Diasporumuzun mütəşəkkil
fəaliyyətinə ciddi ehtiyac var
Diasporla İş üzrə
Dövlət Komitəsi diaspor işi ilə bağlı yeni
yol xəritəsinin hazırlandığını bəyan
edib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların
birləşdirilməsi olduğunu bildirib. Bu baxımdan Dövlət Komitəsinin
rəhbərliyindəki dəyişiklik
böyük gözləntilər
vəd edir.
Xaricdəki Azərbaycan
diasporunun isə Dövlət Komitəsinin
yardımı ilə effektiv fəaliyyətə
keçməsi ölkəmizin
gücünə və
iqtisadi potensialına öz töhfəsini vermiş olacaq. Aparılan işlər, diaspor məsələri ilə bağlı strateji istiqamətlərin
müəyyənləşdirilməsi nikbinliyə əsas verir: Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından birinə çevriləcək...
Gənc Politoloqlar Mərkəzinin
(GPM) sədri İlkin
Əliyev hesab edir ki, indi
qətiyyətlə demək
olar ki, xarici ölkələrdə
yaşayan azərbaycanlıların
milli maraqları Azərbaycan Respublikasının
dövlət maraqlarına
uyğun gəlir və bu onların
əsas strateji məqsədlərindən biridir:
«Əslində hazırkı
şəraitdə Azərbaycan
diasporasının mütəşəkkil
fəaliyyətinə heç
vaxt olmadığı
qədər ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət
kimi mövcudluğu, müstəqil daxili və xarici siyasət yürütməsi,
ölkəmizin zəngin
karbohidogen ehtiyatlarına
malik olması və dünyanın güc mərkəzlərinin
enerji mənbələri
uğrundakı savaşı diaspora fəaliyyətimizin daha da güclənməsini zəruri edir. Bununla yanaşı, müstəqilliyin
və dövlətçilik
ənənələrinin möhkəmləndirilməsi,
beynəlxalq aləmdə
Azərbaycanın mövqelərinin
gücləndirilməsi, erməni
təcavüzünə məruz
qalmış xalqın
haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində
ədalətli həllinə
nail olunması xarici ölkələrdə
diaspor fəaliyyəti
ilə məşğul
olan təşkilatların
vahid mərkəz ətrafında birləşməsini
tələb edir».
GPM sədri bildirib
ki, Azərbaycan dövlətinə qarşı
heç bir ölkədə olmadığı
qədər təhdidlərin
olması diaspora fəaliyyətimizin möhkəmlənməsini
önə çıxarır:
«Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza
verilən dövlət
dəstəyi məhz
sadalanan məsələlərin
həllində mühüm
rol oynayır. Belə ki, artıq
diaspora təşkilatlarımız
bəzi problemlərin
bir çoxunun həllində ciddi uğurlara nail olublar. O da etiraf
edilməlidir ki, qarşıya qoyulan hədəflərə tam
şəkildə nail
olmaqdan ötrü diaspor təşkilatlarımızın
dövlətlə əməkdaşlıq
şəraitində bir
sıra məsələlərin
həlli vacib sayılır. Məlum olduğu kimi
Azərbaycanın beynəlxalq
imici, həyata keçirilən çoxşaxəli
xarici siyasət, dünya ölkələrinin
iqtisadi və enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə
bərabər səviyyədə
əməkdaşlığına şərait yaradıb.
Artıq Azərbaycan dünyanın 150-yə yaxın
ölkəsi ilə ticarət əlaqəsindədir.
Bu isə o deməkdir ki, müstəqil Azərbaycan
üçün dünyanın
bir o qədər ölkəsi ilə qarşılıqlı faydalı
əməkdaşlıq imkanı
yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə
siyasi əlaqələrimiz
də normaldır, hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız fayda verməkdədir. Belə ki, artıq
Azərbaycan beynəlxalq
təşkilatlar səviyyəsində
bir sıra ölkələrlə vahid
mövqedən çıxış
edir, beynəlxalq hüquq çərçivəsində
dövlətlərin maraqlarının
müdafiəsində prinspiallıq
nümayiş etdirir».
İ.Əliyev qeyd edib ki, vurğulayıb ki, dövlətin xüsusi dəstəyi nəticəsində son illər fəaliyyət göstərdikləri ölkələrin
ictimai-siyasi və mədəni həyatında
Azərbaycan cəmiyyətlərinin
fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən
birinə çevrilib:
«Bir sıra ölkələrin qanunvericilik,
icra hakimiyyəti, yerli özünüidarəetmə
orqanlarında təmsil
olunmaları Azərbaycan
diasporu nümayəndələrinin
ictimai-siyasi fəallığının
artmasının göstəricisidir.
Məhz bunun nəticəsidir ki, artıq xarici ölkələrdə
soydaşlarımız üçün
"Bazar günü"
məktəblərinin açılması,
müxtəlif icma və birliklərin nəzdində qəzet və jurnal, radio və televiziyaların
fəaliyyət göstərməsinə
nail olunub. Bunun isə öz növbəsində
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması prosesində mühüm rol oynaması şübhə doğurmur.
Sadalanan faktlar deməyə əsas verir ki, hazırki
şəraitdə Azərbaycan
diasporu qarşısına
qoyulan vəzifələrin
öhdəsindən gəlmək
gücünə malikdir.
Lakin o da etiraf edilməlidir ki, diaspor fəaliyyəti
daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da
təkmilləşməsinə ehtiyac duyulur».
İ.Əliyev qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın
dilimizi, dinimizi, milli dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub saxlamalarının vacibliyini dərk edən dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi məqsədilə bir sıra vacib məsələləri
həll edib.
Ekspert Yəhya Babanlı
da hesab edir ki, artıq
ölkə vətəndaşlarımızla
yanaşı, onun hüdudlarından kənarda
yaşayan soydaşlarımız
tarixi Vətənimiz
- Azərbaycanın keçmişi,
indisi, gələcəyi
ilə bağlı milli birlik və
həmrəylik nümayiş
etdirirlər: «Dövlətimizin səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın ulu əcdadlarımızdan, ata-babalarımızdan
qalan dərin və dəyərli irsimizi göz bəbəyi kimi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək
üçün ruh yüksəkliyi verir.
Nəticədə Azərbaycan
geniş arealda, sərhədləri aşaraq
dünyanın beş
qitəsində nüfuzunu
gündən-günə yüksəltməyə
və xaricdə yaşayan azərbaycanlıların
hərtərəfli qayğısına
qala biləcək potensiala qadirdir. Hazırda görülən
əməli işlərin
sayəsində Azərbaycan
diasporu çiçəklənmə
dövrünü yaşayır.
Buna görədir ki, diaspor nümayəndələrimiz
məskunlaşdıqları və yurd saldıqları
donor ölkələrdə
rahatca genişmiqyaslı
tədbirlərin təşkil
olunmasına, Azərbaycan
mədəniyyət günlərinin
keçirilməsinə, elmi-praktik
konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı sərgilərin
təşkil edilməsinə, milli kinomuzun nümayişinə,
tanınmış şəxsiyyətlərimizin,
ədəbiyyat və
incəsənət adamlarımızın
həyat və yaradıcılıqlarından bəhs
edən tədbirlərin
reallaşdırılmasına nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş
plana uyğun olaraq intensiv şəkildə dünyanın
müxtəlif ölkələrində
davam etdirilir. O cümlədən, lobbi institutları planlı şəkildə öz səslərini qəbul etdirməyə, milli məqsədlərimizə nail
olmağa çalışırlar».
Ekspert bildirib
ki, diaspor işində lobbi siyasi-iqtisadi alət kimi təfsir olunur: «Bütün bu tədbirlər Azərbaycan dövlətinin
daimi dəstəyi ilə həyata keçirilməkdədir. Beynəlxalq
münasibətlərin vacib
elementinə, qloballaşmanın
əhəmiyyətli atributuna
çevrilən, milli
varlığı və
bəşəri vəhdəti
özündə cəmləşdirən
diasporu müstəqil
dövlətçilikdə daim prioritet istiqamətlərdən sayılmalıdır.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin təbirincə
desək: "Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq, Azərbaycan dövlətinin,
xalqının problemləri
ilə yaşamalı,
onların həlli üçün əlindən
gələni etməlidir.
Eyni zamanda, Azərbaycan hökuməti də dövlətin maddi və mənəvi imkanlarından bütün
dünya azərbaycanlılarının
bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması
üçün istifadə
etməlidir".
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.- 2019.- 16 may.- S.5