Diaspor təşkilatları
potensialını səfərbər
etməlidir
Dövlətlərin
beynəlxalq nüfuzunun formalaşmasında diaspora əsas
yerlərdən birini tutur
Son illər
ölkəmizdə bir
çox sahələr
üzrə müsbət
dəyişikliklərin və
inkişafın şahidiyik.
Bu cür inkişaf və tərəqqinin nəticəsidir
ki, hazırda bir sıra nüfuzlu
beynəlxalq təşkilatlarla
qarşılıqlı əlaqələrimiz
var. Belə müsbət əlaqələr
sayəsində Azərbaycan
haqqında həqiqət
və nailiyyətlər
dünya birliyinə olduğu kimi çatdırılır. Ölkəmiz
haqqında həqiqətlərin
dünyaya çatdırılmasında
isə diasporumuzun rolu əvəzsizdir.
Həqiqətən də müstəqillik
illərindən sonra hər bir sahə
kimi diaspor sahəsində də müşahidə edilən
tərəqqi, inkişaf
qısa müddət ərzində Azərbaycan
diasporunun genişlənməsi,
yayılmasına, ölkəmizin
haqq səsinin diaspor təşkilatları
vasitəsilə dünya
ölkələrinə çatdırılmasına
zəmin yaratdı. Dünyanın demək olar ki, hər
bir ölkəsində
fəaliyyət göstərən
diaspor təşkilatları
artıq Azərbaycan dövlətinin dəstəyi,
diqqət və qayğısı nəticəsində
fəaliyyət göstərdiyi
ölkələrin ictimai-siyasi
həyatında fəal rol oynamağa
başlayıb.
Novosibirskdəki diaspor fəallarımızdan
olan Mirkazım Seyidov qeyd edib ki, Azərbaycanın
diaspor təşkilatları
fəaliyyət göstərdikləri
ölkələrdə artıq
siyasi qüvvəyə çevrilir və aktivliyini daha da artırır.
Onun sözlərinə
görə, diaspor işi artıq Azərbaycan dövlətinin
xarici siyasətinin ana qoludur: "Təbii ki, hər hansı bir dövlətin qüdrətinin dünya
səviyyəsində görünməsində
onun təkcə xarici diplomatiyası deyil, həm də diasporu müstəsna rol oynayır. Diaspor elə bir vacib sahədir
ki, dövlətlərin
güclənməsində, beynəlxalq nüfuzunun
formalaşmasında əsas
yeri tutur. Təsadüfi deyil ki, həm ulu
öndərimiz, həm
də möhtərəm
Prezidentimiz həmişə
bu sahəni xüsusi diqqətdə
saxlayıb. Məhz onların əməyi nəticəsində bu gün xaricdə Azərbaycan diasporası
formalaşıb. Demək olmaz
ki, bu gün
diaspor fəaliyyətimiz
aşağı səviyyədədir.
Qısa
müddətdə böyük
işlər görülüb,
diaspor artıq formalaşıb".
M.Seyidov onu da qeyd edib
ki, diasporun təşkil etdiyi tədbirlərdə daim
iştirak edir. Rəhbərlik
etdiyi Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun
Fəaliyyətinə gəlincə,
bu ideya M.Seyidova məxsusdur:
"Novosibirskdəki Heydər
Əliyev adına
Forumun əməkdaşları
ilə müzakirələrdən
sonra, indiki zamanda belə bir fondun yaradılmasını
zəruri saydıq.
Məqsədimiz türkdilli xalqlarla
slayvan xalqları arasında dostluğu daha da möhkəmləndirmək,
mədəni əlaqələrin
genişlənməsində iştirak etməkdir.
Hədəflərimiz Heydər
Əliyev adına
Forumun qarşıya
qoyduğu məqsədləri
daha geniş formada reallaşdırmaqdır.
Belə
ki, bu fondun
qarşıya qoyduğu
əsas məqsədlərdən
biri də Heydər Əliyev məfkurəsinin, ideologiyasının
dərindən dərk
olunması və bütün dünya xalqlarına, dövlətlərinə
tanıdılmasıdır. Eyni zamanda türkdilli və slavyan xalqları arasıda əlaqələri genişləndirməkdir.
Bilirsiniz, həm türkdilli
dövlətlərin, həm
də slavyan dövlətlərinin birləşdiyi
müxtəlif beynəlxalq
təşkilatlar mövcuddur.
Eyni zamanda bu xalqları təmsil edən dövlətlərin birgə
yaratdığı təşkilatlar
var. Məsələn, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
və s. kimi qurumlar. Qeyd edim ki, Azərbaycan dövlətinin,
şəxsən prezident
İlham Əliyevin
böyük dəstəyi,
fəal iştirakı
ilə neçə illərdir türkdilli dövlətlər arasında
əməkdaşlıq daha
da möhkəmlənib. Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının fəaliyyəti
bütün dünyada
maraqla izlənir.
Bu cür rəsmi
yaradılan qurumlar
dövlətlər arasında
iqtisadi-siyasi- mədəni
əlaqələri tənzimləyir,
genişləndirir. Xalqlar arasında
mədəni əlaqələri,
dostluğu genişləndirmək,
möhkəmləndirmək isə içtimai təşkilatların vəzifəsidir.
Bu istiqamətdə fəaliyyət göstərən
qurumların sayı
isə o qədər
də çox deyil. Eyni dil qrupuna daxil olan xalqlar
arasında əməkdaşlığa
xidmət edən ictimai qurumlar var. Məsələn, Türkdilli
Xalqların Siyasətinə
Dəstək Fondu kimi. Ancaq türkdilli və
slavyan xalqları arasında dostluğa xidmət edən fəal içtimai təşkilat yoxdur.
Biz də bu
boşluğu doldurmaq,
xalqlar arasında mədəni əlaqələri
genişləndirmək məqsədi
ilə belə bir Fond yaratdıq".
M.Seyidov
bildirib ki, Rusiyanin türkdilli dövlətlərlə əlaqələri
bütün sahələrdə
yaxşılaşdırmağa meyilli olduğunu nəzərə alıb
bu qurumun yaradılmasını zəruri
biliblər: "Bilirsiniz
ki, Rusiyanın tərkibində çox
böyük sayda türkdilli xalqlar yaşayır. Bizim fond həm də
Rusiyada yaşayan türkdilli xalqların
adət-ənənələrini öyrənmək, onların
soyköklərini araşdırmaq,
dünyada mövcud
olan türkdilli xalqlarla əlaqələrini
qurmaq istiqamətində
də fəaliyyət
göstərəcək. Yəni, qurumun əsas məqsədlərindən biri
də Rusiya dövlətinin tərkibində
yaşayan yerli türkdilli xalqlarla türkdilli dövlətlər
arasında mədəni
əlaqələrin qurulmasına
yaxından kömək
etməkdir. Biz Rusiya-Azərbaycan dostluq
münasibətlərinin möhkəmlənməsində də yerli türkdilli xalqların
roluna böyük əhəmiyyət veririk.
Bu da yeni bir
yanaşmadır. Fikrimizcə,
bu münasibətlərdə
türkdilli xalqların
rolu böyük ola bilər.
Çünki türkdilli dövlətlər
içərisində Azərbaycan
çox böyük
sürətlə inkişaf
edən dövlətlərdən
biridir. Bu baxımdan, Rusiyadaki türkdilli xalqlar Rusiyanın Azərbaycanla
mədəni əlaqələrinin
daha da güclənməsində
maraqlı tərəf
kimi çıxış
edirlər. Düzdür, bu 2 ölkə arasında həm diplomatik, həm də mədəni əlaqələr həmişə
yüksək səviyyədə
olub. Ancaq biz bu əlaqələrin
daha da möhkəmlənməsinə
xidmət edəcəyik".
Bəli, artıq Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində
nümayiş etdirdiyi
real güc günü-gündən
genişlənməkdədir. Diasporla İş
üzrə Dövlət
Komitəsinin hazırladığı
statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil
edilən tədbirlər
haqqında geniş məlumatlar verilmişdir.
Bildirilir
ki, bir tərəfdən
bu tədbirlər davamlı xarakter daşıyır, digər
tərəfdən də
həmin tədbirlərdə
Dağlıq Qarabağ
münaqişəsi zamanı
Ermənistanın Azərbaycana
qarşı həyata
keçirdiyi təcavüzün
mahiyyəti haqqında
daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Qəbul edilən qətnamələrdə
Azərbaycan həqiqətlərinin
təbliğinin gücləndirilməsi
diaspor qurumlarının
qarşısında dayanan
başlıca vəzifələrdən
biri kimi dəyərləndirilir. Bununla
bağlı qərara
alınıb ki, xarici ölkələrin parlamentlərində, dövlət
və yerli özünüidarə orqanlarında
azərbaycanlıların daha
geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı
icmaların fəaliyyət
göstərdikləri ölkələrin
kütləvi informasiya
vasitələri ilə
əlaqələri yaxşılaşdırılsın,
yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin. Ümumilikdə qəbul edilmiş
“Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası”nda
beynəlxalq aləmdə
erməni təbliğatına
qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq
ictimaiyyətə çatdırılması
üçün diaspor
qurumlarının qarşısında
dayanan konkret fəaliyyət istiqamətləri
müəyyənləşdirilib. Bu
fəaliyyət istiqamətlərindən
aşağıdakıları qeyd etmək mümkündür:
- Müxtəlif ölkələrdə
təbliğat xarakterli
tədbirlərin həyata
keçirilməsi;
- Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü haqqında
faktların və sənədlərin beynəlxalq
ictimaiyyətə çatdırılması;
- Dağlıq Qarabağ münaqişəsi haqqında
materialların beynəlxalq
təşkilatlara və
xarici ölkə parlamentlərinə çatdırılması;
- Xarici kütləvi informasiya vasitələrində
Dağlıq Qarabağ
münaqişəsinin səbəb
və nəticələri
haqqında əsl həqiqətləri özündə
əks etdirən materialların yayılması;
- Azərbaycana həsr olunmuş tədbirlərdə
Dağlıq Qarabağ
münaqişəsinə həsr
olunmuş məlumatların
yayılması;
- Avropa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı internet forumların
təşkili;
- Əcnəbi müəlliflər
tərəfindən Qarabağ
münaqişəsi haqqında
hazırlanmış tədqiqatların
geniş yayılması;
- Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətləri
əks etdirən filmlərin nümayişi
və s.
Yuxarıda göstərilən vəzifə
və istiqamətlərlə
bərabər, “Xocalıya
ədalət” kampaniyası
da son illərdə diaspor
qurumlarının qarşısında
dayanan başlıca vəzifələrə çevrilmişdir
və dünyanın bir sıra ölkələri
kimi Amerikanın Nyu-Meksika, Texas, Corciya, Men,
Nyu-Cersi, Arkanzas və digər ştatlarının Xocalı
hadisələrini soyqırım
kimi tanıması həm də diaspor qurumlarının bu istiqamətdəki fəaliyyətinin nəticəsi
kimi qəbul edilə bilər.
Cavanşir QƏDİMOV
Azad azərbaycan.-
2019.- 14 may.- S.-5