Yaqub Mahmudov: “Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur”
“Sovet dönəmində
böyük ədib Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu
imperiya xalqımıza
qarşı çox ağır cinayətlər
törədib”.
Modern.az xəbər
verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
Yaqub Mahmudov qeyd edib
ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin
(BDU) Tarix fakültəsinin
dünya şöhrətli
məzunudur: “Biz I kursda təhsil alanda onun oxuduğu
qrup BDU-nu bitirirdi. O zaman ulu öndər dövlət təhlükəsizlik
orqanlarında çalışırdı.
Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət
kəsb etdiyini yaxşı anlayırdıq”.
Tarixçi alim bildirib: “1960-61-ci illər idi, IV kursda oxuyurduq. Özüm də tələbə
komsomol təşkilatının
katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini
pisləyən vərəqələr
yaymışdı. Hamımız qorxurduq ki, bu
gənci məhv edəcəklər. Mənə dedilər
ki, qapalı komsomol yığıncağı
keçirim. Yığıncaqda Dövlət Təhlükəsizlik
Komitəsindən (DTK) gəlmiş
Heydər Əliyev də iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin
vəziyyətini yüngülləşdirmək,
digər qrup isə onun universitetdən
qovulmasını tələb
edirdi. Yığıncaqda ulu öndər
bir saatadək çıxış etdi.
Çox
ibrətli çıxış
idi və sonda iki cümlə
ilə bu gəncin taleyini bütün təhlükələrdən
qurtardı. Dedi ki, “görürəm, burada yoldaşlarını
cəsarətlə müdafiə
edən sağlam gənclik çoxluq təşkil edir, onların bu gəncin tərbiyəsinə
gücləri çatar”.
Sonralar başa düşdük ki, bir nəfər
xalqını sevən
cəsarətli azərbaycanlının
DTK kimi təşkilatda
çalışması minlərlə
övladımızın məhvolma
təhlükəsindən xilası
deməkdir. Mən sonralar
da Heydər Əliyevin
xalqımızın bir
çox oğullarını,
ziyalılarını repressiya
qurbanı olmaqdan xilas etməsinin dəfələrlə şahidi
olmuşam”.
Akademik qeyd edib ki,
Heydər Əliyev
Atatürk, Cəvahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada, özü də daha uca zirvədə
durur:
“Çünki Heydər Əliyev onların hamısından
fərqli olaraq bir-birilə daban-dabana zidd olan iki
sistemdə yaşamış
və bu sistemlərin hər ikisində siyasət olimpinin ən uca zirvəsinə yüksələ bilmişdir.
Sovet vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını Volqaboyuna köçürtmək
istəyirdilər. Ulu
öndər bunun qarşısını aldı
və əksinə Bakıda Dərin Özüllər Zavodunu tikdirdi. Bununla da müstəqil Azərbaycanın iqtisadi təməllərindən birinin
özülünü qoydu.
Müasir Azərbaycan
dövlətini qurdu”
Hacı Tofiq
Azad Azərbaycan.-
2019.- 9 may.- S.3.