Aparılan diaspor siyasəti səmərəli
nəticələr verir
Dövlət
Komitəsi xaricdə yaşayan azərbaycanlıların daha
çevik təşkilatlanmasına yönələn
islahatları diqqət mərkəzində saxlayır
Bu gün
dünya miqyasında azərbaycanlılar və
onların təmsil etdikləri təşkilatlar
artıq önəmli
rol oynaya bilirlər. Məlumat üçün bildirək
ki, əgər 2002-ci ildə dünyada 200-dən
bir qədər çox diaspor təşkilatımız vardısa,
hazırda onların sayı 500-ə yaxındır.
Həm də onlar daha koordinasiyalı,
sıx əlaqədə
fəaliyyət göstərirlər.
Daha əhəmiyyətlisi
isə odur ki, bu diaspor
təşkilatları azərbaycançılıq
məfkurəsi altında
birləşib. Onların
vahid məqsədi, müstəqil dövlətçiliyə
xidmət həvəsi,
milli mədəniyyəti
dünyada tanıtmaq kimi yüksək amalı vardır.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında qətiyyətlə
bəyan etmişdir:
"Azərbaycan diaspor
təşkilatları həm
kəmiyyət, həm
keyfiyyət baxımından
böyük yol keçmiş, güclənmiş,
bu gün dünya miqyasında azərbaycanlılar və
onların təmsil etdikləri təşkilatlar
önəmli rol oynayırlar".
Hazırda diaspor təşkilatlarımız
dünya ölkələri
ilə mədəni əlaqələrin genişlənməsi,
müxtəlif ölkələrdə
keçirilən Azərbaycan
mədəniyyəti günləri,
dünyanın mötəbər
salonlarında rəssamlarımızın
sərgiləri, musiqi
xadimlərimizin konsertlərinin təşkilində
əhəmiyyətli layihələr reallaşdırırlar.
Ukraynada da bu işlər uğurla həyata keçirilir.
Prezident İlham
Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf
etdirilməsində diasporun
rolunu xüsusi vurğulayıb: “Diasporlarımız
ölkələrimizi, xalqlarımızı
birləşdirən təbii
körpüdür. Mənə çox
xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini
rahat, inamlı, öz evlərindəki kimi hiss edir,
öz dövlətlərində
bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna
ilə Azərbaycan arasında münasibətlərin,
indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar”.
Ukraynada yaşayan
bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də
ölkələrimiz və
xalqlarımızın mədəni
əməkdaşlığının genişlənməsində mühüm
rol oynayır. Bu günlərdə Ukraynada prezident seçkisi də baş tutdu. Maraqlıdır, yeni prezidentin azərbaycanlılara
münasibəti necə
olaca? Təbii ki, bu suala
cavabı zaman verəcək. Ancaq Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun
(UABD) sədri Hikmət
Cavadov deyib ki, onun rəhbərlik
etdiyi təşkilat və bu təşkilatın
çətiri altında
əksər Ukrayna azərbaycanlıları prezident
seçkisinin ikinci turunda qalib gəlmiş
Vladimir Zelenskini dəstəkləyiblər: “Seçki prosesi zamanı çağırışlarımızda,
bəyanatlarımızda biz
öz mövqeyimizi əvvəldən ortaya qoymuşduq. Bunun da səbəbi digər ukraynalılar kimi, bizim də
Petro Poroşenkonun yürütdüyü siyasətdən
narazılığımız idi”.
Seçkinin nəticələrinin gözlənilən
olduğunu deyən
UABD sədri bildirib ki, nəticələr ilə onların proqonozu arasında cəmi 2 faiz fərq olub: “Bizim sosial şəbəkələrdə
səhifələrimizdə də bu proqnozlar
qeyd olunub. Elə gözlədiyimiz kimi, Poroşenko dərhal məğlubiyyətini
etiraf etdi”.
“Sabiq Prezident
Viktor Yanukoviçin dövründəki kimi, sifarişli həbslər,
biznes monopoliyası, xalqın tələblərinin
yerinə yetirilməməsi,
orta sahibkarlığın
sıxışdırılması, fərqli siyasi baxışları olan şəxslərə təzyiqlər
və s. Poroşenkoya
qarşı xalqın
inamını itirdi. Onun hakimiyyəti vaxtında mənim özümə qarşı
da təzyiqlər oldu. Amma tarixi
vətənimiz Azərbaycanın,
o cümlədən yaşadığımız
Ukraynanın maraqları
daim bizim üçün önəmli
olduğu üçün
biz bu təzyiqlərdən
üzüağ çıxdıq”,
-H.Cavadov vurğulayıb.
Diaspor rəhbəri
bildirib ki, Zelenskinin xalqın etimadını qazanmasına
“Xalqın xidmətçisi”
serialında Prezident rolunda çıxış
etməsi də kömək etdi: “Mən deyərdim ki, bu serial
onun təbliğatının
başlanğıcı oldu.
O, xalqa "əsl prezident necə olur?" anlayışını
öz peşəsi üzərindən həmin
serialda göstərdi.
Bizim Zelenskiyə ümidlərimiz böyükdür,
onun qələbəsi
bizi sevindirir. Yeri gəlmişkən, onun Azərbaycana xüsusi məhəbbəti
var. Dəfələrlə
Azərbaycanda olub, problemlərimizi kökündən
bilir”.
Qeyd edək
ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha
çevik və səmərəli şəkildə
təşkilatlanması, təşkilatların
fəaliyyət istiqamətinin
əlaqələndirilməsinə yönələn islahatları
ciddi şəkildə
diqqət mərkəzində
saxlanılır. Artıq
xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə
təsnifatlanmır və
Komitə hər hansı düşüncəyə
fərq qoymadan hər bir azərbaycanlıya
sahib çıxır.
Bu istiqamətdə
müxtəlif ölkələrdə
koordinasiya şuralarının
təsis edilməsi öz səmərəsini
dərhal verməyə
başlayıb. Koordinasiya şuralarının
yaradılması və
buna Diasporla İş üzrə Dövlət Komitəsinin
birbaşa dəstək
verməsi artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi
ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların "işinə"
ciddi maneə yaradıb. İslahatlar və mükəmməl
əlaqələndirmə strategiyası
sayəsində diaspor
təşkilatlarında güclü
və mütəşəkkil,
yeni tələblərə
uyğun təşkilatlanma
prosesinin başlanması
antimilli qüvvələrin
əl-qolunu bağlayıb.
Diaspor təşkilatlarının səmərəli
fəaliyyət göstərməsi
üçün görülən
tədbirlər xaricdə
yaşayan soydaşlarımız
arasında milli maraqlara, Azərbaycanın
nüfuzunun artmasına
xidmət göstərmək
istəyini motivasiya edib və hər
kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə
stimul verib.
Diasporla İş üzrə
Dövlət Komitəsinin
tabeliyində Azərbaycan
Diasporuna Dəstək
Fondunun yaradılması
isə xaricdə ölkələrdə yaşayan
azərbaycanlıların diaspor
təşkilatlarının fəaliyyətinə dəstək
vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli
mənəvi dəyərlərimizi
inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial
müdafiəsini gücləndirmək
və bu sahəyə dövlət
dəstəyinin ünvanlılığını
təmin etməyə
kömək edəcək.
Yəni artıq Azərbaycan
diasporunun fəaliyyəti
təkcə dövlət
büdcəsi hesabına
maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin
və Vətəninə
hansısa yardımdan
məmnunluq duyan soydaşlarımızın diaspor
fəaliyyətinə dəstək
göstərmələrinə
də şərait yaranacaq.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.- 2019.- 4 may.- S.5