“Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız
və difamız”
ADPU Tələbə
Gənlər Təşkilatının təşkilatşılığı
ilə elmi seminar
keşirilib
AZpress.AZ xəbər verir ki, aprelin
30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə
Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçığı
ilə ADPU-nun Heydər Əliyev məktəbinin
lektoriyasında Azərbaycan və bütün türk
dünyasının büyük fikir adamı, bu il anadan olmasının
150, vəfatının 80 illiyi tamam olan Əhməd bəy
Ağaoğluya həsr edilmiş tələbələr
üçün elmi seminar baş tutub. Qeyd edək ki, 2018-ci ilin noyabr-2019-cu ilin mart ayları ərzində ADPU TGT-nin sədr müavini Taleh Mirzəyevin rəhəbrliyi ilə
ADPU-da Aprel Şəhidi
Nurəddin Mirzəyevin
xatirəsinə həsr
edilmiş “Gənclərin
ermənilərin mənşəyi,
“erməni məsələsi”,
dünya və erməni ictimai-siyasi xadimlərinin ermənilər
haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması”
layihəsi çərçivəsində
silsilə elmi seminarlar təşkil edilmişdir. “Əhməd
bəy Ağaoğlu
– 150 illik fikir dühamız və difamız” adlı seminar
da məhz bu layihənin davamını
təşkil edir.
Seminarda
ADPU-nun Tədbirlərin təşkili
və tələbələrlə
iş şöbəsinin
baş mütəxəssisi
Sahil Qələndərov,
Elm və İnnovasiyalar
Şöbəsinin rəhbəri,
dosent Yusif Alıyev, Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov, ADPU
TGT sədr əvəzedicisi
Nurlan Hüseynov, layihə rəhbəri Taleh Mirzəyev və universitetin müxtəlif fakültələrinin
tələbələri iştirak
edib.
Mövzu
üzrə mütəxəssis
qismində dəvət
edilmiş gənc araşdırmaçı-jurnalist, yazar və politoloq,
“Çapar” dərgisinin
baş redaktoru, Azərbaycanın cümhuriyyət
dönəmi tarixi və tarixi şəxsiyyətləriylə bağlı geniş tədqiqatlar aparan Dilqəm Əhməd tələbələr önündə
Əhməd bəy Ağaoğlunun həyatı
və fəaliyyəti,
apardığı milli
mücadilənin müxtəlif
yanları, onun bir alim, hüquqşünas,
millət fədaisi, Cümhuriyyət, Osmanlı
və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində
həmişə türk
birliyi və müstəqilliyini müdafiə
etməsi, siyasi-ideoloji
fikir meydanındakı
cəsarətli mövqeyindən
söz açıb, özünün apardığı
tədqiqatların nəticələrindən
danışaraq kolleksiyasında
olan Əhməd bəyin həyatının
müxtəlif anlarını
əyani əks etdirən nadir fotoşəkilləri
nümayiş etdirib. Əhməd bəy Ağaoğlunun 150 illiyi şərəfinə Dilqəm
Əhməd tərəfindən
tərtib edilən və içərisində
Əhməd bəy Ağaoğlunun xatirələri,
yazıları, eləcə
də Ağaoğlular
ailəsinə aid nadir fotoşəkillər
və sənədlərin,
həmçinin Mustafa Kamal Atatürkə yazdığı
iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri”
kitabı haqda məlumat verilib.
Daha sonra tələbələrin sualları
və fikirləri əsasında müzakirələr
qarşılıqlı diskussiya
formasında davam etdirilib. Həmçinin dosent Yusif Alıyev və dosent Ənvər İmanov da Əhməd bəy Ağaoğlu haqda öz təəssüratlarını
bölüşərək bu tələbələrin
bu cür elmi yığıncaqlar təşkil etməsinin çox sevindirici hal olmasını qeyd ediblər.
Taleh MİRZƏYEV
Azad Azərbaycan.-
2019.- 2 may.- S.5.