Bədii nəsrin inkişafında İsmayil
Şıxlı obrazlar
silsiləsi
yaradib Xalq yazıçısının 100 illik yubileyi qeyd olunub
Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23
aprel 2019-cu il tarixdə Azərbaycanın xalq
yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas İsmayıl
Şıxlının anadan olmasının 100 illiyi münasibəti
ilə “Ədəbiyyata bağlı ömür yolu” adlı ədəbi gecə
keçirildi.
Tədbiri Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
direktoru Oruc Quliyev açıb qeyd etdi ki,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 28 yanvar 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının
inkişafı naminə
təqdirəlayiq xidmətlər
göstərmiş xalq
yazıçısı İsmayıl
Şıxlının anadan
olmasının 100-cü ildönümünün
qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.
İsmayıl Şıxlı
yaradıcılığı Azərbaycan ədəbiyyatında
özünəməxsus xüsusiyyətləri
ilə həmişə
oxucuların maraq və tələbatına
səbəb olmuşdur.
Kitabxananın elmi işlər
üzrə direktor müavini Xalidə Musayeva Ismayil Şıxlının
bütün əsərlərində
insanı uca tutmasından, böyük
xarakterlər yaradıb
xeyirin, ədalətin
qələbəsinə çalışmasından,
həyati mövzular yazaraq zamanın nəbzini tutmasından, günün mühüm
məsələlərinə toxunmasından danışdı.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə
doktoru, dosent Aytən Rüstəmzadə İsmayıl Şıxlının ömrünün
əlli ildən çoxunu pedaqoji fəaliyyətə həsr
etməsi, əsl əqidə sahibi olması, Azərbaycan ədəbiyyatının inkişafında
əvəzsiz xidmətlər göstərməsi,
əsərlərinin əsas
mövzu və ideyası ətrafında çıxış etdi.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Rasim Nəbuoğlu çıxışına “Rus
ədəbiyyatında Mixail
Şoloxov zirvəsi vardırsa bizim ədəbiyyatda da İsmayıl Şıxlı zirvəsi
var” cümləsi
ilə başladı. İsmayıl Şıxlının ədəbi
yaradıcılığından danışandan sonra ədibin haqqında yazdığı
resenziyanı oxudu.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə
doktoru, dosent Esmira Fuad ədbin
“Dəli Kür” romanını əsl Azərbaycan mentalitetinin güzgüsü adlandırdı.
“Dəli Kür” və “Ölən dünyam” əsərlərinin
əsas ideyasını
və yazıçının
qələmə aldığı
obrazların xarakterlərini açdı.
AMEA-nın Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş eimi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Yadigar Əsgərova çıxışında
İsmayıl Şıxlının
“Dəli Kür” romanının audio kitab halında çıxarmağı təklif
etdi.
ADU-nun müəllimi,
İsmayıl Şıxlının
gəlini Reyhan Yusifqızı ədibin yaradıcılığına verilən
qiymətdən danışandan
sonra xatirələrini
söylədi.
Jurnalist, rəssam, “Ayna”,
“Zerkalo” qəzetlərinin
məsul katibi, İsmayıl Şıxlının
oğlu Fərrux Şıxlı “Dəli Kür” romanı əsasında filmin çəkiliş tarixindən,
atasının sağlığında
heç kimə göstərmədiyi pyesin
ölümündən sonra tamaşaya qoyulmasından, atası ilə bağlı xatirələrindən
danışdı.
Reyhan
Yusifqızı və
Fərrux Şıxlı
tədbir iştirakçıları
tərəfindən İsmayıl Şıxlı yaradıcılığı
ətrafında verilən
çox sayda sualları cavablandırdılar.
Tədbirdə həmçinin,
Bakı Dövlət
Universitetinin, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tələbələri
iştirak edirdilər.
Tədbir boyu
İsmayıl Şıxlıya
həsr olunmuş video çarx nümayiş olundu. “Dəli Kür” əsərinin motivləri
əsasında çəkilən
filmdən fraqmentlər
göstərildi.
Ədəbi gecənin sonunda “Yazıçı, ədəbiyyatşünas,
publisist İsmayıl
Şixlı-100“ adlı
kitab sərgisinə baxış keçirildi.
Bilman.
Azad Azərbaycan.-
2019.- 4 iyun.- S.5