Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib.Bu barədə Modern.az-a filminin rejissoru Ramil Adiloğlu məlumat verib. O, bildirib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat Hacıqabulkomediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:“Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnəkdir. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq.”R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat HacıqabulfilmiAşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Məlumat üçün bildirək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub

Qumru

Azad Azərbaycan.- 2019.- 20 mart.- S.7.