Sevimli sənətkara xalq məhəbbəti

 

entyabr ayının 2 Qarabağ Zəngəzur tarixinin indiyə qədər xalqa məlum olmayan qaranlıq səhifələrini arxiv sənədlərinə istinadən açaraq dəyərli kitablar yazaraq xalqımıza çatdıran Azərbaycanın Xalq Qəhrəmanı Aslan bəy Sultanovun nəvəsi , tədqiqatçı alim, hüquqşünas, yazıçı Faiq Abdullayevlə ( Sultanovla ) birlikdə görkəmli incəsənət xadimi, kinorejissor , Azərbaycanın Xalq Artisti , ADMİU - nin professoru, " Şöhrət " ordenli, xalqımızın sevimlisi , çox hörmətli Ramiz Əzizbəylinin qonağı olduq.

Görkəmli sənətkarın ömür - gün yoldaşı Zümrüd xanım həmişə olduğu kimi bu dəfə bizi ətirli , şirniyyatlı, mürəbbəli ( gilas cənnət alması ) çay süfrəsinə dəvət etdi.

Ramiz müəllim gəlişimizdən çox sevindi.

Faiq Abdullayevlə Ramiz Əzizbəyli tariximizin yeni açılmış ( 1920-23 illər ) ağrılı səhifələrindən uzun - uzadı maraqlı söhbətlər etdilər.

Daha sonra Ramiz Əzizbəylinin duzlu , məzəli, insan qəlbini oxşayan şirin söhbətlərindən zövq aldıq, feyziyab olduq.

Onu da qeyd edim ki Azərbaycanın Birinci Vitse Prezidenti , hörmətli Mehriban xanım Əliyeva şəxsən Ramiz Əzizbəyliyə bir avtomobil hədiyyə etmiş Fondun vəsaiti hesabına görkəmli sənətkarın yaşadıgı mənzili yüksək səviyyədə təmir etdirmişdir.

Ramiz muəllim bizimlə söhbətində bildirdi :" Dövlət rəhbərlərimizin hər zaman diqqət qayğısını görmüşəm.

Həkimlərimiz sağ olsunlar, ayağım da sağalmaq üzrədir.

Sizin gəlişiniz məni sonsuz dərəcədə ruhlandırdı.

Ona görə sevinirəm ki hər dəfə sizinlə görüşüm sosial şəbəkələrdə minlərlə pərəstişkarlarımın sevincinə səbəb olur mənə çoxlu zənglər gəlir.

Dostlar vaxtilə kinorejissor olaraq çəkdiyim filmlərin, o cümlədən " Bəxt üzüyü " filmimdən gülməli əhvalatları yadıma salırlar.

Mən xalqımı, vətənimi, müasir müstəqil dövlətimi çanımdan da çox istəyirəm .

Allah bizə Qarabağlı, Zəngəzurlu günlərimizi bir daha nəsib etsin. "

Görkəmli , sevimli sənətkarımızla söhbətlərimizdən müsbət enerji aldıq xoş təəssuratla yenidən görüşmək ümidi ilə sağollaşdıq.

 

Rauf İlyasoğlu

 

Azad Azərbaycan.- 27 iyun.- S.7