Naxçıvandan
Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi
çərçivəsində Türkiyənin Konya vilayətinin Ağşəhər
bölgəsinə səfər
təşkil edilib. Səfər çərçivəsində
beynəlxalq konfrans keçirilib, Nemətullah
Naxçıvaninin məzarüstü
abidəsinin bərpası
üçün layihə
hazırlanıb. Ağşəhərdə alimin adını daşıyan dini məktəb və məscidin fəaliyyət
göstərdiyi söylənilib.Vurğulanıb
ki, Tədbirlər Planına əsasən, alimin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə”
(Quranın kəlmə
və hikmətlərini
açıqlayan Qeybin
açarı və ilahi fəthi) üçcildlik
əsərinin birinci və ikinci cildi Azərbaycan dilinə tərcümə
olunaraq çap edilib. Bundan əlavə, “Nemətullah
Naxçıvani XV əsrin
görkəmli təsəvvüf
və təfsir alimi” adlı monoqrafiya, “Nemətullah Naxçıvani: Taleyi və sənəti” adlı məqalələr
toplusu nəşr olunub. Eyni zamanda,
bölmədə Nemətullah
Naxçıvaninin bir
sıra əsərlərinin
toplanıldığı “Hidayətül-ixvan”
(Qardaşların hidayəti)
kitabı tərcümə
olunub. Vurğulanıb ki, türk,
ərəb və fars dillərində əsərlər yazan görkəmli alimin Türkiyə kitabxanalarında
saxlanılan 12 əlyazmasının
nüsxəsinin elektron
variantı Türkiyənin
Naxçıvan şəhərindəki
baş konsulu tərəfindən bölməyə
təqdim edilib.Tədbirdə
Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev
“Nemətullah Naxçıvani
və Naxçıvan”
mövzusunda çıxışında
isə Nemətullah Naxçıvaninin həyat
və fəaliyyətindən,
onun İslam aləminin görkəmli alim kimi formalaşmasında
Naxçıvanın ictimai-mədəni
mühitinin böyük
rolundan danışıb.
Qeyd edib ki, Naxçıvan diyarı öz görkəmli yetirmələri-ziyalıları,
alimləri, siyasətçiləri,
mütəfəkkirləri ilə həmişə diqqəti cəlb edib. Orta əsrlər dövründə
bu diyarın onlarla yetirməsi dünyanın müxtəlif
ölkələrində təhsil
alıb, orada yaşayıb fəaliyyət
göstərib, yaradıcılıqları
ilə tanınıb və şöhrət qazanıblar.Məlumat verilib
ki, həyatının
50 ilə yaxın
bir dövrünü Naxçıvanda
keçirən, İranda
və Türkiyədə
yaşayan, təsəvvüf
və təfsir sahəsində əsərlərini
də burada qələmə alan, fəlsəfi məzmunlu məktəblərinin nümayəndəsi,
görkəmli sufi şeyxi və filosof Nemətullah Naxçıvani XV-XVI əsrlərdə yaşayıb-yaratmış
Naxçıvanın böyük
elm adamlarındandir. Lakin təəssüf ediləsi
haldır ki, sovetlər birliyi dövründə islam dini ilə bağlı
tədqiqat işləri
aparan elm adamlarına imkan verilmədiyi kimi, əvvəlki əsrlərdə
bu istiqamətdə fəaliyyət göstərmiş
alim və ziyalılarımızın adı
və əməlləri
də yasaq edilib. Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa
etdikdən sonra bütün bu qadağalar aradan qaldırıldı, görkəmli
ziyalılar və elm adamları xalqımıza tanıdılmağa
başlanıldı. Bu
sırada qürur duyduğumuz görkəmli
şəxsiyyətlərimizdən biri olan Nemətullah
Naxçıvani xüsusi yer
tutur.Nemətullah Naxçıvaninin
elmi yaradıcılığında
qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət
təşkil etdiyini deyən İsmayıl Hacıyev bildirib ki, əsərləri onu böyük türk-İslam alimi kimi tanıdıb, hətta öz dövründə alimlərin ən
fəzilətlilərindən biri olduğunu göstərib.Qeyd olunub ki, dərin biliyi, yüksək mənəvi keyfiyyətləri
ilə məşhurlaşan
Nemətullah Naxçıvani
ciddi yaradıcılıqla
məşğul olub və nəticə olaraq “Quran”ın kəlmə və hikmətlərini açıqlayan
“Qeybin açarı və İlahi fəthi” əsərini yazıb. Bildirilib ki, Nemətullah
Naxçıvaninin yazdığı
“Hidayətül-İxvan”, “Şərhi-əsrarin nöqtə”
əsərləri, Şeyx
Mahmud Şəbüstərinin
“Gülşəni-raz” əsərinə
yazdığı şərh,
İbn-Ərəbinin məşhur
“Füsus əl-hikam” əsərinə yazdığı
“Hasiyə” və risalələri onun yaradıcılığının mühüm nümunələridir.İsmayıl Hacıyev Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisinin Sədri cənab Vasif Talıbova görkəmli filosof və alimin həyat və fəaliyyətinin öyrənilməsi
və tədqiq edilməsi üçün
Sərəncam verdiyinə
görə dərin minnətdarlığını bildirib.Konfransda, həmçinin
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
“Nemətullah Naxçıvaninin
elmi irsi və müasirlik”, Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu
“Nemətullah Naxçıvaninin
“Gülşəni-raz” əsəri
klassik şərhçiliyinin
dəyərli nümunəsi
kimi” və Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurt “Tarixi və təsəvvüfi bir şəxsiyyət kimi Nemətullah Naxçıvani”
mövzusunda çıxış
ediblər.Sonra tədbir
iştirakçıları “Təfsir alimi” sənədli filimini izləyib.Naxçıvan Bölməsində
davam etdirilən konfransda “Nemətullah Naxçıvani: dövrü
və mühiti”, “Nemətullah Naxçıvaninin
irsi və tərcümə məsələləri”, “Nemətullah Naxçıvani
və təsəvvüf
fəlsəfəsi” və
“Nemətullah Naxçıvani
yaradıcılığında fəlsəfə və din” adlı bölmələr üzrə
elm adamlarının müxtəlif mövzularda
məruzələr dinlənilib.
Məruzələrdə Nemətullah Naxçıvaninin
elmi fəaliyyəti, təsəvvüflə bağlı
dərin düşüncələri,
alimin qələmə
aldığı fəlsəfi
məzmunlu müxtəlif
əsərlərinin tədqiqi
ilə bağlı çıxışlar yer
alıb.Konfrans iştirakçılarının
Qarabağlar Türbə Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan
Duz Muzeyinə, “Naxçıvanqala” Tarix-Memarlıq
Muzey Kompleksinə, “Xan Sarayı” Tarix-Memarlıq, Möminə
xatın və Açıq Səma Altında Muzey Kompleksinə və Yusif Küseyir oğlu Türbəsinə
gəzintisi təşkil
edilib.
Tofiq Seyidzadə
Azad Azərbaycan.- 2019.- 9 iyul.- S.5