ADU tələbələri
“Leyli və Məcnun” oldu
Azərbaycan Dillər Universitetində
(ADU) dahi Məhəmməd
Füzulinin “Leyli və Məcnun” poemasının motivləri
əsasında yazılmış
unudulmaz bəstəkar
Üzeyir Hacıbəylinin
eyniadlı operası səhnələşdirilib.
ADU-dan Azadinform-a
verilən məlumata görə, rektor, akademik Kamal Abdulla tamaşanın təqdimatının yüksək
səviyyədə olduğunu
deyib: “Tamaşanı universitetin tələbələrinin
ifa etdiyini elan etməsəydilər,
aktyorların Azərbaycan
Dövlət Opera və Balet Teatrının
solistləri olduğunu
düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”.
Qeyd edək
ki, tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq
fakültəsinin tələbəsi,
xəlifə rektor Salman Quliyevdir.
Tamaşada baş rolları
Təhsil fakültəsinin
tələbələri Aysel
Hacıyeva (Leyli) və Murad Əliyev
(Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi
Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin
tələbəsi
Ramilə Musazadə canlandırıb.
Xatırladaq ki, Üzeyir Hacıbəylinin 1908-ci il
yanvarın 25-də ilk
dəfə nümayiş
olunan “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti
tarixində yeni bir dövr açaraq
müsəlman Şərqində
opera janrının əsasını qoyub.
Azad Azərbaycan.-
2019.- 18 may.- S.5.