Mart qırğını
xalqımızın qan yaddaşıdır
1918-ci ilin 31 mart soyqırımı çağdaş
dövrümüzə gəlib çatan Azərbaycan
xalqına qarşı ermənilər tərəfindən
törədilən ən ağır cinayətlərdən
biridir. Tarix bəlkə də ermənilərin azərbaycanlılar,
ümumilikdə isə bütün türklərə
qarşı yaratdıqları qeyri-insani, qeyri-bəşəri
haqsızlıqlar, faciələr, terrorçuluq görməyib.
Əsli-nəsli, yurdları, ocaqları bəlli olmayan, həyat
meydanına gəldikləri gündən bütün
dünyanın köksündə sağalmaz yaraya çevrilən
haylar çəyirtkə kimi ətrafa yayıldılar. Harda
dayanıb durdularsa oranın altını üstünə
çevirdilər. Sonralar Türkiyənin
Van gölü ətrafındakı Ərməniyə deyilən
coğrafi yerdə məskunlaşdılar. Bu yer haramzada hayların o qədər
xoşlarına gəldi ki, bu yerin adını özlərinə
xalq adı kimi götürərək erməni oldular. Xislətində, düşüncəsində, təbiətində
bütün xalqlara, insanlara yabançılıq, düşmənçilik
və iddiaçılıq olan ermənilər bu xasiyyətlərinə
görə zaman-zaman döyüldülər, qovuldular, ancaq təəssüflər
olsun ki, düzəlmədilər. Yaxın-uzaq
xalqlar, insanlar onları tanıdı. Onlar haqqında zərb-məsəllər
yarandı: “erməniyə inanmaq olmaz”, “onlara arxa çevirmək
olmaz”, “beş barmağını bal edib erməni
ağzına soxsan zəhərdir deyəcək”, “erməni gəldi,
dərd, ələm gəldi”... və s. və i.a.
Həmişə özgə torpaqlarına göz tikən,
ən yaxşı torpaqlarda yaşamağı arzulayan ermənilər
bu yolda hər cür alçaqlıqlara razı olublar. Belə ki, I
Pyotrun 1722-ci ildən başlayan Azərbaycanın Xəzər
sahillərinin işğalından yarınmağa
çalışan haylar çara üç dəfə
“yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində
daimi yaşayış üçün yer versin”. Bunu rus tarixçisi P. Y. Butkov öz əsərində
yazmışdır.
Rus çarı böyük “əlaçıqlıq”
göstərərək 1724-cü ilin noyabr ayında
general-mayor Kropatova xüsusi əmr vermişdir. Əmrdə deyilirdi: “Erməni
xalqı bizdən xahiş etmişdir ki, biz onları öz
himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə
də sizə tapşırıram ki, əgər erməni
xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona
kömək edib, ləyaqətlə qoruyun... Onları
(kursiv bizimdir) öz himayəmizə
götürmüşük”. Bir qədər sonra I Pyotr
general-leytenant Matyuşkinə də
tapşırmışdı ki, ermənilərə və
xristianlara bildirilsin ki, rus ordusunun tutduğu əyalətlərdə
- Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə onları
mehribanlıqla qarşılayıb, yerləşdirsinlər...
Burada
Bakı ilə əlaqədar əmrlərdə
aşağıdakı sözləri xatırlamaq yerinə
düşər: “Xoşagəlməz, yaxud şübhəli
müsəlmanları qovmaq və onları xristianlarla əvəz
etmək”. Belə də edildi: yeri-yurdu bilinməyən ermənilər
istədikləri əyalətlərdə, istədikləri
torpaqlarda ruslar tərəfindən yerləşdirildi. Ancaq
haylar bununla kifayətlənmədilər, öz çirkin əməllərini
davam etdirdilər...
Vaxt gəldi ermənilər böyük dövlətlərin,
məsələn, Rusiyanın, İngiltərənin,
Fransanın alətinə çevrildi. Hər
dövlət ermənilərdən öz məqsədləri
üçün istifadə etməyə başladı. Belə ki, 1828-ci ildə Rus-İran savaşında qələbə
çalan Rusiya İrandan, Türkyiyədən çoxlu erməni
ailəsini Qafqaza, o cümlədən Azərbaycana kütləvi
surətdə köçürüb gətirir. Nəticədə, rusların sayəsində ermənilər
yeni ərazilərə sahib oldular və sonralar özlərinin
dövlətlərini yarada bildilər. Bütün
bunlara qovuşan haylar XIX əsrin axırlarında özlərinin
millətçi “Daşnaksütyun” partiyalarını
yaratdılar. Şovinist partiya olan “Daşnaksütyun”un bir məramı oldu: “Azərbaycan türklərinin
əzəli torpaqlarından onları qovub çıxarmaq və
tarixdə heç vaxt olmamış və olmayacaq
böyük Ermənistan yaratmaq”. Bunun
üçün Rusiya kimi bir arxa da vardı.
XX əsr xalqımız üçün çox
ağır və keşməkeşli olmuşdur. Onu da ürək
ağrısı ilə deyək ki, xalqımızın
dücar olduğu məhrumiyyətlərin əksəriyyəti
torpağımızda, ocağımızda
yazığımız gəlib yer verdiyimiz, çörəyimizi
yeyən, suyumuzu içən, havamızı udan ermənilər
tərəfindən törədilmişdir.
Hər xalqın tarixində elə hadisələr olur
ki, bu hadisələr uzun zaman keçsə də unudulmur, nəsillər
bir-birini əvəz etsə də xatırlanır, yeni nəsillərin
də yaddaşına həkk olunur. Xalq nə
yaxşılığı, nə də yamanlığı
unuda bilmir.
31 mart qırğını da xalqımızın tarixinə,
onun taleyinə qanlı hərflərlə
yazılmışdır. 1918-ci ilin 31
martında Bakıda minlərlə azərbaycanlı erməni
daşnakları tərəfindən vəhhicəsinə
öldürülmüşdür.
Yuxarıda
dediyimiz kimi 1828-ci il “Türkmənçay”
müqaviləsindən sonra Qafqazın, o cümlədən Azərbaycanın
ən yaxşı yerlərinə qalib Rusiyanın tələbi
və köməyi ilə İrandan, Türkiyədən
yüz minlərlə erməni köçürüldü.
Bu gözəl yerlərdə məskunlaşan “hay”lar bir müddətdən sonra özlərini bu
yerlərin əbədi sakinləri kimi aparmağa
başladılar. “Özümə yer edərəm,
gör sənə nə edərəm” prinsipi ermənilərin
əxlaqi prinsipidir. Dünyada elə bir xalq, elə bir
millət tapmaq olmaz ki, ermənilər kimi özgə
torpaqlarını, özgə ocaqlarını
özününkü saysın, zaman keçdikcə təkcə
yaşadıqları ərazilərə deyil, daha çox əraziyə
sahib olmaq üçün can atsın, bu yolda hər cür
nankorluğa əl atsın, hətta irz-namusunu satmış
olsun...
Artıq XIX əsrin sonlarında ermənilər
qarşılarına məqsəd qoydular ki, yerli,
yaşadıqları torpağın əzəli sahibləri
olan azərbaycanlıları nə yolla olursa-olsun öz
ata-baba yurdlarından didərgin salsınlar. Bunun
üçün onlar hazırlıq işləri
gördülər, xristian ölkələrindən çoxlu
silah topladılar.
XX əsrin əvvəllərində - 1905-1906-cı illərdə
ermənilər azərbaycanlıları kütləvi surətdə
qırmağa başladılar. Millətçi,
şovinist “Daşnaksütyun” partiyası “Dənizdən-dənizə
böyük Ermənistan” iddiası ilə
çıxış etdi. O vaxt Şuşada, Zəngəzurda,
Naxçıvanda, Bakıda və başqa yerlərdə minlərlə
əliyalın azərbaycanlı erməni süngülərinin
qurbanı oldu. Bu qırğınlar sonrakı
illərdə də davam etdirildi. Ancaq Azərbaycanı
parçalayıb, onun bir hissəsini öz ərazisinə
qataraq, bu ölkənin yeraltı-yerüstü sərvətlərinə
sahib çıxan Rusiya çarizmi bütün bu erməni vəhşiliklərinə,
qəddarlığına göz yumdu.
1917-ci ildə Rusiyada bolşeviklərin hakimiyyətə
gəlməsi, Bakıda Stepan Şaumyanın bolşeviklərə
rəhbərlik etməsi Azərbaycanda yerli əhalinin yeni
qırğınına, daha artıq əzab-əziyyətlərinə
gətirib çıxardı.
1918-ci il 31 mart qırğını çoxdan
hazırlanmış ssenarinin həyata keçirilməsi idi.
Belə ki, 1917-ci il oktyabr inqilabından
sonra yaranmış Bakı Soveti S. Şaumyanın rəhbərliyi
ilə fəaliyyət göstərdiyinə görə burada
yerli əhalidən, yəni azərbaycanlılardan çox az
adam təmsil olunurdu. Bakı Sovetində cəmləşmiş
daşnaklar və qeyri millətlərin nümayəndələri
mart hadisələrinin törədilməsinin səbəbkarları
idilər. Bakı Sovetinin o dövrdə
qorxduğu bir qüvvə vardısa, o da aəzrbaycanlıların
millətçi qüvvələri idi.
Mart ayının 9-da Azərbaycan diviziyasının gərargahının
Bakıya gəlməsi şaumyançıları bərk
narahat etdi. Martın 30-da diviziya komandirlərinin
şaumyançı bolşeviklər tərəfindən həbs
edilməsi və heyəti azərbaycanlılardan ibarət olan
“Evelina” gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin
böyük narazılığına və həyəcanına
səbəb oldu. Bakıda azərbaycanlıların
hərbi cəhətdən zəif olduğunu bilən Bakı
Soveti Bakını Azərbaycanın paytaxtı etmək
“arzusunda olan” müsəlmanlara dərs vermək
üçün əlverişli məqamın yetişdiyini
başa düşdü. Axı Şaumyan
və onun havadarlarının məkrli məqsədi
Bakını erməniləşdirmək, yerli əhalini
buradan qovub çıxarmaq və beləliklə,
“Böyük Ermənistan”a yol açmaq idi.
Yeri gəlmişkən onu da deyək ki, o illər ermənilər
Avropada məlumatlar yayırdılar ki, onlar Bakını I
Dünya müharibəsi dövrlərində alıblar və
artıq şəhər onlarındı. Hələ o
dövrlərdə erməni diasporunun, həm də lobbisinin
köməyi ilə onlar dünyanı inandırmağa
çalışırdılar ki, nəinki Bakı, həm də
bütün Azərbaycan Ermənistanın tərkibində bir
əyalətdir. Onlar böyük dövlətlərin
başçılarını da bu istiqamətdə maarifləndirmişdilər.
Belə vəziyyətin yaranmasında özümüzün də
günahımız az deyildi. Bu mənada
1918-ci ildə böyük Üzeyir Hacıbəyov “Azərbaycan”
qəzetinin 25-ci nömrəsində dərc olunmuş
“Mühüm məsələlər” məqaləsində
ürək ağrısı ilə yazırdı: “İndiyə
qədər o dərəcədə bişüur olmuşuq
ki, bütün Qafqaz millətlərindən təkətəkliklə
ədədcə çox olduğumuz halda, biz Azərbaycan
türkləri haqqında nəinki Avropanın, hətta
yüz ildən bəri üstümüzdə sahiblik edən
rusların da dürüst xəbərləri yox idi. Ruslar bu
günə qədər bizə “persian” deyə İran və fars millətlərindən hesab edirlər. Mən
özüm bizim “persian” olmayıb türk olduğumuzu Moskva və
Petroqraddan əlavə Bakının özündə də
bir çox ruslara dəfələrlə
qandırmışam...”
Bütün
bunları aradan qaldırmaq üçün böyük azərbaycanlı
Üzeyir bəy yol göstərərək deyirdi: “Bəs biz
Azərbaycanı və iki milyondan artıq Azərbaycan
türklərini Avropaya və müttəfiq dövlətlərə
indidən tanıtmalıyıq. Özümüzə
məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata...
malik olduğumuzu onlara bildirməliyik. Dilimiz firəng
dili Avropada olan kimi bütün Qafqazda ümumi bir dil
olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin
və ya bir malakan ilə bir aysorun bir-birilə türk-Azərbaycan
dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik...”
Bir sözlə, Ü. Hacıbəyov bütün
xüsusiyyətlərimizi, bütün mənəviyyatımızı
təfsilatı ilə Avropaya və başqa dünya ölkələrinə
çatdırmağı tövsiyə edirdi, həm də tələb
edirdi.
Bu bir həqiqətdir
ki, xalqımız, vətənimiz haqqında həqiqətləri
dünya xalqlarına cəmi 23 ay ömür sürmüş
Azərbaycan Demokratik Cümhuriyyəti çatdırdı və
anlatdı...
1918-ci
ilin ilk günlərindən başlayaraq qatı millətçi,
müsəlmanların düşməni, bolşevik
kürkünə bürünmüş Şaumyanın
başçılıq etdiyi Bakı Sovetinin mətbuat
orqanları hazırladıqları təxribatı əsaslandırmaqçün
azərbaycanlıları bir qayda olaraq “burjuaziya” və “müsəlman
əksinqilabçıları” hesab edir və onlara
qarşı “inqilabi” mübarizəni zəruri sayırdı. Hələ mart qırğınından xeyli əvvəl
– martın 15-dəŞaumyan öz
çıxışlarında deyirdi ki, “Bakı Soveti
Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca
mərkəzinə və istehkamına çevrilməlidir”.
Ona görə də sovetin rəhbərliyi yerli
əhalini başa salmaqçün daşnaklarla sazişə
girdi. Bu bir daha göstərir ki, mart
qırğını – azərbaycanlıların, müsəlmanların
kütləvi qırğını Şaumyan və onun ətrafında
olan bolşevik ermənilər tərəfindən törədilmişdir.
1919-cu ildə Paris sülh konfransında iştirak edən
Azərbaycan nümayəndə heyətinin Azərbaycan
haqqında buraxdığı kitabda qeyd olunurdu ki, “müsəlmanlar
üçün ağır nəticələr verən bu
qanlı epizodda o vaxt Bakıda olan ermənilər əsas rol
oynadılar.
Hər yerdə olduğu kimi, onlar özlərinin milli partiya
hesab etdiyi “Daşnaksütyun”un ətrafında
sıx birləşdilər. İş
burasındadır ki, ermənilər bolşevizm pərdəsi
altında bir neçə gün ərzində qocalar,
qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı
qırdılar”.
Bakı Soveti isə bu qırğını zəruri
hesab edirdi.
Sovetin orqanı olan “Bakinski raboçi”qəzeti aprelin 11-də
belə yazırdı: “Bakıda olmuş vətəndaş
müharibəsi zəruri idi. Onun zəruriliyi
haqqında biz hələ iki ay əvvəl
yazmışdıq.
Bu müddət ərzində təcavüzkar müsəlman
millətçiliyinə, Qafqazda əks-inqilabın bu əsas
dayağına güzəştə getməklə Bakı
Soveti Qafqazda, o cümlədən Bakıda mövcud olan milli
münasibətlərdəki çətinlikləri nəzərə
almışdı”.
Bu
yazıdan belə görünürdü ki, qətlə
yetirilmiş minlərlə adam Müsavatın təbliğatına
uymuş davakar panislamizmin, millətçi pantürksizmin əsas
zərbə dəstəsi imiş və buna görə də
Sovet “vətəndaş” müharibəsi vasitəsilə təkcə
Bakıda deyil, bütün Qafqazda proletariatın
inqilabını müsəlman əksinqilabından xilas
etmişdir...
Mart hadisələri
barədə S.Şaumyan aprelin 13-də Rusiya Xalq
Komissarları Sovetinə, onun sədri V. İ. Leninə belə
məlumat verirdi: “Zaqafqaziya Sovet hakimiyyəti uğrunda fəal
silahlı mübarizə mərhələsinə qədəm
qoymuşdur. Üç gün ərzində 30,
31-də və aprelin 1-də Bakıda şiddətli
vuruşma getdi. Bir tərəfdən Sovet
Qızıl Qvardiyası, Qızıl Beynəlmiləl ordu, bu
yaxınlarda yenidən təşkil edə bildiyimiz
Qızıl Donanma, erməni milli hissələri (!)
vuruşurdular. Digər tərəfdən bir neçə
rus zabitinin iştirak etdiyi müsəlmanların “dikaya”
diviziyası, Müsavat Partiyasının rəhbərlik etdiyi
müsəlman dəstələri... Vuruşmanın
nəticələri bizim üçün gözəl oldu.
Düşmən tamamilə darmadağın
edildi”.
Şaumyanın bu sözləri mart hadisələrinin
mahiyyətini açıq şəkildə göstərir. Bu da həqiqətdir
ki, mart döyüşlərinin gedişində
Danşaksütyun partiyası və Bakı Erməni Milli
Şurası bolşeviklərin iştirakı ilə sinfi
mübarizəni milli qırğına çevirdi. Bunu Nəriman Nərimanov da təsdiq etmişdir.
O, 1923-cü il dekabrın 24-də MK-ya
göndərdiyi məktubunda yazırdı ki, 1918-ci ilin
martında Bakıda daşnaklaşmış “bolşeviklər”in
və vəhşiləşmiş daşnakların
azğınlığı üç gün davam etmişdir.
Daşnak dəstələri xeyli dinc azərbaycanlı
ailəsini qarət etmiş və
öldürmüşdür. Hətta iş o yerə
çatmışdır ki, Bakı neft sənayeçiləri
mədənləri tərk etmişdir. Bu,
Bakını erməniləşdirmək, onu öz həqiqi
sahiblərindən təmizləmək, zəngin təbii sərvətləri
ələ keçirmək kimi mənfur daşnak
proqramının tərkib hisslələrindən biri idi.
Ömrü boyu daşnak ermənilərlə və
onların bolşevik havadarları ilə mübarizə
aparmış, sözün həqiqi mənasında cəngə
çıxmış Nəriman Nərimanov ermənilərin
məkirli siyasətlərini necə də duymuşdu.
Bu həqiqəti də deyək ki, əgər o vaxt N. Nərimanov
Bakıda olmasaydı, daha böyük qırğınlar
törədilərdi.
1925-ci ildə
dərc etdirdiyi məqalədə N. Nərimanov daşnak
bolşeviklərinin azərbaycanlılara qarşı törətdikləri
cinayətlər haqqında deyirdi: “Müsəlman hətta
bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar
deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə
elə müsəlman olmağın kifayətdir”.
Onlar kefi istədikləri adamı öldürür, evləri
dağıdır, yandırır, xaraba qoyurdular. Bolşevizm
bayrağı altında daşnaklar müsəlmanlara qarşı
hər cür vəhşiliyə, vandalizmə yol verirdilər.
Nəinki kişilərə, hətta
qadınlara da rəhm etmirdilər.
Mart qırğınının törədilməsində
S. Şaumyanın əsas rol oynadığını N. Nərimanov
çox gözəl bilirdi. Bunu çoxları
bilirdi. Ona görə də erməni cəlladlarına
“Şaumyanın adamları” deyirdilər.
Bakıdakı
mart hadisələri ilə bağlı “Bəsirət” məcmuəsi
219-cu nömrəsində yazırdı: “...Bir dəstə
daşnak soldatları və bir dəstə Şaumyanın
adamları “Cəmiyyət-xeyriyyə”nin qarşısına gəlib
o binayı müqəddəsə, o möhtəşəm
imarətə, o müəzzəm binaya xainanə bir surətdə
od vurdular, onu yandırdılar”.
O
dövrdə dərc olunan müsəlman qəzet və məcmuələri
erməni daşnaklarının vəhşiliklərini nifrət
dolu ifadələrlə qeyd edirdilər.
Mart qırğını təkcə Bakıda yox, Azərbaycanın
demək olar ki, bütün bölgələrində törədilmişdi. Şamaxı
qırğını Bakı qırğınından geri
qalmır. Daşnakların qorxusundan Şamaxı məclisinə
toplaşmış insanları vəhşiləşmiş
erməni dəstələri məscidə od
vurmaqla külə döndərmişdilər.
“Hümmət”
qəzeti 42-ci nömrəsində yazırdı: “Aprelin 13-də
müsəlman sosialist firqələrinin iclası oldu. Məclisin sədri, himayə komissarı
yoldaşımız doktor N. Nərimanov Şamaxıdan gələn
müsəlman qaçqınlarından bir dəstəsinin
Bakıya varid olduğunu kəmali yəs ilə izhar etdi”.
Bakıda
mart qətllərinin cinayətkar başçıları:
daşnak T. Əmirov və S. Lalayev S. Şaumyan tərəfindən
“sosialist” adı ilə Şamaxı “əks-inqilabçıları”na qarşı mübarizəyə rəhbər
təyin edilmişdilər.
Məhz bu daşnakların “qırmızı sosialist” dəstələri
bütün Şamaxı əhalisinə divan tutdular. Onlar burada
60-dan artıq kəndi dağıtdılar. Şamaxıda Əmiryanın və Lalayanın cinayətkarlığı
o qədər həddini aşmışdı ki, hətta
bolşevik mətbuatı da o vaxt etiraf etdi ki, Şamaxıda
dinc əhaliyə qarşı ədalətsizliyə yol
verilmişdir. Törətdiyi cinayətlərə
görə isə S. Lalayevi (Lalayan) həbs etdirməkdən
S. Şaumyan xilas etmişdi. Belə ki, S. Lalayevin həbs
orderini hazırlayan Kojemyaka S. Şaumyan bildirmişdi ki,
“Lalayevi həbs etmək yaxşı deyil, bu nə
hoqqabazlıqdır” Bu bir daha göstərir ki, bütün azərbaycanlılara
qarşı aparılan qırğınların başında
daşnak məfkurəli bolşevik S. Şaumyan
dayanırdı...
Daşnak ermənilər əsl faşist xislətiylə
azərbaycanlıları təkcə Bakıda, Şamaxıda
yox, Lənkəranda, Şuşada, Gəncədə, Zəngəzurda,
Təbrizdə, Xoyda, Urmiyada və b. yerlərdə də
kütləvi surətdə öldürmüş, qətllamlar
törətmişdilər.
Haylar mart-aprel qırğınından ruhlanaraq Avropa
ölkələrində özlərinə məxsus yalan məlumatlar
yayırdılar ki, guya onlar Bakını Birinci Dünya
Müharibəsi döyüşlərində alıblar, deməli,
Bakı onlarındır. Hələ bu harasıdır, onlar
dünyanı inandırmağa çalışırdılar
ki, nəinki Bakı, bütöv Azərbaycan
onlarındır. Elə qələmə
verirdilər ki, guya Azərbaycan Ermənistan dövlətinin
bir hissəsi, bir əyalətidir.
Bu həyasızlığa nə ad verəsən?! Axı, həyasızlığın
da bir ölçüsü olmalıdı.
Görünür, erməni kütləsində belə bir
ölçü hissi yoxdur və heç olmayıb da...
1918-ci ildə gəlmələr – “Şaumyan adamları”
öz vətənlərində azərbaycanlıları
qanlarına qəltan etdiyi bir vaxtda, Türkiyə ərazisindən
satqınlığına, murdarlığına görə
türklər tərəfindən təkqulaq edilmiş Andronik
öz quldur dəstəsiylə azərbaycanlıların
tarixi ərazisi olan Naxçıvana, Zəngəzura,
Göyçəyə və sairə yerlərə soxuldu. Andronik
bütün Türk dünyasının, müsəlman aləminin
quduz düşməni idi. Yüzlərlə kəndləri,
yaşayış yerlərini viranə qoydu quldur Andronik, quldur
Dro, quldur yanlar...
Maraqlısı odur ki, demə, Bakıda qərarlaşmış
bolşevik Şaumyan minlərlə azərbaycanlını məhv
edən quldur Androniklə birgə hərəkət
edirmiş.
İyulun əvvəllərində Andronikə teleqram vuran
Şaumyan onu xalq qəhrəmanı adlandırır və
onunla fəxr etdiyini bildirir...
Görünür, hər iki quldur Böyük Ermənistan
yaratmaq məqsədilə biri şimaldan, biri də cənubdan
Azərbaycanı işğal etmək istəyirmişlər. Ancaq quldurların məkrli
istəkləri baş tutmadı...
Uzun bir
dövr SSRİ məkanında çox tarixi hadisələr
kimi 1918-ci il mart qırğını
haqqında da həqiqət təhrif olunmuş, erməni
daşnaklarının 10 minlərlə azərbaycanlıları
vəhşicəsinə öldürmələrini bir qrup əks
inqilabçının qızıl qvardiyalar tərəfindən
darmadağın edilməsi kimi qələmə vermişlər.
Həqiqəti bilənləri isə doğru-düzgün
yazmağa qoymayıblar, təşəbbüs göstərənləri
isə cismani və mənəvi cəhətdən məhv
ediblər...
Azərbaycan
Demokratik Cümhuriyyəti bir milli dövlət kimi mart
qırğınına siyasi qiymət verdi
və bu qırğının səbəblərini,
günahkarlarını araşdırmaq üçün
komissiya da yaratdı. Ancaq çox keçmədi,
bolşeviklər XI Qızıl Ordunun (işğalçı
ordunun – M.Q.) köməyi ilə Azərbaycanı işğal
etdilər.
Həqiqət qaranlıqda da nur parçasıdır. Qara buludlar onu
nə qədər qoynunda saxlasa belə həqiqət nuru
qaranlıqları yarıb üzə çıxacaqdır.
1991-ci ilin oktyabrın 18-də xalqımız müstəqillik
əldə etdi. Böyük azərbaycanlı Heydər
Əliyev tariximizin, xüsusən də XIX-XX əsrlərin
tarixini doğru-düzgün araşdırmağı
tarixçilərə tövsiyə etdi. Ölkə rəhbəri
çox haqlı olaraq qeyd edirdi ki, o dövrün tarixinin həqiqət
fonunda yazılması tarixçilərin yox, siyasi sistemin,
ağır rejimin günahıdır...
1998-ci il mart ayının 26-da milli qayəli
prezident Heydər Əliyev “Azərbaycanlıların
soyqırımı haqqında” adında bir fərman verdi. Həmin
fərmanda deyilirdi: “Azərbaycan Respublikası müstəqillik
qazandıqdan sonra xalqımızın tarixi keçmişinin
obyektiv mənzərəsini yaratmaq imkanı əldə
edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açılır, təhriv
edilmiş hadisələr özünün əsl qiymətini
alır”.
Müstəqillik dövründə çox həqiqətləri
üzə çıxara bildik. Azərbaycan xalqı dostu ilə
düşmənini bir daha tanıdı. Şaumyanların,
mikoyanların, balayanların və bir çox “yan”ların
iç üzləri açıldı.
Hər il xalqımız 31 mart
soyqırımını qeyd edir. Bu azdır. 1918-ci il 31 mart
soyqırımının beynəlxalq aləmdə
tanıdılması bu gün qarşımızda duran ən
vacib məsələlərdəndir. Kütləvi insan
qırğınını törətmiş düşmənlərimiz
indi bütün dünyaya car çəkərək türkləri
soyqırım törətməkdə ittiham edirlər. Biz
tarixçilər bu amilləri nəzərə almalı, ermənilərin
əsrlər boyu həmvətənlərimizə bəslədiyi
münasibətin antiinsaniliyini bəşəriyyətə
sübut etmək üçün fundamental əsərlər
ortaya qoymalıyıq. Belə olmasa, məkrli ermənilər
nəinki 1918-ci il mart qırğınına, hətta 1992-ci
il Xocalı soyqırımına da istədiyi donu geydirə
bilərlər. Necə ki, uzun illərdir gecə-gündüz
buna cəhd edirlər.
Ermənilərin ifşasını göstərən
tarixi faktları biz dünyaya bu gün də bəyan etməliyik.
Yoxsa gələcək nəsillər bizi
bağışlamaz...
MUSA QULUZADƏ
Azad Azərbaycan.-
2019.- 29 mart.- S.3