ADU-daXəzərdən Dunayaadlı sənədli filmin təqdimat mərasimi keçirilib

 

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən tədbirlər planı çərçivəsində 9 May Qələbə gününə həsr olunan tədbir Tələbə Elmi Cəmiyyəti (TEC) Serb dili mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

223-cü diviziyanın komandiri olmuş Baxış MehdiyevinQırmızı bayraqlı 223-cü Belqrad diviziyasıadlı kitabının motivləri əsasında lentə alınmış sənədli film Yuqoslaviyanın azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasından bəhs edir.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla gənc nəslin formalaşmasında filmin böyük əhəmiyyətinin olduğunu bildirib:

 

Film son dərəcə təsirlidir. Orta yaşlı nəsil bu filmin bədii təsirini daha yaxşı hiss edir. Ən vacib məqamlardan biri odur ki, biz tariximizin bilmədiyimiz hissələrini öyrənməyə başlayırıq. Sanki yavaş-yavaş əsl tarixdən uzaqlaşırıq, onun bədii variantını dərk qəbul edirik. Biz Mehdi Hüseynzadəyə, Həzi Aslanova minnətdar olduğumuz kimi, adlarını bilmədiyimiz minlərlə azərbaycanlı zabitlərə minnətdar olmalıyıq. Filmdə şəhərlərin azad olunmasını yox, həm o zaman keçirilən sevinci gördük. Sevinirəm ki, bu cür filmlərlə tariximiz tələbələrimizin yaddaşına yazılır”.

 

Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova filmin gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bu kimi filmlərin bədii əsərlərdən, tarixi sənədlərdən fərqli olaraq maarifləndirici rol oynadığını qeyd edib.

 

TEC-in sədri Zəhra HüseynovaMərkəzlərimizi tanıdaqlayihəsi haqqında məlumat verib bildirib ki, bu tədbir həmin layihə çərçivəsində baş tutub.

 

Serb dili mədəniyyəti mərkəzinin direktoru Lalə Məcidova mərkəz onun fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb. O bildirib ki, mərkəz Belqrad Universitetində ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin bilavasitə dəstəyi ilə yaradılmışAzərbaycan Dili Mədəniyyəti Mərkəziilə əməkdaşlığı çərçivəsində ADU Belqrad Universiteti arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycan Serbiya arasında da elmi humanitar əlaqələrin zənginləşməsinə töhfələr verir.

 

Sənədli filmin rejissoru Tahir Əliyev 223-cü Belqrad diviziyasının yaranmasından söz açıb. Rejissor sənədli filmin çəkiliş prosesi, qəhrəmanları məqsədi haqqında danışıb.

 

Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov sənədli film haqqında təəssüratlarını təkliflərini bildirib. O, tələbələrə həmin dövr qəhrəmanlarının şücaətindən nümunə götürməyi tövsiyə edib.

 

Təqdimat mərasimində, həmçinin Bakı Dövlət Universitetinin (BDU) Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas Cəlil Nağıyev iştirak edib.

 

Azad Azərbaycan.- 2019.- 4 may.- S.5.