Haqq pərvanəsi
– Xəlil Rza
Xəlil Rza Ulutürkün
85 illik yubileyi münasibətilə Mərkəzi
Kitabxananın Düzənlik
kənd kitabxana filialı" Haqq pərvanəsi – Xəlil Rza"adlı tədbir təşkil etdi.Tədbiri
çıxış sözü
ilə açan kitabxananın müdiri Ziyafət Teymurov Xəlil Rza yaradıcılığından geniş məruzə söylədi.
Biz Türkləriz...Vətənimiz başdan-başa
yer kürəsi
Bayrağımız al günəşdir, çadırımız göy
qübbəsi.
Xəlil
Rza Ulutürk 1932-ci il oktyabr ayının
21-də Azərbaycanın Salyan
rayonunun Pirəbbə
kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə
babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü.
Yeddi yaşı olanda onu məktəbə
göndərdilər.
İki saylı Salyan rayon orta
məktəbində təhsil
aldığı ilk illərdən Xəlil öz çalışqanlığı,
fərasəti və davranışı ilə
müəllimlərinin rəğbətini
qazandı. O, Salyan şəhər kitabxanasının
ədəbiyyat dərnəyinin
fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın
əzablı, romantik yaradıcılıq meydanına
çıxması üçün
bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını,
klassik və müasir yazıçıların
əsərlərini mütaliə
etməsi, istər-istəməz
onda yazıb-yaratmağa
güclü həvəs
oyatmışdır. Xəlil
Rza hələ gənc yaşlarından onu həyəcanlandıran,
düşündürən hadisələri bəzən
poetik dillə ifadə etməyə çalışırdı.
Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri”
qəzetində dərc
olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsinə
daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına
geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim
Cəfər Xəndanın,
sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə,
istərsə də Azərbaycan Yazıçılar
Birliyində xalq yazıçısı Mirzə
İbrahimovun başçılığı
ilə keçirilən
“Gənclər günü”məşğələlərində
fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.
Aynurə Əliyeva
Azad Azərbaycan.-2019.-
25 iyun.- S.7