“Sərhədlərin fövqündə” sənədli
filminin təqdimatı
olub
Azərbaycan
Dillər Universitetində (ADU) ucqar kənddə
çalışan gəncdən bəhs edən “Sərhədlərin
fövqündə” sənədli filminin təqdimatı
keçirilib. Gənclər Fondunun və
Quba rayon təhsil şöbəsinin
dəstəyi ilə ərsəyə gələn
sənədli filmdə
Qubanın V.Məmmədsalahov
adına Cimi kənd tam orta
məktəbində rus
dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması,
kənd həyatı,
müəllimlik fəaliyyətində
gördüyü işlər,
qarşılaşdığı çətinliklər, buna
baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunur. Film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev,
ikinci rejissoru Orxan Kərimlidir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış
edən layihə rəhbəri Xədicə
Əliyeva layihənin
Azərbaycan Gənclər
Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini söyləyib. O, filmin lentə alınmasının
məqsədi və çəkiliş prosesi haqqında məlumat verib. Layihə rəhbəri sənədli
filmin hazırlanmasında
əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Rejissor Məzahir Həşimov,
“Gənclərin töhfəsi”
İctimai Birliyinin sədri Asim Vəliyev, Ağcabədi rayonu Laçın obaları Mişni kənd tam orta
məktəbin müəllimi
Gülnar İsmayıl
layihəni yüksək
qiymətləndirib, film
haqqında fikirlərini
bildirib, tələbələri
ucqar kənd məktəblərində işləməyə
çağırıblar.
Azad Azərbaycan.-
2019.- 2 may.- S.5