Nəsimi mənbəyini
xalq ruhubdan alıb.
Zərdab
rayonunda Nəsiminin 650 illik
yubileyi ilə bağlı tədbir keçirilib
“Nəsimi ili” tədbirləri
çərçivəsində respublikamızın
bütün regionlarında olduğu kimi, Zərdab rayonunda da
müxtəlif tədbirlər həyata keçirilib.
Zerdab.com saytının
məlumatına görə,
27 may 2019-cu il tarixdə isə Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin
birgə təşkilatçılığı
ilə təntənəli
mərasim təşkil
olunub. Əvvəlcə
şairin 650 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət
sərgiyə baxış
olub.
Tədbiri giriş sözü
ilə açan Zərdab Rayon Təhsil Şöbəsinin
müdiri Lalə Əmirəliyeva bildirib ki, Nəsimi dünya poeziyasının
ən kamil nümunələri sırasında
diqqətəlayiq yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını
tərənnüm edib.
Anadilli şeirin
humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha
da zənginləşməsində
unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu
və rəngarəngliyi
ilə əks etdirir. Sənətkarın
yaradıcılığı bir sıra xalqların
bədii-ictimai fikrinin
inkişafına qüvvətli
təsir göstərib.
Rayonun körpələr
evi-uşaq bağçalarının,
məktəblərin və
mədəniyyət müəssisələrinin
hazırladıqları kompozisiyalar nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam edib.
Arastun
Tapdıqoğlu
Azad Azərbaycan.-
2019.- 1 iyun.- S.5